Məhkəmə qərarları › İş №3(073)-722/2024

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-722/2024

26.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-722/2024 26.12.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X3nin nümayəndəsi X7 iştirakı ilə, X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X3nin 30 iyul 2024-cü il tarixli, MN seriyalı ******* saylı X13 iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X3nin 30 iyul 2024-cü il tarixli, MN seriyalı ******* saylı X13 iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və X13 iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X3 tərəfindən “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən əldə olunan məlumatlar əsasında xx.xx.2024-cü il tarixdə MN ******* nömrəli X13 Protokol tərtib olunmuş və həmin protokola əsasən xx.xx.2024-cü il tarixli, MN 163122 nömrəli inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində cərimə olunmuşdur. İnzibati tənbeh vermə haqqında qərarı qanunsuz və əsassız hesab edir. Belə ki, X13 iş üzrə icraatı başlamış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən işlə bağlı bütün faktiki halları tam və hərtərəfli qaydada öyrənmək üçün lazımi tədbirlər görülməmiş, onun və protokolda adları qeyd olunan vətəndaşların izahatları alınaraq zəruri araşdırma aparılmamış, bu şəxslərlə onun arasında hər-hansı bir əmək münasibətlərinin yaranıb-yaranmaması dəqiqləşdirilməyərək yalnız əldə olunmuş məlumat əsasında protokol tərtib edilib iş məhkəməyə göndərilmişdir. Bununla da onun təqsirliliyi sübut edən kifayət qədər dəlil toplanılmamış, prosesual normalara və sübutetmə vəzifəsinə əməl olunmamışdır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemindən işçilərə icazələrin alınması isə onun tərəfimdən deyil sifarişçi tərəfindən həyata keçirilir. Onun tərəfindən icazələrin alınması və ya ləğv edilməsi ilə bağlı heç bir orqana müraciət olunmamışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X3ndən tərəfindən tərtib olunmuş X13 protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq hesab edir ki, onun tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və bununla da, onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Yalnız informasiya sistemi üzərindən əldə olunan məlumat əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsi mümkün deyil. Protokolda qeyd edilən şəxslərin əmək müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb edildiyini sübut edəcək heç bir sənəd iş materialında mövcud deyil. Odur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X3nin inzibati tənbeh vermə haqqında 30 iyul 2024-cü il tarixli, MN seriyalı, ******* saylı qərarının ləğv edilməsi və X13 iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, X2 məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə işə onun iştirakı olmadan baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə, işə X1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X3nin nümayəndəsi X10 protokolun və inzibati tənbeh vermə haqqında qərarın müvafiq sənədlər əsasında tərtib edildiyini və şikayətin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarını hərtərəfli araşdırıb hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X3 tərəfindən X6 barəsində tərtib edilmiş 22 iyul 2024-cü il tarixli, MN seriyalı ******* saylı protokoldan görünür ki, X6 Azərbaycan respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq Şahid2, X8, Şahid3 və Şahid1 işğaldan azad olmuş ərazilərdə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb etmiş və Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X3 tərəfindən X6 barəsində tərtib edilmiş 30 iyul 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq Şahid2, X8, Şahid3 və Şahid1 işğaldan azad olmuş ərazilərdə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb etməklə, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 3000 (üç min) manat cərimə edilmişdir. İş materiallarında olan Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işəgötürən X6 ilə X8 arasında müddətli əmək müqaviləsi bağlanaraq, X8 xx.xx.2024-cü il tarixdə usta peşəsi üzrə işə qəbul edilmişdir. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X8 ilə xx.xx.2024-cü il tarixdə bağlanmış əmək müqaviləsinə 31 may 2024-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işəgötürən X6 ilə Şahid3 arasında müddətli əmək müqaviləsi bağlanaraq, Şahid3 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək usta peşəsi üzrə işə qəbul edilmişdir. İş materiallarında olan Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işəgötürən X6 ilə Şahid2 arasında müddətli əmək müqaviləsi bağlanaraq, Şahid2 xx.xx.2024-cü il tarixdə usta peşəsi üzrə işə qəbul edilmişdir. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Şahid2 ilə xx.xx.2024-cü il tarixdə bağlanmış əmək müqaviləsinə 31 may 2024-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işəgötürən X6 ilə Şahid1 arasında müddətli əmək müqaviləsi bağlanaraq, Şahid1 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək usta peşəsi üzrə işə qəbul edilmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X3 tərəfindən X5 ünvanlanmış bildirişdən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinin tələblərini pozulmaqla əmək müqviləsi bağlamadan işlərin (xidmətlərin) görülməsinə cəlb edilməsi halı müəyyən edildiyi üçün X4 xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarla 3000 (üç min) manat məbləğində cərimə olunması qeyd edilmiş və həmin cəriməni müvafiq hesaba ödənilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən zərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində X13 iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, X13 iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən X13 işə barəsində X13 iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində X13 iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, X13 protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X6 tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Şahid2, X8, Şahid3 və Şahid1 işə cəlb edilməsi ilə bağlı qaydaların pozulmasına səbəb ola biləcək hal ətraflı araşdırılmamış, sübutetmə yükü Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X3 üzərində olsa da, sübuta yetirilməmiş, həmin orqan yalnız Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin altsisteminə baxış keçirməklə kifayətlənmiş, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları, yəni X6 tərəfindən həqiqətən də Şahid2, X8, Şahid3 və Şahid1 işlərin yerinə yetirilməsinə cəlb edilməsi təsdiq olunmamış, tam və hərtərəfli araşdırma aparılmamışdır. Bundan əlavə, Şahid2, X8, Şahid3 və Şahid1 və hadisənin şahidləri ola biləcək şəxslərin dairəsi müəyyən edilərək izahatları alınmamışdır. X9 X3 vəzifəli şəxs kimi X4 İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsi barədə nəticəyə gəlsə də, bu mövqeyini kifayət qədər tutarlı sübutlarla əsaslandıra bilməmişdir. İş üzrə müəyyən edilən sübutlar isə X4 göstərilən maddələrlə təqsirliliyini şübhə altına alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən X13 iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və X13 işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması X13 iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə belə hesab edir ki, X4 şikayəti qismən təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X3 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X4 şikayəti qismən təmin edilsin. X4 barəsində tərtib olunmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X3nin MN seriyalı ******* nömrəli, xx.xx.2024cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar