Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-711/2025 03.07.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İXMnin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol daxil olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə onun tərəfindən hər hansı məlumat və ya vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Şəxs ona istinad olunan inzibati xətanı törətməsi işdə olan sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, işdə olan EQ 23671973 saylı protokolun surətindən görünür ki, Şəxs 19 sentyabr 2024-cü il tarixdə istifadəsində olan «TOYOTO PRİUS» minik markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmasına görə barəsində Azərbaycan Respublikası DİN Cəlilabad rayon X2 Polis Bölməsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 19 sentyabr 2024-cü il tarixdə protokol tərtib edilərək, 10 (on) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bundan başqa, işdə olan EQ 25522476 saylı protokolun surətindən görünür ki, Şəxs 13 yanvar 2025-ci il tarixdə istifadəsində olan «TOYOTO PRİUS» minik markalı, **- DZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə dayanma və ya durma qaydalarını pozmasına barəsində Azərbaycan Respublikası DİN Cəlilabad rayon X2 Polis Bölməsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 03 yanvar 2025-ci il tarixdə protokol tərtib edilərək, 20 (iyirmi) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bundan başqa, işdə olan EQ 25494813 saylı protokolun surətindən görünür ki, Şəxs 11 yanvar 2025-ci il tarixdə istifadəsində olan «TOYOTO PRİUS» minik markalı, **- DZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmasına görə barəsində Azərbaycan Respublikası DİN Cəlilabad rayon X2 Polis Bölməsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 11 yanvar 2025-ci il tarixdə protokol tərtib edilərək, 10 (on) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bundan başqa, işdə olan EQ 25104778 saylı protokolun surətindən görünür ki, Şəxs 18 dekabr 2024-cü il tarixdə istifadəsində olan «TOYOTO PRİUS» minik markalı, **- DZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmasına görə barəsində Azərbaycan Respublikası DİN Cəlilabad rayon X2 Polis Bölməsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 18 dekabr 2024-cü il tarixdə protokol tərtib edilərək, 10 (on) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bundan başqa, işdə olan EQ 25071387 saylı protokolun surətindən görünür ki, Şəxs 15 dekabr 2024-cü il tarixdə istifadəsində olan «TOYOTO PRİUS» minik markalı, **- DZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmasına görə barəsində Azərbaycan Respublikası DİN Cəlilabad rayon X2 Polis Bölməsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 15 dekabr 2024-cü il tarixdə protokol tərtib edilərək, 10 (on) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bundan başqa, işdə olan EQ 25715464 saylı protokolun surətindən görünür ki, Şəxs 24 yanvar 2025-ci il tarixdə istifadəsində olan «TOYOTO PRİUS» minik markalı, **- DZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmasına görə barəsində Azərbaycan Respublikası DİN Cəlilabad rayon X2 Polis Bölməsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 24 yanvar 2025-ci il tarixdə protokol tərtib edilərək, 50 (əlli) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bundan başqa, işdə olan EQ 24664721 saylı protokolun surətindən görünür ki, Şəxs 18 noyabr 2024-cü il tarixdə istifadəsində olan «TOYOTO PRİUS» minik markalı, **- DZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ümumi istifad istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.1. 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda dayanmasına görə barəsində Azərbaycan Respublikası DİN Cəlilabad rayon X2 Polis Bölməsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 18 noyabr 2024-cü il tarixdə protokol tərtib edilərək, 40 (qırx) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bundan başqa, işdə olan EQ 24548548 saylı protokolun surətindən görünür ki, Şəxs 07 noyabr 2024-cü il tarixdə istifadəsində olan «TOYOTO PRİUS» minik markalı, **- DZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmasına görə barəsində Azərbaycan Respublikası DİN Cəlilabad rayon X2 Polis Bölməsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 07 noyabr 2024-cü il tarixdə protokol tərtib edilərək, 10 (on) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bundan başqa, işdə olan EQ 24483798 saylı protokolun surətindən görünür ki, Şəxs 02 noyabr 2024-cü il tarixdə istifadəsində olan «TOYOTO PRİUS» minik markalı, **- DZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmasına görə barəsində Azərbaycan Respublikası DİN Cəlilabad rayon X2 Polis Bölməsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 02 noyabr 2024-cü il tarixdə protokol tərtib edilərək, 10 (on) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bundan başqa, işdə olan EQ 24245912 saylı protokolun surətindən görünür ki, Şəxs 19 oktyabr 2024-cü il tarixdə istifadəsində olan «TOYOTO PRİUS» minik markalı, **- DZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə barəsində Azərbaycan Respublikası DİN Cəlilabad rayon X2 Polis Bölməsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 19 oktyabr 2024-cü il tarixdə protokol tərtib edilərək, 80 (səksən) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bundan başqa, işdə olan EQ 24053093 saylı protokolun surətindən görünür ki, Şəxs 08 oktyabr 2024-cü il tarixdə istifadəsində olan «TOYOTO PRİUS» minik markalı, **- DZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol nişanlarının tələblərinə riayət etməməsinə görə barəsində Azərbaycan Respublikası DİN Cəlilabad rayon X2 Polis Bölməsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 08 oktyabr 2024-cü il tarixdə protokol tərtib edilərək, 40 (qırx) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bundan başqa, işdə olan EQ 23923708 saylı protokolun surətindən görünür ki, Şəxs 02 oktyabr 2024-cü il tarixdə istifadəsində olan «TOYOTO PRİUS» minik markalı, **- DZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə barəsində Azərbaycan Respublikası DİN Cəlilabad rayon X2 Polis Bölməsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 02 oktyabr 2024-cü il tarixdə protokol tərtib edilərək, 80 (səksən) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanı törətdiyinə görə barəsində çıxarılmış inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan həmin qərarı icra etməmiş və buna görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN Cəlilabad rayon X1 X3 tərəfindən 23 aprel 2025-ci il tarixində İXP ******* saylı, İXP ******* saylı, İXP ******* saylı, İXP ******* saylı, İXP ******* saylı, İXP ******* saylı, İXP ******* saylı, İXP ******* saylı, İXP ******* saylı, İXP ******* saylı, İXP ******* saylı və İXP ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə cərimə olunduğu məbləği qanunla müəyyən olunan müddətdə ödəmədiyindən nəqliyyat vasitələrini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmalıdır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılsın. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-711/2025
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-711/2025
03.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver