Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-788/2023 24.07.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi (vəkil) X1 iştirakları ilə xx.xx.1993-cü ildə Cəlilabad rayonunun Alar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonunun Alar kəndində qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə Əliyev X11 rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(073)-45/2018 saylı icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Məhkəmə iclasında Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X12 verdiyi izahatında göstərmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin 06 fevral 2018-ci tarixli, 2(073)-45/2018 saylı icra vərəqəsinə əsasən cavabdehlər X7, Şəxs, X8, X6, X2, X13 və X5 müştərək qaydada 26 404.12 (iyirmi altı min dörd yüz dörd dollar on iki sent) ABŞ dolları əsas borc, 9 350.60 (doqquz min üç yüz əlli dollar altmış sent) ABŞ dolları faiz borcu, 1 000 (bir min) ABŞ dolları cərimə, cəmi 36 754.72 (otuz altı min yeddi yüz əlli dörd dollar yetmiş iki sent) ABŞ dolları borcun ödəniləcəyi gün Azərbaycan manatına olan məzənnəsi, 30 (otuz) manat dövlət rüsumu, ipoteka perdmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 20 (iyirmi) manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməli, tələb ipoteka predmeti olan X9, X14, Şəxs, X15 və X10 xüsusi mülkiyyətində olan Cəlilabad rayonunun Alar kəndində yerləşən 0.05 ha torpaq sahəsinə və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə yönəldilməli, həmin əmlaklar açıq hərracdan satılmalı, satışdan əldə edilən vəsaitdən kredit müqaviləsi üzrə yaranmış 26 404.12 (iyirmi altı min dörd yüz dörd dollar on iki sent) ABŞ dolları əsas borc, 9 350.60 (doqquz min üç yüz əlli dollar altmış sent) ABŞ dolları faiz borcu, 1 000 (bir min) ABŞ dolları cərimə, cəmi 36 754.72 (otuz altı min yeddi yüz əlli dörd dollar yetmiş iki sent) ABŞ dolları borcun ödəniləcəyi gün Azərbaycan manatına olan məzənnəsi, 30 (otuz) manat dövlət rüsumu, ipoteka perdmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 20 (iyirmi) manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməli, ipoteka predmeti olan Cəlilabad rayonunun Alar kəndində yerləşən 0.05 ha torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin bazar dəyəri 27000 (iyirmi yeddi min) manat müəyyən edilməli, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borc cavabdehlər X7, Şəxs, X8, X6, X2, X13 və X5 ümumi qaydada tutulmalı, ipoteka predmeti olan Cəlilabad rayonunun Alar kəndində yerləşən 0.05 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə tutma yönəldildikdə və həmin əmlak satıldıqdan 1 ay sonra cavabdehlər X16, X18, Şəxs, X19 və X17 həmin torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılmalı, torpaq sahəsi və fərdi yaşayış evi boşaldılaraq iddiaçı "xxxx" QSC-yə təhvil verilməlidir. İcra vərəqəsi Cəlilabad rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul olunmuş və tələbin 10 gün müddətində könüllü icrası ilə bağlı borclulara bildiriş göndərilmişdir. Borclu Şəxs icra sənədi üzrə borcunu ödəməkdən yayınmışdır. Buna görə də barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü ona istinad olunan inzibati xətanı törətməkdə təqsirli bilərək, verdiyi izahatında göstərmişdir ki, maddi imkanı olmadığından icra vərəqəsi üzrə borcunu tam ödəyə bilməmişdir. Yaranmış borcunu birdəfəyə ödəmək iqtidarında deyildir. İcra vərəqəsi üzrə borcunu ancaq hissə-hissə ödəyə bilər. Hazırda əməlindən səmimi peşmandır. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə zərərçəkmiş şəxs (tələbkar) "xxxx" QSC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün və icra məmurunun izahatları ilə yanaşı işdə olan sənədlərlə tam təsdiq edilmişdir. Şəxs əməlindən səmimi peşman olması onun məsuliyyətini yüngülləşdirən haldır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alır və onun barəsində daha ciddi inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həbsdə saxlama müddətinin əvvəli 24 iyul 2023-cü il tarixdən, saat 18:00-dan hesablansın. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №3(073)-788/2023
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-788/2023
24.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver