Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 3(073)-772/2025 04.07.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Mən, hakim X5, X4 tərəfindən 18 iyun 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdim: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, 18 iyun 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə başlanılmış icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə şikayət və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət və ona əlavə olunmuş sənədlər natamam olduğundan məhkəmənin icraatına qəbul edilmədən X3 geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında işlər üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-in 128.1-ci maddəsindən də göründüyü kimi fiziki şəxslər tərəfindən inzibati xəta haqqında işlər üzrə yalnız inzibati tənbeh vermə haqqında qərarlardan şikayət verilməsi nəzərdə tutulmuşdur. X1 isə öz şikayətində İXP ******* nömrəli inzibati qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etsə də, həmin qərarı şikayət ərizəsinə əlavə etməmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İXM-nin 106.0.4-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin icraatını rədd edən halların mövcud olub-olmaması məsələsini, 106.0.5-ci maddəsinə əsasən isə işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıbtoplanmaması məsələlərini həll edir. Hazırki iş üzrə məhkəməyə yalnız şikayət ərizəsi daxil olmuş, lakin şikayət verilmiş qərarın surəti iş materiallarına əlavə edilməmişdir. Belə olan halda isə şikayətçinin qeyd etdiyi qərarın həqiqətən də mövcud olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Göstərilən xüsusatlar isə, yəni şikayət verilmiş qərarın surətinin iş materiallarına əlavə edilməməsi hazırda işin məhkəmə icraatını rədd edən hal kimi qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizənin icraata qəbul edilməsindən imtina edilməli, ərizə onu vermiş şəxsə qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-in 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 128 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 18 iyun 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati qərarın ləğv edilməsinə dair şikayət ərizəsi, həmin iş üzrə qərar ərizəyə əlavə edilmədiyi üçün şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər X3 geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №3(073)-772/2025
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №3(073)-772/2025
04.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver