Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-688/2025 03.07.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə X2 – 07 avqust 1976-cı il tarixdə Cəlilabad rayonu, Muğan kəndində anadan olmuş, ali təhsilli, evli, Azərbaycan Respublikası vətəndaşı, Cəlilabad rayon Muğan Bələdiyyəsinin sədri işləyən, Cəlilabad rayonu, Muğan kəndində qeydiyyatda olan və yaşayan barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə X1 barəsində Azərbaycan Respublikasının İXM-nin 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Lənkəran Regional Ədliyyə İdarəsindən protokol daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 inzibati xətanı etraf edərərk verdiyi izahatında göstərdi ki, 19 fevral 2025-ci il tarixdən Cəlilabad rayonu, Muğan bələdiyyəsini sədri vəzifəsində işləyir. Bələdiyyənin 08 may 2025-ci il tarixli, 12 saylı iclasında bələdiyyə tərəfindən əvvəlcədədn icarədarlara bağlanməş müqavilələrin hüquqtanıma prosesduru başa çatana və hərraca çıxarılana qədər müqavilələrin müddətinin xx.xx.2026-cı il tarixədək uzadılması barədə qərar qəbul edilmiş, lakin həmin iclas qərarı tərəfindən qanunla nəzərdə tutulmuş müddətdə inzibati nəzarəti həyata keçirən orqan-Lənkəran Regional Ədliyyə İdarəsinə göndərməmişdir. Sonradan gecikmə ilə də olsa bələdiyyə aktını inzibati nəzarəti həyata keçirən orqana göndərmişdir. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. X1 ona istinad olunan inzibati xətanı törətməsi işdə olan protokol və digər sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, işdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Lənkəran Regional Ədliyyə İdarəsinin 05 iyul 2025-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, Cəlilabad rayon Muğan Bələdiyyəsinin sədri X2 həmin bələdiyyənin 08 may 2025-ci il tarixdə keçirilən iclasında qəbul edilən 12 saylı protokolu qanunla müəyyən edilmiş müddətdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanının informasiya sisteminə yerləşdirilməmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cəlilabad rayon Muğan Bələdiyyəsinin sədri X2 həmin bələdiyyənin 08 may 2025-ci il il tarixdə keçirilən iclasında qəbul edilən 12 saylı protokolu bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanının informasiya sisteminə yerləşdirilməsini vaxtında icra etmədiyinə görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Lənkəran Regional Ədliyyə İdarəsi tərəfindən 05 iyul 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə inzibati qaydada cərimə edilməlidir. Məhkəmə iclasında X1 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada tərəflərə təqdim edilsin. Qərarın icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-688/2025
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-688/2025
03.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver