Məhkəmə qərarları › İş №3(073)-739/2023

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-739/2023

22.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-739/2023 22.08.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Şikayət verən şəxs X4, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmlak Müfəttişliyi Xidmətinin Lənkəran Astara-Regional Şöbəsinin baş əmək müfəttişi X6 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmlak Müfəttişliyi Xidmətinin Lənkəran Astara-Regional Şöbəsi tərəfindən baxılan inzibati xətalar haqqında işlər üzrə inzibati tənbehin tətbiq edilməsi haqqında 31 may 2023-cü il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi barədə şikayətə baxaraq, Müəyyən etdi: Şikayət verən şəxs X9 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmlak Müfəttişliyi Xidmətinin Lənkəran Astara- Regional Şöbəsi tərəfindən baxılan inzibati xətalar haqqında işlər üzrə inzibati tənbehin tətbiq edilməsi haqqında 31 may 2023-cü il tarixli, MN ******* saylı qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət verən şəxs X9 ərizəsini əsaslandıraraq göstərdi ki, o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmlak Müfəttişliyi Xidmətinin Lənkəran Astara-Regional Şöbəsi tərəfindən 31 may 2023-cü il tarxli, 31 may 2023-cü il tarixli, MN ******* saylı qərarı ilə o, İXM-nin 192.1-ci maddəsi ilə 3000 manat miqdarında cərimə edilmişdir. Səbəb kimi isə ona məxsus olan ünvan 1ünvanında yerləşən avtomobil yuma sexində X2 əmək müqaviləsi olmadan işlətməsi göstərilmişdir. 2021-ci ilin dekabr ayında ünvan 1 ünvanında yerləşən əmək kompleksi kimi müəssisə olan qeyri-yaşayış sahəsini notarial qaydada alqı-satqı müvaviləsi əsasında almış. Həmin qeyri-yaşayış sahəsində avtomobil yuyucu sexi olmuşdur. Murad Şahverdiyev isə həmin yuyucu sexində 2022-ci ilinəvvəllərində 25 oktyabr 2022ci il tarixə kimi işləmişdir. Ondan sonra Murad Şahverdiyev işdən çıxmışdır. Hesab edir ki, Dövlət Əmlak Müfəttişliyi Xidmətinin Lənkəran Astara-Regional Şöbəsi tərəfindən 31 may 2023-cü il tarxli, 31 may 2023-cü il tarixli, MN ******* saylı qərarı ədalətli olmasmış və günahsız olduğu halda onun təqsirli sayılmağı İXM-nin müddəalarına zidd olmuşdur. Ona görə də hazırki qərardan şikayət vermək qərarına gəlmişdir. Məhkəmədən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmlak Müfəttişliyi Xidmətinin Lənkəran Astara-Regional Şöbəsi tərəfindən 31 may 2023-cü il tarxli, 31 may 2023-cü il tarixli, MN ******* saylı qərarı ləğv edilməsini məhkmədən xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmlak Müfəttişliyi Xidmətinin Lənkəran Astara-Regional Şöbəsinin baş əmək müfəttişi X12 bildirdi ki, 27 dekabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 188.4 kv.m olan əmlak kompleksi kimi müəssisə X7 məxsusdur. Cəlilabad rayon prokurorunun böyük köməkçisi vəzifəsini icra edən İİİ dərəcəli hüquqşünas Rahim Qəmbərli tərəfindən qəbul edilmiş 06 may 2023-cü il tarixli qərarla X5 barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 162-1-ci maddəsi ilə cinayət işi başlanması rədd edilmiş və toplanmış materialların X10 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması məsələsinə baxılması üçün Cəlilabad rayon prokuroruna təqdim edilməsi qərara alınmışdır. Araşdırma zamanı toplanmış materiallar əsasında müəyyən edilmişdir ki, X8 2022-ci ilin əvvəllərindən 25 oktyabr 2022-ci il tarixədək olan müddət ərzində Cəlilabad şəhər sakini X7 məxsus olan ünvan 2 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə olan qeyri-yaşayış sahəsində yerləşən avtomobil yuma sexində əmək müqaviləsi olmadan yuyucu kimi işləmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalara Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr 96-VQ nömrəli Qanunun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanına əsasən İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində baxılır. X4 barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 3000 manat məbləğində cərimə edilməsinə dair 31 may 2023-cü il tarixli, MN ******* saylı qəbul edilmişdir. Həmin qərar qanuni və əsaslıdır, ona görə də şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyərək, işdə olan sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. İş materiallarında olan 06 may 2023-cü il tarixli N-22/05İB-23 saylı məktubdan görünür ki Cəlilabad rayon prokurorluğunda araşdırılmış 80C-23 nömrəli material əsasında Cəlilabad şəhərsakini X10 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlamış inzibati xəta haqqında iş üzrə icraat materialları baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmlak Müfəttişliyi Xidmətinin Lənkəran Astara-Regional Şöbəsi tərəfindən 31 may 2023-cü il tarxli, 31 may 2023-cü il tarixli, MN ******* saylı qərarı ilə X10 İXM-nin 192.1-ci maddəsi ilə 3000 manat miqdarında cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Cəlilabad rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarxli, 1(073)-85/2023 saylı hökmnün surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə, X1 şəhəri, Qurtluş prospektində yerləşən avtomoblil yuyucu sexində işləyən X2 döyərək ona xəsarət yetirdiyinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından 20 faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 1 il müddətində islah işləri cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 131.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 137.2-ci addəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. Göstərilənlərə əsasən, şikayətçi X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmlak Müfəttişliyi Xidmətinin Lənkəran Astara-Regional Şöbəsinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən baxılan inzibati xətalar haqqında işlər üzrə inzibati tənbehin tətbiq edilməsi haqqında 31 may 2023-cü il tarixli, MN ******* saylı qərarının ləğv edilməsinə dair şikayət ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 115, 117, 126,128,130,131 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: Şikayət verən şəxs X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmlak Müfəttişliyi Xidmətinin Lənkəran Astara- Regional Şöbəsinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən baxılan inzibati xətalar haqqında işlər üzrə inzibati tənbehin tətbiq edilməsi haqqında 31 may 2023-cü il tarixli, MN ******* saylı qərarının ləğv edilməsinə dair şikayət ərizəsi əsassız olduğundan təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində apellyasiya şikayəti həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar