Məhkəmə qərarları › İş №3(073)-708/2025

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №3(073)-708/2025

20.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 3(073)-708/2025 20.06.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ X1, X6 tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərtib etdiyi inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: X6 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərtib etdiyi protokoldan verdiyi şikayətlə Cəlilabad Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, şikayət ərizəsində X3 inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərardan şikayət verdiyi göstərilsə də, şikayət ərizəsində inzibati xəta haqqında protokolun tarixi və nömrəsi şikayətdə göstərilməmiş, mübahisələndirilən inzibati xəta haqqında protokol şikayətə əlavə edilməmişdir. Ümumiyyətlə şikayət ərizəsində şikayətçinin şikayət ərizəsinin predmeti qeyd olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, məhkəməyə təqdim edilmiş materiallar natamam olduğundan və düzgün tərtib edilmədiyindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalı, ona yenidən şikayət ərizəsini düzgün tərtib edərək məhkəməyə şikayət vermək hüququnun olması izah edilməlidir. Yuxarıda qeyd olunanlara və AR İXM-nin 109-cu maddəsinin tələblərinə əsasən məhkəmə QƏRARA ALDİ: X6 tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərtib etdiyi protokoldan verilmiş şikayət və ona əlavə edilmiş sənədlər X4 qaytarılsın. X4 düzgün tərtib edilmiş şikayət ərizəsi ilə yenidən məhkəməyə şikayət vermək hüququnun olması izah edilsin. Hakim Ləman Mehrəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar