Məhkəmə qərarları › İş №3(073)-702/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-702/2025

11.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-702/2025 11.07.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Cəlilabad rayon Şiləvəngə bələdiyyəsinin sədri X3, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Cəlilabad rayonu Şiləvəngə bələdiyyəsinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Cəlilabad rayonu Şiləvəngə bələdiyyəsinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 14 may 2025-ci il tarixli, MN ******* saylı protokolu daxil olmuşdur. 14 may 2025-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, Cəlilabad rayon Şiləvəngə bələdiyyəsi tərəfindən bələdiyyə mülkiyyətində olan torpaq sahəsindəki yaşıllıqların uçot və hesabatı aparılaraq qanunla müəyyən olunmuş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta aparılan Cəlilabad rayon Şiləvəngə blədiyyəsinin sədri X5 inzibati xətanı etraf etməyərək izahatında göstərdi ki, o, 03 mart 2025-ci il tarixdən Şiləvəngə bələdiyyəsinə seçkilərdə seçilmiş, bələdiyyə sədri seçilən kimi Cəlilabad rayon Şiləvəngə blədiyyəsinin mükiyyətiət növləri üzrə məhdud istifadəli yaşıllıqlar üzrə 4,5 ha, ümumi istifadədə olan yaşıllıqlar üzrə 1,50 ha, xüsusi təyinatlı yaşıllıqlar üzrə 0,80 ha və ümumi istifadədə olan yaşıllıqlar üzrə 25,40 ha olmaqla məlumatlar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi nin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. Ona görə də iş üzrə icraata xitam verilmısini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 izahatında göstərdi ki, Cəlilabad rayon Şiləvəngə kəndində yerləşən Cəlilabad rayon Şiləvəngə bələdiyyəsi barəsində “Yaşıllıqların uçotu və monitoriniqi” haqqında məlumatların 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə təqdim etməməsinə görə, qanunamüvafiq qaydada barəsində protokol tərtib edilərək Azərbaycan Respublikas İXM-nin 253-1.1.3-cü madddəsinə əsasən qərar çıxarılması üçün toplanmış material adiyyatı üzrə məhkəməyə göndərilmişdir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. İşə əlavə edilmiş və Cəlilabad rayon Şiləvəngə bələdiyyəsinin sədri X5 tərəfindən təstiq edilmiş cədvəldən görünür ki, Cəlilabad rayon Şiləvəngə blədiyyəsinin mükiyyət növləri üzrə, məhdud istifadəli yaşıllıqlar üzrə 4,5 ha, ümumi istifadədə olan yaşıllıqlar üzrə 1,50 ha, xüsusi təyinatlı yaşıllıqlar üzrə 0,80 ha və ümumi istifadədə olan yaşıllıqlar üzrə 25,40 ha müəyyən edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Cəlilabad rayon Şiləvəngə bələdiyyəsi tərəfindən bələdiyyə mülkiyyətində olan torpaq sahəsindəki yaşıllıqların uçot və hesabatı aparılaraq müvafiq icra hakimiyyəti orqanına təqdim edildiyindən Cəlilabad rayonu Şiləvəngə bələdiyyəsinin əməlində Azərbaycan Respublikası İXM-in 253-1.1.3-cü maddəsində göstərilən inzibati xəta hadisəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi göstərilir. Məhkəmə hesab edir ki, Cəlilabad rayonu Şiləvəngə bələdiyyəsinin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi olmadığından İnzibati Xətalar Məcəlləsinin 53.1.1ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 85, 114 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: Cəlilabad rayonu Şiləvəngə bələdiyyəsinin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi olmadığından İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada tərəflərə təqdim edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar