Məhkəmə qərarları › İş №3(073)-797/2024

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-797/2024

29.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-797/2024 29.08.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, İnzibati xəta törədən Şəxs iştirakı ilə Şəxs – xx xxxxxx 1996-cı il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə barəsində Cəlilabad rayon X1 Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq m ü ə y y ən e t d i m: Şəxs xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Cəlilabad RPŞ-nin inzibati binasının girişində ucadan səs-küy salaraq ucadan nalayiq ifadələr işlətmişdir. Bununla da, o, Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs məhkəmə iclasında törətdiyi əməli etiraf edib verdiyi izahatında göstərdi ki, onun qardaşı Polis şöbəsində saxlanıldığı üçün atası qapıda olan polis əməkdaşları ilə danışdığı zaman atasının polislərlə mübahisə etdiyini zənn etmişdir. Həmin vaxt əsəbi olduğu üçün ucadan ünvansız nalayiq ifadələr işlətmişdir. Polis əməkdaşları onu nizamintizama dəvət etsələr də, hərəkətlərini davam etdirmişdir. Daha sonra polis əməkdaşları onu çağırıb polis şöbəsinə aparmışlar. Hazırda əməlindən peşmandır. Gələcəkdə bir daha belə səhvlərə yol verməyəcəyinə söz verir. Odur ki, bunları nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Şəxs törətmiş olduğu inzibati xəta özünün şəxsi etirafı, inzibati xəta haqqında MN ******* saylı protokol və inzibati xəta haqqında işin digər materialları ilə tam təsdiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs törətdiyi xırda xuliqanlıq əməlindən səmimi peşman olması Azərbaycan Respublikasının İXM-nin 32.1.1-ci maddəsinə əsasən, onun məsuliyyətini yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. İnzibati xəta törədən Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, ailə vəziyyətini, məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq hesab edirəm ki, inzibati tənbehin məqsədlərinə nail olmaq baxımından Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114-115, 117 və 128, 130-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respulikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Elan edilmiş qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın icrası Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən:Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar