Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-759/2025 02.07.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxsnın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati protokol daxil olmuşdur. Cəlilabad RPŞ-nin inzibati xəta haqqında 19 iyun 2025-ci il tarixli, MN ******* saylı protokola əsasən Şəxs 21 may 2025-ci il tarixdə saat 22 radələrində Cəlilabad rayonu Günəşli kənd sakini Zərərçəkmiş şəxs Çinar adlı kafesində ona 250 manat dəyərində maddi ziyan vurmuşdur. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə işə Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab edir. Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, işdə olan Cəlilabad RPŞ-nin TB-nin rəisi polis polkovnik-leytenantı X5 RPŞnin rəisi cənab Polad Qarayevə ünvanladığı raportun sürətindən görünür ki, Cəlilabad rayonu, Günəşli kənd sakini Zərərçəkmiş şəxs 21 may 2025-cii l tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəng mərkəzinə müraciət edərək döyülməsini və Ağayev Vüsal adlı şəxsin ona məxsus kafeyə gələrək münaqişə etdiyini, obyektdə olan stulları sındırmasını bildirmişdir. Bundan başqa Zərərçəkmiş şəxs 22 may 2025-ci il tarixdə Cəlilabad rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, 21 may 2025-ci il tarixdə işlədiyi kafedə tanımadığı üç nəfər şəxsin spirtli içki qəbul etdikdən sonra münaqişə yaradıb onu təhqir etdiklərini və əynində olan üst geyimini yararsız haal saldıqlarını bildirmişdir. Araşdırma zamanı müəyyən olmuşdur ki, 21 may 2025-ci il tarixdə, saat 12 radələrində Biləsuvar rayonu, Ağalıkənd sakinləri Şəxs, X7 və X1 rayonu, Günəşli kəndinin ərazisində, Bakı-Astara magistral yolunun kənarında yerləşən, Zərərçəkmiş şəxs Çinar adında kafesində olan otaqların birində yeməklə bərabər spirtli içki qəbul etdikdən sonra içkinin təsiri altına düşmüşlər. Aralarında yaranan mübahizə zəmnində Şəxs, Vüsal Ağayev və Şəfahət Bağırovla mübahisə edib əyləşdikləri stulların qarşısında olan masanı qaldırması nəticəsində masanın üzərində yedikləri qida və qablar yerə dağılmış, həmin otağa Zərərçəkmiş şəxs daxil olmasına baxmayaraq Şəxs qeyri-etik hərəkətlərini davam etdirməklə yanaşı Mirmahmud Miriyevin əynində olan pencəyi cırmış və daha sonra oradan kənarlaşıb getmişdir. Hadisə zamanı Zərərçəkmiş şəxs 250 manat dəyərində maddi ziyan dəymişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci və 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta əməllərini törətmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxs ona istinad olunan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, işdə olan cinayət işinin başlanmasının rədd olunması 31 may 2025-ci il tarixli qərarın surətindən görünür ki, Şəxs maddi ziyan vurmasına dair toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Cəlilabad RPŞ-in İTByə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Cəlilabad rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X4 hazırladığı Cəlilabad rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Polad Qarayevin təsdiq etdiyi 01 iyun 2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərardaddan görünür ki, sözügedən ərazidə Şəxs mizin örtüyünü çəkərək mizin üstündəki qida məhsullarının yerə tökülməsi nəticəsində Zərərçəkmiş şəxs 250 manat məbləği dəyərində ziyan dəymişdir və Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin tərkibi olduğundan inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla Şəxsnın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam təsdiq edilmişdir. Məhkəmə Şəxsnın əməlində onun məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda, inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilməlidir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halların olmasını nəzərə alaraq hesab edir ki, Şəxsnın barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş cərimə cəzasının tətbiq edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq... Qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 250 (iki yüz əlli) manat məbləğində cərimə edilsin. Elan edilmiş qərarın surəti Şəxs təqdim edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-759/2025
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-759/2025
02.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver