Məhkəmə qərarları › İş №3(073)-70/2024

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №3(073)-70/2024

24.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 3(073)-70/2024 24.09.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, X7 barəsində Azərbaycan Respublikası X4 X1 xx.xx.2023-cü il tarixli, MN ******* saylı və xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarlarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 verdiyi şikayətə Cəlilabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: X7 barəsində Azərbaycan Respublikası X4 X1 xx.xx.2023-cü il tarixli, MN ******* saylı və xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarlarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 3(073)-70/2024 nömrəli qərarı ilə, X5 barəsində Azərbaycan Respublikası Qida X2-X8 tərəfindən Azərbaycan Respublikası İXM-nin 447.0.6-cı maddəsi ilə 2.000 (iki min) manat məbləğində cərimə olunmasına dair qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməmiş, X5 barəsində Azərbaycan Respublikası Qida X2-X8 tərəfindən Azərbaycan Respublikası İXM-nin 544.2-cı maddəsi ilə 4.000 (dörd min) manat məbləğində cərimə olunmasına dair qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və əməlində inzibati xəta tərkibi olmadığına görə iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası X4 X1 rəisi Xalid Ələkbərli tərəfindən 16 may 2024-cü il tarixdə şikayət verərək Cəlilabad Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 3(073)-70/2024 nömrəli qərarının ləğv edilməsi və Azərbaycan Respublikası X4 X1 xx.xx.2023-cü il tarixli, MN ******* saylı və xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarların dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 3(106)-289/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə şikayət qismən təmin edilərək, Cəlilabad Rayon Məhkəməsinin 23 fevral 2024cü il tarixli, 3(073)-70/2024 nömrəli qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası X4 X1 rəisi Xalid Ələkbərli tərəfindən verilmiş şikayətin qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayaraq hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən ayrı-ayrı vaxtlarda qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarlardan ayrıca şikayət verilməli olduğu halda həmin qərarlardan birlikdə şikayət verilmiş və şikayətdə istinad olunmuş protokolların surəti iş materiallarına əlavə edilməmişdir. Məhkəmə hesab edir ki, şikayətdə qeyd edilən nöqsanlar aradan qaldırılaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarların hər birindən ayrıca şikayət verilməli və hər bir qərardan verilmiş şikayətə baxılaraq yekun qərar çıxarılmalıdır. Həmçinin şikayətdə istinad olunmuş protokolların surəti iş materiallarına əlavə edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası X4 X1 xx.xx.2023-cü il tarixli, MN ******* saylı və xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarlarından inzibati xəta törətmiş şəxs X5 verdiyi şikayət geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Azərbaycan Respublikası X4 X1 xx.xx.2023-cü il tarixli, MN ******* saylı və xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarlarından inzibati xəta törətmiş şəxs X5 verdiyi şikayət geri qaytarılsın. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar