Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-682/2025 17.06.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, Şəxs – xx.xx.1985-ci il tarixdə Cəlilabad rayonu, Komanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Komanlı kəndində qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon X2 Polis Bölməsindən daxil olmuş Azərbaycan Respublikasının İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol daxil olmuşdur. 17 iyun 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola görə Şəxs 15 iyun 2025-ci il tarixdə Cəlilabad rayonu Komanlı kəndində ictimai qaydanı pozaraq polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında göstərdi ki, o, 03 iyun 2025-ci il tarixdə 102 xidməti zəng mərkəzinə zəng edərək xidmətin operatorunu söymüşdür. Həmin vaxtı əsəbi olmuşdur. 13 iyun 2025-ci il tarixdə onu X1 əməkdaşı Şahin Əliyev izahatının alınması üçün bölməyə dəvət etmişdir. O həmin vaxt 102 xidmətinə yenidən zəng edərək bu barədə narazılığını bildirmişdir. Müraciəti ilə bağlı onunla əlaqə saxlayan zaman həmin polis əməkdaşınada nalayiq ifadələr işlətmişdir. 14 iyun 2025-ci il tarixdə polis əməkdaşları onun ünvanına yaxınlaşıb onu bölməyə dəvət etmiş, lakin o polis əməkdaşlarına qarşı nalayiq ifadələr demişdir. Bu zaman X1 əməkdaşları onu X3 aparmışlar. Həmin vaxt o həm içkili, həm də əsəbi olmuşdur. Sonda isə ona istinad olunan inzibati xətanı törətməsini etiraf edərək, əməlindən peşman olduğunu göstərmiş, polis əməkdaşlarından üzr istəmiş və məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında göstərdi ki, o, 14 iyun 2025-ci il tarixdə 102 xidmətinə edilmiş müraciətlə bağlı polis sahə rəisi, polis leytenantı Murad Kazımlı ilə birlikdə Cəlilabad rayonu, Komanlı kəndində yaşayan Şəxs ünvanına getmişlər. Eltacı Əbilovun izahatının alınması üçün X3 dəvət etmişlər. Lakin Eltac onların qanuni tələblərinə tabe olmayaraq ucadan nalayiq ifadələr işlətməyə başlamışdır. Sonra onlar Şəxs X3 gətirmişlər. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün və şahidin izahatı ilə yanaşı işdə olan sənədlərlə tam təsdiq edilmişdir. Şəxs törətdiyi əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xəta törətdiyindən, o daha ciddi xəta olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilməlidir. Məhkəmə inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 10 (on) gün müddətində inzibati qaydada həbs edilsin. İnzibati həbsetmənin əvvəli 17 iyun 2025-ci il tarixdən, saat 15:25-dən hesablansın. Qərarın icrası Cəlilabad rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-682/2025
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-682/2025
17.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver