Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-72/2025 27.01.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İnzibati xəta törətmiş şəxs X2 iştirakı ilə, X7 – xx.xx.2000-ci il tarixdə Cəlilabad rayonunun Qarazəncir kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, Cəlilabad rayonunun Qarazəncir kəndində qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, məhkəmə, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol daxil olmuşdur. 25 yanvar 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola görə X3 25 yanvar 2025-ci il tarixdə Cəlilabad rayonu Üçtəpə kəndində ucadan nalayiq ifadələr işlədərək ictimai asaişi pozmuş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. X3 həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs X3 izahatında göstərdi ki, o, 25 yanvar 2025-ci il tarixdə qardaşı arvadı Əminə Dünyamalıyevanın evinə getmişdir. Həmin vaxt aralarında sözlü mübahisə yaranmışdır. Bu zaman Əminə Dünyamalıyeva 102 xidmətinə zəng vuraraq onda şikayət etmişdir. Təxminən 30 dəqiqə sonra polis əməkdaşları həmin ünvana gəlmişdir. O, polis əməkdaşlarını görüb küçəyə qaçmış və əsəbi halda küçəyə qaçan zaman ucadan nalayiq ifadələr işlətmişdir. Polis əməkdaşları onu sakitləşdirməyə çalışmış və Cəlilabad rayon Polis Bölməsinə gətirmişlər. Sonda isə ona istinad olunan inzibati xətanı törətməsini etiraf edərək, əməlindən səmimi peşman olduğunu göstərmiş və məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında göstərdi ki, o, 25 yanvar 2025-ci il tarixdə Cəlilabad rayon Polis Şöbəsinin əməliyyat-istintaq qrupunda xidmətdə olmuşdur. Cəlilabad rayonu, Üçtəpə kənd sakini X1 həmin tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə müraciəti ilə əlaqədar o və əməliyyatistintaq qrupunun digər üzvləri ilə birliktə həmin ünvana getmişdirlər. Həmin ünvana çatdıqda Əminə Dünyamalıyevanın qayını Şəxs onlarla mübahisə etməyə başlamışdır. Onlar Şəxsanı sakitləşdirməyə çalışsalar da, Ricay onların qanuni tələblərinə məhəl qoymayaraq ucadan nalayiq ifadələr işlətməyə başlamış və ictimai qaydanı pozmuşdur. Sonra onlar Şəxsanı Cəlilabad rayon Polis Şöbəsinə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 izahatında göstərdi ki, o, 25 yanvar 2025-ci il tarixdə Cəlilabad rayon Polis Şöbəsinin əməliyyat-istintaq qrupunda xidmətdə olmuşdur. Cəlilabad rayonu, Üçtəpə kənd sakini X1 həmin tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə müraciəti əsasında əməliyyat-istintaq qrupunun digər üzvləri ilə birliktə həmin ünvana getmişdirlər. Həmin ünvana çatdıqda Əminə Dünyamalıyevanın qayını Şəxs onlarla mübahisə etməyə başlamışdır. Onlar Şəxsanı sakitləşdirməyə çalışsalar da, Ricay onların qanuni tələblərinə məhəl qoymayaraq ucadan nalayiq ifadələr işlətməyə başlamış və ictimai qaydanı pozmuşdur. Sonra onlar Şəxsanı Cəlilabad rayon Polis Şöbəsinə gətirmişlər. X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün və şahidlərin izahatı ilə yanaşı işdə olan sənədlərlə tam təsdiq edilmişdir. X2 törətdiyi əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, X3 eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xəta törətdiyindən, o daha ciddi xəta olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilməlidir. Məhkəmə inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddsi ilə 10 (on) gün müddətində inzibati qaydada həbs edilsin. İnzibati həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 22:30-dan hesablansın. Qərarın icrası Cəlilabad rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-72/2025
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-72/2025
27.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver