Məhkəmə qərarları › İş №3(073)-755/2025

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №3(073)-755/2025

21.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 3(073)-755/2025 21.06.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəlilabad Rayon Məhkəməsinin hakimi X1, Şəxs1 və Şəxs2 barələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəlilabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokolları və ona əlavə edilmiş sənədləri məhkəmə iclasında baxılmağa hazırlayarkən MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəlilabad Rayon Polis Şöbəsindən daxil olmuş 20 iyun 2025-ci il il tarixli, İXP seriyalı ******* nömrəli və İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollarda göstərilmişdir ki, Şəxs1 və Şəxs2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında protokolları və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, inzibati xəta haqqında protokollar onu tərtib etmiş səlahiyyətli orqana geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş İXP seriyalı ******* nömrəli və İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollar aidiyyəti üzrə baxılması üçün bir məktubla Cəlilabad Rayon Məhkəməsinə daxil olmuşdu. Şəxs1 və Şəxs2 barələrində olan inzibati xəta haqqında protokollara bir icraatda baxılması qeyri mümkündür. Bundan əlavə işin baxılmağa hazırlanması zamanı müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokolda inzibati xətanın mahiyyəti göstərilməmişdir. Halbuki, AR İXM-nin 100.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokollarda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.9-cu maddəsinə əsasən inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər göstərilməlidir. Bundan əlavə şəxslər barəsində inzibati xəta haqqında protokollar tərtib edilərkən onlara qanunvericilikdə nəzərdə tutulan hüquq və vəzifələri izah edilməmişdir. Halbuki qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən hər bir şəxsə onun barəsində aparılan icraatla bağlı hüquq və vəzifələri dərhal izah edilməli, eləcə də onun hüquq və vəzifələrinin aydın olması barədə protokolda müvafiq qeyd aparılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması məsələsini həll edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 109 və 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs1 və Şəxs2 barələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş inzibati xəta haqqında protokollar və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəlilabad Rayon Polis Şöbəsinə geri qaytarılsın. Hakim Ləman Mehrəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar