Məhkəmə qərarları › İş №3(073)-791/2023

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-791/2023

24.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-791/2023 24.08.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" MMC-in nümayəndəsi X5 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-in Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 228-ci və 275.1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 228-ci və 275.1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən 22 iyul 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə "xxxx" MMC 11 saylı RMTM-in Göytəpə meşəbəyliyinin 12 saylı dolayının ərazisində lazımi icazə olmadan qazıntı işləri apararaq, qarışıq süxuru götürmüş və X4 Agentliyinin rəyi alınmamışdır. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X6 verdiyi izahatında göstərmişdir ki, "xxxx" MMC tərəfindən X2 rəyi olmadan yolda təmir tikinti işləri aparılmış və yoldan kənarda olan ərazidə qazıntı işlər aparılaraq oradan qarışıq süxurun və torpağın üst münbit qatının qazılaraq yolun təmrində istifadə edilməsi faktı aşkar edilmişdir. Araşdırmanın nəticəsi olaraq "xxxx" MMC barəsində qanunamüvafıq qaydada 22 iyul 2023-cü il tarixli, 80739 saylı akt və 22 iyul 2023-cü il tarixli, MN ******* saylı inzibati protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.5 maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edildiyinə görə "xxxx" MMC barəsində toplanmış material baxılması üçün aidiyyəti uzrə Cəlilabad Rayon Məhkəməsinə göndərilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 228-ci və 275.1.1-ci maddələri ilə inzibati tənbeh tədbirinin görülməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 228-ci və 275.1.1-ci MMC-nin nümayəndəsi X8 verdiyi izahatında göstərmişdir ki, 2023-cü ilin iyuniyul aylarında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti daxili imkanlar hesabına Y-15-15 (M- 3, 152 km, Göytəpə) Privolnoye-Vənlik avtomobil yolunun 13 km-də yerləşən körpünü yenidən tikmişdir. Tikinti prosesi zamanı təbiətə və meşə təsərrüfatına heç bir ziyan vurulmadan körpü yanaşmalarına Göytəpəçay yatağından qarışıq suxur çıxarılaraq verilmişdir. Mövcud avtomobil yolunda təmir işləri aparılarkən yol yatağından kənara çıxılmamışdır. Təmir zamanı meşə yamaclarından yağış sularının yuyaraq avtomobil yolunun üzərinə tökdüyü torpaq yolun üzərindən avtoqreyder vasitəsi ilə təmizlənərkən yolun kənarında olan ağacların yol yatağına uzanmış açıqda olan köklərinə ağacların boy artımına və inkişafının dayanmasına təsir etməyəcək dərəcədə zədə dəymişdir. Avtomobil yolunda təmir işləri aparılarkən qazıntı işləri aparılmış ərazi doldururlaraq əvvəlki vəziyyətə gətirilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq "xxxx" MMC-nin Azərbaycan Respublikasının İXM-nin 228-ci və 275.1.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə protokolun əsassız olduğundan iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMCnin ona istinad olunan Azərbaycan Respublikasının İXM-nin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi işdə olan protokol və digər sənədlərlə tam təsdiq edilmiş, lakin həmin cəmiyyətin əməlində Azərbaycan Respublikasının İXM-nin 275.1.1-ci maddəsinin tərkibi yoxdur. Belə ki, işdə olan 22 iyul 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC 11 saylı RMTM-in Göytəpə meşəbəyliyinin 12 saylı dolayının ərazisində lazımi icazə olmadan qazıntı işləri apararaq, qarışıq süxuru götürmüş və X4 Agentliyinin rəyi alınmamışdır. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 80739 saylı aktdan görünür ki, araşdırma zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən Cəlilabad rayonunun Ağdaş-Fətullaqışlaq kəndlərinin aralıranda mövcud olan köhnə daş yol təmir olunaraq yolda hamarlama və təzələmə işləri aparılır. MMC-yə məxsus olan ağır texnikalar vasitəsi ilə yolun çiyinlərinə axmış torpaq kütləsinin bir hissəsi yolun kənarına tökülmüş və bir hissəsi yolun digər tərəfinə yayılmışdır. "xxxx" MMC-nin əməkdaşı aparılan təmir işlərinə dair Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X4 Agentliyinin rəyinin olmadığını, aparılan təmir işlərinin MMC-nin daxili imkanları hesabına həyata keçirildiyini bildirmişdir. Əraziyə baxış keçirilərkən mövcud təmir olunan yoldan 20 metr aralıda 11 saylı RMTM-in Göytəpə meşəbəyliyinin 12 saylı dolayının ərazisində ölçüləri 8 metr x 8 metr, dərinliyi 2,2 metr olmaqla qazıntı aparılaraq torpağın üst münbit qatının (qalınlığı 0,10 metr) və ondan aşağıda yerləşən qarışıq süxurun qazılaraq götürüldüyü və yolun təmirində istifadə olunduğu müəyyən olunmuşdur. Bundan əlavə olaraq yolun digər hissəsində, yolun sol tərəfində, yolun çiyninə bitişik olan ərazidən ölçüləri orta hesabla uzunluğu 15 metr, eni 4 metr olmaqla 1,4 metr dərinliyində olan ərazidə qazıntı aparılaraq götürülmüşdür. Qarışıq süxur yolun təmirində istifadə olunmuşdur. Həmin ərazidə qazıntı işləri aparılan zaman 0,10 metr qalınlığında olan yerin üst münbit qatı qazılaraqgötürülmüşdür. Təmir işləri aparılan yola baxış keçirilərkən yolun kənarında olan bir neçə ağacın kök sisteminin üst tərəfində bir hissəsi açılsa da ağaclara boy artımı dayanan dərəcədə ziyan dəyməmişdir. Bununla da, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli «Ətraı mühitin mühafizəsi haqqında», xx.xx.1998-ci il tarixli «Yerin təki haqqında» və xx.xx.1999-cu il tarixli «Ekoloji təhlükəsizlik şaqqında» qanınların və xx.xx.1997-ci il tarixli Meşə Məcəlləsinin tələbləri pozulmuş və Azərbaycan Respublikasının İXM-nin 228-ci və 275.1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İşdə olan zərərin hesablanması cədvəlindən görünür ki, 11 saylı RMTM-in Göytəpə meşəbəyliyinin 12 saylı dolayının ərazisində ağacların boy artımına və inkişafının dayanmasına səbəb olmadan zədələnməsi nəticəsində ümumi dəymiş zərərin məbləği 143 manat təşkil edir. İşdə olan zərərin hesablanması cədvəlindən görünür ki, yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində təbiətə dəymiş zərərin ümumi məbləği 7527.20 manat təşkil edir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi işdə olan sənədlərlə tam təsdiq edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsinin "xxxx" MMC-yə istinad olunan inzibati xətanı törətməməsi ilə bağlı verdiyi izahatını özünü müdafiə kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsinə əsasən icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etməyə görə-fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulmuş 5000 (beş min) manat məbləğində cərimə cəzasının tətbiq edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası İXM-nin 275.1.1-ci maddəsinə əsasən X4sının müsbət rəyi olmadan ətraf mühitə bilavasitə və ya dolayı yolla mənfi təsir göstərən, habelə X4sının rəyi ilə ekoloji təhlükəsi müəyyən edilən təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsinə görə - fiziki şəxslər üç yüz manatdan dörd yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin maddənin tələbindən göründüyü kimi İXM-nin 275.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın subyekti ancaq fiziki və vəzifəli şəxslər ola bilər. Hüquqi şəxslər isə həmin maddəyə əsasən inzibati xətanın subyekti hesab edilmir. "xxxx" MMC həmin inzibati xətanın subyekti olmadığından onun əməlində Azərbaycan Respublikası İXM-nin 275.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yaranmır. Buna görə də 22 iyul 2023-cü il tarixli, MN ******* inzibati xəta haqqında protokola başlanmış "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, 22 iyul 2023-cü il tarixli, MN ******* inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 5000 (beş min) manat məbləğində cərimə edilməli və barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 22 iyul 2023-cü il tarixli, MN ******* saylı protkola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 5000 (beş min) manat məbləğində cərimə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMCnin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar