Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-68/2025 24.01.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İnzibati xəta törədən şəxs Şəxsnın, Zərərçəkmiş şəxsnın iştirakı ilə, Şəxs – xx.xx.1986-cı ildə Cəlilabad rayonu, Sabirabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Sabirabad kəndində qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: 24 yanvar 2025-ci tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki01 iyul 2024-cü il tarixdə Şəxs qohumu Zərərçəkmiş şəxs dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahat verərək bildirdi ki, Zərərçəkmiş şəxs onun bacısı X2 həyat yoldaşıdır. Lakin hazırda aralarında olan münasibətləri pozulmuşdur. xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs onların yaşadığı ünvana gələrərk ona borclu olmaqlarını deyəndə o və atası Zabil, Zərərçəkmiş şəxs heç bir borcu olmadığını deyəndə aralarında sözlü mübahisə yaranmış, bunadn sonra Zərərçəkmiş şəxs tanışı X3 ilə çıxıb getmişdir. O, Zərərçəkmiş şəxs döyməmiş və onu xəsarət yetirməmişdir. Qeyd edilənlərin nəzərə alınaraq ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, onun qaynatası X1 və sonuncunun oğlu Şəxsla heç bir ədavəti yoxdur. Həmin şəxslərin ona ümumilikdə 20500 manat borcları vardır. xx.xx.2024-cü il tarixdə aralarında olan pul məsələsinə aydınlıq gətirməklə hesabatını aparmaları üçün həmin şəxslər onu evlərinə dəvət etmişlər. O da Zabilin ünvanına getmişdir. Əvvəlcə həmin şəxslər onu yaxşı qarşılamışlar, lakin borc məsələsi mövzusunda söhbət edən zaman Fikrət və Zabil onunla aqresiv formada danışaraq ona olan borclarını ödəməyəcəklərini deyib bununla kifayətlənməyib onu təhqir etmişlər, həmin vaxt aralarında mübahisə yaranmış, mübahisə zamanı isə Şəxs onu döyərək xəsarət yetirmiş, o isə xoşagəlməz hadisə baş verməsin deyə ordan uzaqlaşmışdır. Hazırda Şəxs ilə barışmamışdır. Ona görə də Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. İşə əlavə edilmiş Cəlilabad MTE və PA şöbəsinin xx.xx.2024-cü il tarixli, 552 saylı rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs başın sağ təpə, ənsə nahiyyəsində çapıq, sol bazu oynağı nahiyyəsində şişkinlik və qançır, döş qəfəsinin sağ yarısının ön səthinin və sağ bazu nahiyyəsində sıyrıq müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmiş, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarına əlavə edilmiş Cəlilabad rayon X5 Bölməsinin 29 yanvar 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Şəxsnın törətdiyi əməlində cinayət məsuliyyətinə səbəb olmadığı üçün həmin xüsusat üzrə cinayət işi başlanılması rədd edilmiş və onun əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin tərkibi olduğundan o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmasından ötrü barəsində qəbul edilmiş qərar Cəlilabad rayon Polis Şöbəsinin İTB-yə göndərilmişdir. Şəxsnın inzibati xəta törətməsi sübut olununr və onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxsnın barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114- 117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respulikası İXM-in 157-ci maddəsi ilə təqsirli bilinib 300 manat məbləğində cərimə edilsin. Qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-68/2025
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-68/2025
24.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver