Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 3(073)-681/2025 17.06.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Mən, Cəlilabad Rayon Məhkəməsinin hakimi Mehrəliyeva Ləman Həmzağa qızı, Şəxs barəsində toplanmış Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə material Cəlilabad Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta törədilməsi haqqında materialı tədqiq edərək hesab edirəm ki, bu işin baxılması Cəlilabad Rayon Məhkəməsinin səlahiyyətlərinə aiddir və işin hakim tərəfindən baxılmasını istisna edən hallar mövcud deyil. İnzibati xəta haqqında protokol Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilmişdir və işin icraatını rədd edən hallar mövcud deyil. İş üzrə vəsatətlər və etirazlar yoxdur. Eyni zamanda müəyyən etdim ki, məhkəmənin icraatına Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə Cəlilabad Rayon Polis X1 Bölməsindən inzibati xəta haqqında materiallar daxil olmuş və 3(073)-680/2025 nömrə ilə qeydə alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Barəsində inzibati icraat aparılan Şəxs eyni vaxtda törətdiyi bir neçə inzibati xəta ilə bağlı iki ayrı-ayrı inzibati materiallar xx.xx.2025-ci il tarixdə məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan materialların tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədi ilə məhkəmənin icraatında olan 3(073)- 681/2025 və 3(073)-680/2025 nömrəli inzibati işlər birlikdə baxılması üçün bir icraatda birləşdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 157 və 206-ci maddələri ilə tərtib olunmuş, məhkəmənin icraatında olan 3(073)-681/2025 və 3(073)-680/2025 nömrəli inzibati işlər birlikdə baxılması üçün bir icraatda birləşdirilsin. Hakim Ləman Mehrəliyeva
Məhkəmə qərarları › İş №3(073)-681/2025
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №3(073)-681/2025
17.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver