Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-718/2024 16.08.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1987-ci ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonunun Çəmənli kəndində qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə Şəxs Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(004)-191/2021 saylı icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Məhkəmə iclasında Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X10 verdiyi izahatında göstərmişdir ki, Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(004)-191/2021 saylı icra vərəqəsinə əsasən Şəxs və X1 müştərək qaydada 274 manat pul alınıb X3, 213 manat pul alınıb X8, 1959 manat pul alınıb X4, 2077 manat pul alınıb X11, 2536 manat pul alınıb X12, 845 manat pul alınıb X2 və 3369.70 manat pul alınıb X13 verilməlidir. İcra vərəqəsi Cəlilabad rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul olunmuş və tələbin 10 gün müddətində könüllü icrası ilə bağlı borcluya bildiriş göndərilmişdir. Borcu icra sənədi üzrə borcunu ödəməkdən yayınmışdır. Buna görə də barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad olunan inzibati xətanı törətməsini etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(004)- 191/2021 saylı icra vərəqəsinə əsasən ondan və X1 müştərək qaydada 274 manat pul alınıb X3, 213 manat pul alınıb X8, 1959 manat pul alınıb X4, 2077 manat pul alınıb X11, 2536 manat pul alınıb X12, 845 manat pul alınıb X2 və 3369.70 manat pul alınıb X13 verilməlidir. Həbsdə olduğu üçün və 2024-cü ilin fevral ayında həbsdən azad olduğu üçün icra sənədindən məlumatı olmamışdır. O, elə başa düşmüşdür ki, Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(004)-191/2021 saylı hökmü ilə ona verilmiş azadlıqdan məhrumetmə cəzası aldıqdan sonra borc ödənilmiş hesab olunur. Hazırda borcunu ödəməkdan yayınmır vaxt verilsə hissə-hissə ödəyə bilər. Qeyd edilənlərin nəzərə alınaraq barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə işə zərərçəkmiş şəxslərin (tələbkar) iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. İşdə olan Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(004)- 191/2021 saylı icra vərəqəsinə əsasən Şəxs və X1 müştərək qaydada 274 manat pul alınıb X3, 213 manat pul alınıb X8, 1959 manat pul alınıb X4, 2077 manat pul alınıb X11, 2536 manat pul alınıb X12, 845 manat pul alınıb X2 və 3369.70 manat pul alınıb X13 verilməlidir. İcra vərəqəsi Cəlilabad rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul olunmuş və tələbin 10 gün müddətində könüllü icrası ilə bağlı borcluya bildiriş göndərilmişdir. Göründüyü kimi, borclu Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və ya icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilməmişdir. Belə ki, borclu həbsdə olmuş və bu səbəbdən icra sənədindən məlumatı olmamışdır. O, 2024-cü ilin fevral ayında azadlıqdan məhrum etmə cəzasını çəkib qurtarmış və faktiki olaraq Bakı şəhərində yaşamışdır, icra ilə bağlı bildirişlər isə onun qeydiyyatda olduğu ünvana, yəni Cəlilabad rayonunun Çəmənli kəndinə göndərilmişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin məhz üzrsüz səbəbdən yerinə yetirilməməsinə görə məsuliyyət nəzərdə tutulur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin 16 avqust 2024-cü il tarixli inzibati xəta haqqında protokoluna əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №3(073)-718/2024
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-718/2024
16.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver