Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-711/2024 13.08.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İnzibati xəta törətmiş şəxs Şəxs, onun müdafiəçisi Vəkil iştirakı ilə, Şəxs – xx.xx.1986-ci il tarixdə Lənkəran rayonu, Şıxakəran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, Lənkəran rayonu, Şıxakəran kəndində qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol daxil olmuşdur. xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola görə Şəxs xx.xx.2024-cü il tarixdə təxminən saat 19 radələrində Cəlilabad rayonu Göytəpə şəhərində ucadan nalayiq ifadələr işlətməklə xırda xuliqanlıq hərəkətləri etmiş, polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad olunan inzibati xətanı törətməsini etiraf etməyətək verdiyi izahatında göstrədi ki, o, Biləsuvar rayon ərazisindən üzü Lənkəran şəhərinə doğru hərəkətdə olan zaman Cəlilabad rayonu Göytəpə şəhərində Cəlilabad RPŞ-nin DYPB-nin əməkdaşları ona saxla işarəsi verilmiş, o da avtomobilini saxlamışdır. Ona irad olaraq təhlükəsizlik kəmərinidən istifadə etmədiyi irad bildirilmişdir, bundan sonra avtomobilinin bütün şüşələrinin normadan artıq tünd rəngdə olması ona bildirilmiş və ondan 100 manat pul istənilmiş və ya avtomobilini duracağa aparılması ona bildirilmişdir. O da onlarla razılaşmış və Cəlilabad RPŞ-yə gəlmişlər. Öz avtomobilinin yanında video çəkdiyi üçün onun qolundan tutaraq şöbəyə aparmışlar. O, polis əməkdaşarını təhqir etməmiş və onları söyməmişdir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında göstərdi ki, o, Cəlilabad RPŞ-nin DYPB-nin YPX-nin baş inspektoru vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə Cəlilabad rayon Göytəpə şəhərində Cəlilabad RPŞ-nin DYPB-nin YPX-nin baş inspektoru polis leytenantı X3 və Cəlilabad RPŞ-nin DYPB-nin inspektoru vəzifəsində işləyən polis baş serjantı X5 ilə birlikdə Mersedes markalı **-YP-*** dövlət qeydiyyat nişanlı patrul avtomobilində xidmətdə olarkən həmin tarixdə təxminən saat 19 radələrində Cəlilabad rayon Göytəpə şəhəri, Qurtuluş küçəsində VAZ 2115 markalı **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü təhlüləsizlik kəmərindən istifadə etmədiyinə görə tərəflərindən ona saxla işarəsi verilmiş və sürücü avtomobili saxlamışdır. Polis baş serjantı X6 ona yaxılaşıb özünü təqdim etmiş və həmin avtomobilin bütün şüşələrinin noradan artıq tünd rəngdə olası tərəflərindən müəyyən olunmuş sürüçü avtomobilini idarə edərəkonlarla birlikdə Göytəpə polis bölməsinə getmişlər. Onlar bu səbəbdən avtomobilin duracağa aparılacağını sürücüyə izah edilmişdir. Bundan sonra avtomobilin sürücüsü Lənkəran rayonu, Şıxakəran kənd sakini Şəxs onlara qarşı kobudluq edərək ucadan səs küy salmış, onları təhqir etmiş və nalayiq ifadələr işlətmişdir. Onu nizam intizama dəvət edərək qanuni tələblərinə tabe olmasını, onlarla birlikdə avtomobilini duracağa aparmasını tələb etmişlər, lakin Şəxs qəsdən onların tələblərinə tabeçilik göstərməmiş və aqressiv hərəkətlərini davam etdirərək nayayiq ifadələrlə “məni heç kim polis şöbəsinə apara bilməz, kişi olun, vicdanınınz olsun” demişdir. Onlar onu Cəlilabad RPŞ-yə gətirərək idarə etdiyi VAZ 2115 markalı **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobili duracağa yerləşdirərək barəsində inzibati qaydada protokol tərtib etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında göstərdi ki, o, Cəlilabad RPŞ-nin DYPB-nin YPX-nin inspektoru vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə Cəlilabad rayon Göytəpə şəhərində Cəlilabad RPŞ-nin DYPB-nin YPX-nin baş inspektoru polis leytenantı X3 və Cəlilabad RPŞ-nin DYPB-nin inspektoru vəzifəsində işləyən polis baş leytenatı X1 ilə birlikdə xidmətdə olarkən təxminən saat 19 radələrində Cəlilabad rayon Göytəpə şəhəri, Qurtuluş küçəsində VAZ 2115 markalı **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü təhlüləsizlik kəmərindən istifadə etmədiyinə görə tərəflərindən ona saxla işarəsi ilə avtomobili saxlamışlar. O, yaxılaşıb özünü təqdim etdərək avtomobilin bütün şüşələrinin normadan artıq tünd rəngdə olası səbəbdən avtomobilin duracağa aparılacağını sürücüyə izah etmişdir. Bundan sonra avtomobilin sürücüsü Şəxs Göytəpə polis bölməsinə getmişlər, şüşələrin çıxarılması üçün avtomaşının duracaqda saxlanılacağı bildirilmiş, lakin Şəxs onlara qarşı onlara qarşı kobudluq edərək onları təhqir etmiş və nalayiq ifadələr işlədərək telefonla video çəkərək hadisəni səs yazısı ilə şərh etməyə başlamışdır. Onu nizam intizama dəvət edərək qanuni tələblərinə tabe olmasını, onlarla birlikdə avtomobilini duracağa aparmasını tələb etmişlər, lakin Şəxs qəsdən onların tələblərinə tabeçilik göstərməmiş və aqressiv hərəkətlərini davam etdirərək nayayiq ifadələrlə “məni heç kim polis şöbəsinə apara bilməz, kişi olun, vicdanınınz olsun” demişdir. Bütün bu olanlar YPX avtomobilinin qeydiyyat kamerası ilə yazılmışdır. Onlar onu Cəlilabad RPŞ-yə gətirərək idarə etdiyi VAZ 2115 markalı **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobi duracağa yerləşdirərək barəsində inzibati qaydada protokol tərtib etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında göstərdi ki, o, Cəlilabad RPŞ-nin DYPB-nin YPX-nin inspektoru vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə Cəlilabad rayon Göytəpə şəhərində Cəlilabad RPŞ-nin DYPB-nin YPX-nin baş inspektoru polis serjantı X5 və Cəlilabad RPŞ-nin DYPB-nin inspektoru vəzifəsində işləyən polis baş leytenatı X1 ilə birlikdə xidmətdə olarkən təxminən saat 19 radələrində Cəlilabad rayon Göytəpə şəhəri, Qurtulu küçəsində VAZ 2115 markalı **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü təhlüləsizlik kəmərindən istifadə etmədiyinə görə tərəflərindən saxlanılmış, polis baş serjantı X6 ona yaxılaşıb özünü təqdim etmiş və həmin avtomobilin bütün şüşələrinin normadan artıq tünd rəngdə olması tərəindən müəyyən olunmuş bu səbəbdən avtomobilin duracağa aparılacağı sürücüyə izah edilmişdir. Onlar Göytəpə polis bölməsinə gəlmişlər. Bundan sonra avtomobilin sürücüsü Lənkəran rayonu, Şıxakəran kənd sakini Şəxs onlara qarşı kobudluq edərək onları təhqir etmiş və nalayiq ifadələr işlətmişdir. Onu nizam intizama dəvət edərək qanuni tələblərinə tabe olmasını, onlarla birlikdə avtomobilini duracağa aparmasını tələb etmişlər, lakin Şəxs qəsdən onların tələblərinə tabeçilik göstərməmiş və aqressiv hərəkətlərini davam etdirərək nayayiq ifadələrlə “məni heç kim polis şöbəsinə apara bilməz” demişdir. Onlar onu Cəlilabad RPŞyə gətirərək idarə etdiyi VAZ 2115 markalı **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobi duracağa yerləşdirərək barəsində inzibati qaydada protokol tərtib etmişlər. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün və şahidlərin izahatı ilə yanaşı işdə olan sənədlərlə tam təsdiq edilmişdir. Şəxs törətdiyi əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xəta törətdiyindən, o daha ciddi xəta olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilməlidir. Məhkəmə inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddsi ilə 15 (on beş) gün müddətində inzibati qaydada həbs edilsin. İnzibati həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən, saat 19:00dan hesablansın. Qərarın icrası Cəlilabad rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-711/2024
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-711/2024
13.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver