Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-7/2023 31.01.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Şəxs Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq... Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs Açıq Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankının 14 dekabr 2022-ci il tarixli, MN ******* saylı protokolu daxil olmuşdur. 14 dekabr 2022-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs Açıq Səhmdar Cəmiyyəti 21000.00 (iyirmi bir min) ABŞ dolları məbləğində vəsaiti 25 noyabr 2020-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsədə, 21000.00 (iyirmi bir min) ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 26 noyabr 2022-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasında Şəxs Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 izahat verərək bildirdi ki, Şəxs Açıq Səhmdar Cəmiyyəti ilə YİWU TARGET İMP&EXP CO.LTD arasında C/G1 nömrəli 04 aprel 2019-cu il tarixdə 498.800.00 (dörd yüz doxsan səkkiz min səkkiz yüz) ABŞ dolları məbləğində bağlanmış müqaviləyə əsasən YİWU TARGET İMP&EXP CO.LTD-dən Kənd təsərrüfatı məhsullarının qablaşdırılması üçün injectorlü plastik istehsal xətti və Kənd təsərrüfatı məhsullarının çeşidlənməsi və qablaşdırılmasında istifadə edilən, meyvənin, qoz-qındığn və ya tərəvəzin emalı üçün avadanlıq alınmışdır. xx.xx.2022-ci il tarixli gömrük bayəmnaməsindən görünür ki, YİWU TARGET İMP&EXP CO.LTD ilə RUQFRUKT” Açıq Səhmdar Cəmiyyəti arasında Kənd təsərrüfatı məhsullarının çeşidlənməsi və qablaşdırılmasında istifadə edilən, meyvənin, qoz-qındığn və ya tərəvəzin emalı üçün 136000 (bir yüz otuz altı min) ABŞ dolları dəyərində avadanlıq ölkəyə idxal olunmuşdur. Lakin gömrük bəyənnamələrini gömrük idarəsindən vaxtında ala bilmədikləri üçün sənədləri banka təqdim edə bilməmişlər. Şəxs Açıq Səhmdar Cəmiyyətinin əməlində inzibati xəta hadisəsi olmadığından başlanmış icraata xitam verilməsini xahiş etdi. İşə əlavə edilmiş xx.xx.2020-ci il tarixli xarici valyutada köçürmə orderindən görünür ki, RUQFRUKT” Açıq Səhmdar Cəmiyyəti C/G-1 saylı xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən YİWU TARGET İMP&EXP CO.LTD ROOM 1, NO 81 BUİLDİNG THİRD DİSTRİCT FUTİAN YİWU ZHEJİANHG CHİNA şirkətinə 21.000 (iyirmi bir min ) ABŞ dolları vəsait köçürmüşdür. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli gömrük bayəmnaməsindən görünür ki, YİWU TARGET İMP&EXP CO.LTD ilə RUQFRUKT” Açıq Səhmdar Cəmiyyəti arasında Kənd təsərrüfatı məhsullarının çeşidlənməsi və qablaşdırılmasında istifadə edilən, meyvənin, qoz-qındığn və ya tərəvəzin emalı üçün 136000 (bir yüz otuz altı min) ABŞ dolları dəyərində avadanlıq ölkəyə idxal olunmuşdur. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, 21000.00 ABŞ dolları dəyərində alınan malların ölkəyə idxalını təsdiq edən sənədlər (gömrük bəyənnaməsi) mövcud olduğundan RUQFRUKT” Açıq Səhmdar Cəmiyyətinin əməlində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsində göstərilən inzibati xəta hadisəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi göstərilir. Məhkəmə hesab edir ki, RUQFRUKT” Açıq Səhmdar Cəmiyyətinin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi olmadığından İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 85, 114 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: RUQFRUKT” Açıq Səhmdar Cəmiyyətinin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi olmadığından İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada tərəflərə təqdim edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-7/2023
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-7/2023
31.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver