Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 3(073)-73/2023 26.01.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cəlilabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq... Müəyyən etdi: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cəlilabad rayon İcra və Probasiya Şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində dair inzibati xətaya dair material məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cəlilabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş 26 yanvar 2023-cü il tarixli 279686/2022-30-13 nömrəli məktubdan görünüt ki, borclu Şəxs tələbkar X2 ilə razılığa gədiyi üçün protokol və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı müəyyən olundu ki, material protokolla birlikdə protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən təqdim edilmiş materiallar natamam olduğu üçün işə baxılarkən tamamlamaq mümkün olmamışdır, yəni icra vərəqəsi üzrə tələb olunana borcun ödənilməsi məqsədilə borcluya borcunun ödənilməsinə dair xəbərdarlıq məktubunun verilməsi və borclu tərəfindən həmin məktubun əldə olunmasına dair heç bir sənəd işə əlavə edilməmiş, həmin tarixdən indiyədək hansı zəruri icra hərəkətləri edilməsi, borclunun əmlakının olub-olmaması və digər zəruri icra hərəkətləri edilməsi protokolda öz əksini tapmır. Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən tərtib edilmiş protokolda borclu Şəxs borcunun qərəzli olaraq ödəmədiyi və ödəməkdən boyun qaçırması göstərilmiş, lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cəlilabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş 26 yanvar 2023-cü il tarixli 279686/2022-30-13 nömrəli məktubdan görünüt ki, borclu Şəxs tələbkar X2 ilə razılığa gəlmişdir. Belə olan halda inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının İXM-in 100-cü maddəsinin tələblərinə uyğun tərtib edilmədiyindən, inzibati xəta haqqında protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılmalıdır. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol natamam olduğuna və düzgün tərtib olmadığına görə tərtib edilmiş inzibati xəta haqqında protokol ona əlavə edilmiş sənədlərlə birlikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100, 109 və 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində tərtib olunmuş protokol ona əlavə edilmiş sənədlərlə birlikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə qaytarılsın. Qərardaddan 10 gün müddətində Cəlilabad rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-73/2023
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №3(073)-73/2023
26.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver