Məhkəmə qərarları › İş №3(073)-680/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-680/2025

17.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-680/2025 17.06.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs – xx.xx.1979-ci il tarixdə Cəlilabad rayonu, Svet-Zarya kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəlilabad muğan kəndində qeydiyyatda olan və yaşayan, barəsində Cəlilabad rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, məhkəmə, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157 və 206-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında material daxil olmuşdur. Azərbaycan Respublikası “Şəxsin cinayət məsuliyyətinə cəlb olunması üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Qanununa əsasən narkotik vasitə olan qurudulmuş marixuana 5 qramı və ondan yuxarı çəkidə şəxsi istehlak miqdarından artıq hesab olunur və cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs İmranyar oğlu izahatında göstərdi ki, 22.03.202-ci il tarixdə, saat 15 radələrində Masallı rayonu, Şərəfə kəndində piyada gəzən zaman yolun kənarında bir ədəd kibrit qutusu görmüş, həmin kibrit qutusunu yerdən götürmüş və içərisində marixuana olduğunu görmüşdür. Həmin vaxtı ətrafda heç kəs olmamış, o, isə tapdığı narkotik vasitə olan qurudulmuş marixuananı gəlcəkdə özü üçün isifadə etmək məqsədi ilə cibinə qoymuş, həmin tarixdə yaşadığı Cəlilabad rayonu, Muğan kəndinə qayıtmış və saat 17 radələrində kəndin mərkəzində piyada hərəkətdə olan zaman mülki geyimdə üç nəfər ona yaxınlaşaraq polis əməkdaşalrı olduğlarını bildirib üzərində hər hansı bir qanunla qadağan edilmiş əşya, predmet və ya narkotik vasitə olubolmamasını soruşanda o, da həmin polis əməkdaşlarına üzərində qanunla qadağan edilmiş qanunla qadağan edilmiş predmetin olmasını demişdir. Bundan sonra üzərində olan narkotik vasitə marixuananı polis əməkdaşalrına təqdim etmişdir. Əvvəllər də narkotik vasitələrdən istifadə etmişdir. Hazırda əməlindən səmimi peşmandır. Bir daha belə hallara yol verməyəcəkdir. Şəxs İmranyar oğlundan aşkar olunaraq götürülmüş qurudulmuş marixuananın təmiz çəkisi 4,926 qramdır. Odur ki, Şəxs İmranyar oğlunun əməlində cinayət tərkibi olmadığından Cəlilabad rayon X3 Bölməsinin 01 aprel 2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CPM-in 39.1.2 və 212-ci maddələrinə əsasən onun barəsində cinayət işinin başlanması rədd edilmişdir. Lakin Şəxs İmranyar oğlunun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin (narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, narkotik maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) tərkibi olduğundan barəsində inzibati hüquqpozmaya dair icraat başlanılmış və baxılması üçün Cəlilabad rayon məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X2 23 mart 2025-ci il tarixli, 3-16-16/2-19/126 saylı rəyindən görünür ki, Şəxs İmranyar oğlunun üzərində aşkar olunaraq götürülmüş, təmiz çəkisi 4,946 qram olan narkotik vasitə qurudulmuş marixuanadır. Həmin marixuananın 0,02 qramı tədqiqata istifadə olunmuş və 4,926 qramı qalıq qalmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157 və 206-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi və işdə olan sənədlərlə tam təsdiq edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxs ona istinad olunan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Şəxs əməlindən səmimi peşman olması onun məsuliyyətini yüngülləşdirən haldır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xəta törətdiyindən, o daha ciddi xəta olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilməlidir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ 30 gün müddətinə məhdudlaşdırılmaqla cərimə cəzasının tətbiq edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respulikasının İXM-in 157 və 206-cı maddəsi ilə təqsirli bilinib, Azərbaycan Respulikasının İXM-in 206-cı maddəsi ilə 30 (otuz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli 17 iyun 2025-ci il tarixdən, saat 15:15-dən hesablansın. Cərimənin icrası Cəlilabad rayon Polis Şöbəsinə həvalə edilsin. Şəxs aşkar edilərək götürülmüş Cəlilabad rayon Polis Şöbəsində saxlanılan maddi sübut tədqiqatdan sonrakı çəkisi 4,926 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Nakrotik vasitənin məhv edilməsi Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar