Məhkəmə qərarları › İş №3(073)-72/2023

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-72/2023

26.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-72/2023 26.01.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, İcra məmuru X2, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə Şəxs – xx.xx.1974-cü il tarixdə Cəlilabad rayonu, Maşlıq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Cəlilabad rayonu, Maşlıq kəndində qeydiyyatda olan, barəsində Cəlilabad Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2(073)-2112/2021 nömrəli icra vərəqəsinə əsasən Cavabdeh Şəxs öhdəliyi üzrə 3700( üç min yeddi yüz) manat əsas borc, 1768( min yeddi yüz altmış səkkiz) manat faiz borcu, 80(səksən) manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 495,21(dörd yüz doxsan beş manat iyirmi bir qəpik) manat faiz borcu cəmi 6043,21(altı min qırx üç manat iyirmi bir qəpik) manat tutularaq Ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Borclu Şəxs qeyd olunan icra sənədinin icra müddəti ərzində icrasını təmin etməmiş və tələbkara olan borcunu ödəməmişdir. Borcun ödənilməsi tələb edildikdə isə, o imkanının olmadığını bəhanə edərək məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da o, Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında icra məmuru Mahir Əskərov inzibati xəta haqqında protokolu əsaslandıraraq göstərmişdir ki, borclu Hüseynov X1 Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2(073)-2112/2021 saylı icra vərəqəsinin icra müddəti ərzində icrasını tam təmin etməmiş və Ləğv prosesində olan "xxxx" ASC-yə borcunu ödəməmişdir. Şəxs kredit borcu 6043.21(altı min qırx üç manat iyirmi bir qəpik) manat təşkil edir. Bu borcun ödənilməsi ondan tələb olunsa da, o, icra vərəqəsinin icrasından qəsdən yayınmışdır. Odur ki, onun Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. İnzibati xəta törədən Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, onun tələbkar Zaminbank” ASC-yə 6043.21(altı min qırx üç manat iyirmi bir qəpik) manat kredit borcu vardır. Maddi imkanı olmadığı üçün kredit borcunu ödəyə bilməmişdir. Əməlindən peşmandır, səhvini başa düşür, gələcəkdə bir daha belə səhvlərə yol verməyəcəkdir. Odur ki, məhkəmədən ona köməklik edilməsini xahiş edir. İş materiallarında olan Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin 14 sentyabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, Cəlilabad Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2(073)-2112/2021 saylı icra vərəqəsi üzrə Şəxs barəsində Azərbaycan Respublikası daxilində axtarış elan edilməsi qərara alınmışdır. İş materiallarında olan Cəlilabad İcra və Probasiya Şöbəsinin 26 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, barəsində axtarış işi açılmış Şəxs 26 yanvar 2023-cü il tarixdə Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə təqdim olunmuşdur. Şəxs törətmiş olduğu inzibati xəta onun özünün etirafı, məhkəmənin 26 oktyabr 2021-ci il tarixli, 2(073)-2112/2021 saylı icra vərəqəsi, icra məmuru Mahir Əskərovun izahatı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam təsdiq edilmişdir. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Onun məsuliyyətini ağırlaşdıran hal yoxdur. Məhkəmə inzibati xəta törədən Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114-115, 117 və 128, 130-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respulikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 26 yanvar 2023-cü il tarixdən, saat 17:20-dən hesablansın. Elan edilmiş qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın icrası Cəlilabad Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar