Məhkəmə qərarları › İş №3(073)-712/2023

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-712/2023

11.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-712/2023 11.07.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, X1, inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə Şəxs – xx.xx.1987-ci ildə Cəlilabad rayonu, Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, Cəlilabad rayonu, Təzəkənd kəndində qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Cəlilabad rayon İcra və Probasiya şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xətaya dair material məhkəməyə daxil olmuşdur. Cəlilabad rayon Məhkəməsinin 2(073)-1927/2023 saylı 02 may 2023-cü il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs hər ay iki uşağa üçün 240 manat alimet alınıb X2na verilməməklə icra edilməməişdir. Məhkəmə iclasında Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 izahatında göstərdi ki, Cəlilabad rayon məhkəməsinin 02 may 2023-cü il tarixli, 2(073)-1927/2023 saylı icra vərəqəsinə əsasən borclu Şəxs iki uşağın saxlanması üçün hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment alınıb X2na verilməsi qət edilmişdir. Borclu Şəxs hal-hazırda Cəlilabad rayon məhkəməsi tərəfindən çıxarılmış icra vərəqəsi üzrə 950 manat məbləğində borcu qalmışdır. Şəxs barəsində inzibati qaydada cəza verilməsini xahiş edir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs ifadəsində göstərdi ki, onun barəsində Cəlilabad rayon məhkəməsinin 02 may 2023-cü il tarixli, 2(073)-1927/2023 saylı icra vərəqəsinə əsasən ondan iki uşağın saxlanması üçün hər ay hər uşağa görə 120 manat olmaqla, cəmii uşağa üçün 240 manat sabit pul məbləğində aliment alınıb X2na verilməsi qət edilmişdir. İcra vərəqəsi üzrə o, borcunu ödəməkdən boyun qaçırmır və hazırda tələbkara yaranmış 950 manat aliment borcundan 300 manat ödəmişdir və qalan borcunu da tələbkarla öz aralarında razılaşaraq hissə-hissə yaxın vaxta ödəyəcəkdir. Qeyd edilənlərin nəzərə alınaraq barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə X2 ifadəsində göstərdi ki, Cəlilabad rayon məhkəməsinin 02 may 2023-cü il tarixli, 2(073)-1927/2023 saylı icra vərəqəsinə əsasən borclu Şəxs iki uşağın saxlanması üçün hər ay hər uşağa görə 120 manat olmaqla, cəmii uşağa üçün 240 manat sabit pul məbləğində aliment alınıb ona verilməsi qət edilmişdir. İcra vərəqəsi üzrə hazırda ona yaranmış 950 manat aliment borcundan 300 manat ödəyir və qalan borcunu da onunla öz aralarında razılaşaraq hissə-hissə yaxın vaxta ödəyəcəkdir. Qeyd edilənlərin nəzərə alınaraq barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respubliksının Qanununun Qanunun 82.1ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Həmçinin icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Məhkəmə iclasında icra məmurunun, borclunun və tələbkarın izahatları və iş materialları ilə müəyyən edilmişdir ki, Cəlilabad rayon Məhkəməsinin 2(073)- 1927/2023 saylı 02 may 2023-cü il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs hər ay iki uşağa üçün 240 manat alimet alınıb X2na verilməsi qət edilmişdir. X2 İcra vərəqəsi üzrə hazırda ona yaranmış 950 manat aliment borcundan 300 manat ona ödənildiyini və qalan borcunu da öz aralarında razılaşaraq hissə-hissə yaxın vaxta ödənilməsinin nəzərə alınaraq barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulur. Məhkəmə iclasında borclu Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və icra sənədini üzrsüz səbəbdən icra etməməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130, 528-ci maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin 11 iyul 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoluna əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar