Məhkəmə qərarları › İş №3(073)-762/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-762/2025

14.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-762/2025 14.07.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi Barəsində inzibati xəta aparılan şəxs Şəxs. Cəlilabad rayonu Yol patrul xidmətinin baş inspektoru polis kiçik leytenantı X1 iştrakları ilə, Şəxs – xx.xx.1979-cu ildə Biləsuvar rayonu, Bəydili kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Biləsuvar rayonu, Bəydili kəndində qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə, Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında material daxil olmuşdur. 18 iyun 2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola görə xx.xx.2025-ci ildə, saat 12:12 radələrində Şəxs özünə məxsus «X5» markalı, **-GM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini spirtli içkidən istifadə edərək idarə etmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs inzibati xətanı etraf etməyərək verdiyi izahatında gösətdi ki, 18 iyul 2025-ci il tarixdə özünə məxsus “X5” markalı, **-FG- *** dövlət qeydiyyat nömrəli avtomobili ilə Cəlilabad rayonu, Günəşli kəndində yas mərasiminə gəlmiş, ordan qayıdan zaman Cəlilabad RPŞ-nni YPXB-nin əməkdaşları onu saxlamış və qabağ ön şüşədə çatlaq olduğu üçün ona avtomaşının durcağa yerləşdiriləcəyi bildirilmişdir. Bundan sonra ona spirtli içki qəbul edib-etməməsi soruşulmuş, o, bir gün öncə piyvə içdiyini demiş, hazırda isə spirtli içki qəbul etmədiyini bildirmişdir. YPXB-nin əməkdaşları tərəfindən alkotestir vasitəsi ilə müayinə edildikdən sonra spitli içkidən istifadə etdiyi müəyyən olunmuşdur. Bundan sonra həmən gün o, özü Lənkəran şəhərində yerləşən narkoloji dispanserdən müayinədən keçmək üçün getmiş, lakin şəxsiyyətini təstiq edən sənədi üstündə götürmədiyi ünün keçə bilməmişdidir. O, həmin gün spirtli içkidən istifadə etməmişdir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cəlilabad rayonu Yol patrul xidmətinin baş inspektoru polis kiçik leytenantı X3 izahatında gösətdi ki, 18 iyul 2025-ci il tarixdə Cəlilabad rayonu, Günəşli kəndində “X5” markalı, **-FG-*** dövlət qeydiyyat nömrəli avtomobilin qabağ ön şüşəsinin çartlaq olduğu üçün tərəflərindən saxlanılmış, və bu zaman sürücüdən spirtli içkinin qozusu gəldiyindən ondan spirtli içki qəbul edib-etməməsi soruşulmuşlar, o, isə bir gün öncə piyvə içdiyini demiş, hazırda isə spitli içki qəbul etmədiyini bildirmişdir. Sürücü onlar tərəfindən alkotestir vasitəsi ilə müayinə edildikdən sonra spirtli içkidən istifadə etdiyi müəyyən edilmiş və sürücü Şəxs barəsində qanunvericiliyin tələblərinə yuğun olaraq protokol tərtib edilmişdir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta aparılan şəxs Şəxs və Cəlilabad rayonu Yol patrul xidmətinin baş inspektoru polis kiçik leytenantı X1 izahatlarını dinləyib və inzibati iş materiallarını araşdırıb hesab edir ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs ona istinad olunan inzibati xətanı törətməsi işdə olan sənədlərlə tam təsdiq edilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxs ona istinad olunan inzibati xətanı törətməsi tam sübuta yetirilir. İşdə olan xx.xx.2025-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 91012407 seriyalı, 00076 nömrəli aktdan görünür ki, müayinə zamanı Şəxs yüngül dərəcəli 3,212% sərxoşluğu müəyyən edilmişdir. Məhkəmə iclasında baxış keçrilmiş videogörüntüdən görünür ki, barəsində inzibati xəta aparılan şəxs Şəxs, Cəlilabad rayonu Yol patrul xidmətinin baş inspektoru polis kiçik leytenantı X2 dünən spirtli içki içdiyini bildirir. Şəxs törətdiyi əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.5 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati cərimənin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.5 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Elan edilmiş qərarın surəti Şəxs təqdim edilsin. Qərarın icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar