Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-70/2023 25.01.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X10, İnzibati xəta törətmiş şəxs Şəxs, X1 iştirakı ilə, Şəxs - xx.xx.1971-ci ildə Cəlilabad rayonu, Maşlıq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Maçlıq kəndində qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq... Müəyyən etdi: Cəlilabad rayon İcra və Probasiya şöbəsindən daxil olmuş İnxibati xəta haqqında 25 yanvar 2023-cü il tarixli MN ******* saylı protokoldan görünür ki, Cəlilabad Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(073)-1158/2020 saylı qərarına əsasən 3030 manat pulun tələbkar X4 və Cəlilabad Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2(073)-310/2022 saylı qərarına əsasən 1330 manat pul alınaraq tələbkar X2 verilməlidir. Bununla da, Şəxs törətmiş olduğu inzibati xətaya görə Azərbaycan Respublikası İXM-in 528.1 və 528-1.1-ci maddələri ilə inzibati tənbeh olunmalıdır. Cəlilabad rayon İcra Şöbəsinin icra məmuru X13 izahatında göstərdi ki, Cəlilabad Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(073)-1158/2020 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 3090 manat pul və 30 manat dövlıət rüsumu alınaraq tələbkar X5 və Cəlilabad Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2(073)- 310/2022 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 1300 manat pul və 30 manat dövlıət rüsumu alınaraq tələbkar X2 verilməsi qət edilmişdir. İcra vərəqələri üzrə borclu Şəxs icra vərəqələrləi üzrə 2830 manat borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Şəxs maddi imkanın zəif olduğunu bildirərək borcunu tam ödəyə bilməyəcəyini bildirmişdir. Borclu Şəxs bu günədək borcundan 1500 manat ödəniş etdiş qalan burcunu isə ödəməmişdir. Qeyd olunanlara əsasən Şəxs inzibati qaydada cəza verilməsini xahiş etdi. İnzibati xəta törətmiş şəxs Şəxs izahatında göstərdi ki, onun barəsində Cəlilabad Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(073)-1158/2020 saylı icra vərəqəsinə əsasən ondan 3090 manat pul və 30 manat dövlıət rüsumu alınaraq tələbkar X5 və Cəlilabad Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2(073)- 310/2022 saylı icra vərəqəsinə əsasən ondan 1300 manat pul və 30 manat dövlıət rüsumu alınaraq tələbkar X2 verilməsi qət edilmişdir. İcra vərəqələri üzrə o, icra vərəqələrləi üzrə 2830 manat borcu yaranmışdır. O, bu günədək borcundan 1500 manat ödəniş etdiş qalan burcunu isə ödəməmişdir. Qeyd olunanlara əsasən barəsində yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar X7 izahatında göstərdi ki, Cəlilabad Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(073)-1158/2020 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 3090 manat pul və 30 manat dövlıət rüsumu alınaraq tələbkar X5 verilməsi qət edilmişdir. Borclu Şəxs borcunu ödəməkdən boyun qaçırmış və dəfələrlə icra şöbəsi tərəfindən borcun ödənilməsi tələb olunsa da, o, dəfələrlə icra məmurunu və onu aldatmış, borcunu ödəməkdən qəsdən yayınmışdır. Borclu Şəxs Cəlilabad Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(073)-1158/2020-ci il tarixli icra vərəqəsi üzrə 1130 manat borcu yaranmışdır. Ona görə də Şəxs inzibati qaydada həbslə bağlı cəza təyin edilməsini xahiş etdi. Cəlilabad Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(073)-1158/2020 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 3090 manat pul və 30 manat dövlıət rüsumu alınaraq tələbkar X5 verilməsi barədə icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Cəlilabad Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2(073)-310/2022 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 1300 manat pul və 30 manat dövlıət rüsumu alınaraq tələbkar X2 verilməsi barədə icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Məhkəmə icra məmurunun, inzibati xəta törətmiş şəxsin və tələbkarın nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərə tutulan inzibati xətanı törətmişdir. Belə ki, inzibati xəta törətmiş şəxs Şəxs məhkəmə qətnaməsi üzrə borcun ödənilməsi tələb olunsa da, borclu Şəxs borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Bundan başqa İnzibati xəta törətmiş şəxs Şəxs Cəlilabad Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2(073)-233/2022 qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati qaydada 500 manat cərimə olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, Şəxs şəxsiyyətini, maddi vəziyyətini və ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respulikası İnzibati Xətalar Məcəlləsinin 528.1 və 528.1-1-ci maddələi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən, saat 17:00dan hesablansın. Qərarın icrası Cəlilabad rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-70/2023
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-70/2023
25.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver