Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-730/2023 13.07.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, inzibati xəta törədən şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, Şəxs – xx.xx.1985-ci ildə Cəlilabad rayonu, Sabirabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmamış, orta təhsilli, fərdi əməklə məşqul olan, Cəlilabad rayonu, Sabirabad kəndində qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: 13 iyul 2023-cü il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 09 radələrində Cəlilabad rayonu, Sabirabad kəndində qardaşı Əzizov Xanoğllan nabil oğlunu döyərək ona dərəcəsi müəyyən olunmayan xəsarət yetirmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxsnın bu əməli inzibati xəta haqqında protokolla, özünün və zərərçəkmişin izahatı, eləcə də, işin digər materialları ilə tam təsdiq edilmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahtında bildirdi ki, o, xx.xx.2023-cü il tarixdə, saat 09 radələrində yaşadığı evin həyətində hasarlanma işləri görərkən qardaşı Xanoğlan Şükürov gələrək onun hasar tikməyinə etraz bildirmi, bu zəmində aralarında mübahisə yaranmış, lakin o, qardaş Xanoğlanı təhqir etməmiş döyməmişdir, ona heç bir xəsarət yetirməmişdir. Hazırda etdiyi əmələ görə özünü təqsirli bilir, əməlindən səmimi peşmandır. Zərərçəkmiş şəxs ilə barışdığını, ona dəymiş ziyanı tam ödədiyini və gələcəkdə belə hallara yol verməyəcəyini bildirərək inzibati işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkən şəxs Zərərçəkmiş şəxs izahatında bildirdi ki, 3-4 aydır ki, qardaşı Şəxsla ilə aralarında torpaq mübahisəsi var. xx.xx.2023-cü il tarixdə, saat 09 radələrində qardaşı Ağaqardaş onun həyatyanı sahəsində hasar tikdiyi üçün aralarında mübahisə yaranmı, mübahisə zamanı mübahisə zamanı Ağaqardaş onu əlindəki dəmir boru ilə arnına vurmuşdur. O, da qardaşı Ağaqardaşa bir zöz deməyib 102 xidmət zəng mərkəzi sisteminə məlumat vermişdir. Hazırda Şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək inzibati işin icraatına xitam verilməsini xahiş etdi. İşə əlavə edilmiş Cəlilabad MTE və PA şöbəsinin xx.xx.2023-cü il tarixli, 590 saylı rəyində göstərilir ki, X2 qarının ön divarının sağ yarısında 2/iki/ədəd əzilmiş səhti yara müəyyən olundu, müəyyən olunan xəsarət bərk küt əşyaların təsirindən törənmişdir, törəmənin müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin olunmur. İş materiallarına əlavə edilmiş Cəlilabad rayon prokurorluğunun 11 iyul 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Şəxs törətdiyi əməlində cinayət məsuliyyətinə səbəb olmadığı üçün həmin xüsusat üzrə cinayət işi başlanılması rədd edilmiş və onun əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin tərkibi olduğundan o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmasından ötrü barəsində qəbul edilmiş qərar Cəlilabad rayon məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsinin qeydinin 3-cü bəndində göstərilmişdir ki, bu maddədə nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Məhkəmə inzibati xəta törətmiş şəxslə Şəxs ilə zərərçəkmiş şəxs X1 barışdıqlarını nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs inzibati məsuliyyətindən azad edilməli və onun barəsində olan inzibati materialın icraatına xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə təqsirləndirildiyi inzibati material üzrə zərərçəkmiş şəxs X3 ilə barışdığı üçün barəsində olan inzibati materialın icraatına xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-730/2023
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-730/2023
13.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver