Məhkəmə qərarları › İş №3(073)-799/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-799/2025

02.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-799/2025 02.07.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakları ilə Şəxs – xx.xx.1993-cü ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, Cəlilabad rayonu, Uzuntəpə kəndində qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Cəlilabad rayon İcra və Probasiya şöbəsindən daxil olmuş 02 iyul 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqında protokoldan görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarına əsasən borclu Şəxs oğundan hər ay cəmi 300 manat aliment alınıb tələbkar Zərərçəkmiş şəxs verilməməklə icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Bununla da, Şəxs törətmiş olduğu inzibati xətaya görə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati tənbeh olunmalıdır. Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 izahatında göstərdi ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 2(010)-1469/2022 saylı icra vərəqəsinə əsasən iki uşağın yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-897/2020 saylı qətnaməsi əsasında tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində müəyyən edilmiş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)- 1469/2022 saylı qətnaməsi qanuni qüvvəsini aldığı gündən başlayaraq, borclu Şəxs oğundan tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra vərəqəsi üzrə borclu Şəxs borcunu ödəməkdən boyun qaçırmışdır. Borclu Şəxs hal-hazırda tələbkar X1 1600 manat aliment borcu yaranmışdır. Hazırda borclu İsmayıl Kazımov aliment borcundan 800 manat tələbkar Zərərçəkmiş şəxs ödəmiş və qalan borcunu da yaxın vaxtda hissə-hissə ödəyəcəyini bildirmişdir. Qeyd edilənlərin nəzərə alınaraq qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta törətmiş şəxs Şəxs izahatında göstərdi ki, onun barəsində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 2(010)-1469/2022 saylı icra vərəqəsinə əsasən iki uşağın yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-897/2020 saylı qətnaməsi əsasında tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində müəyyən edilmiş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-1469/2022 saylı qətnaməsi qanuni qüvvəsini aldığı gündən başlayaraq ondan tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Hal-hazırda tələbkar Zərərçəkmiş şəxs 1600 manat aliment borcu yaranmışdır. Aliment borcundan 800 manat tələbkara ödəmiş və qalan borcunu da yaxın vaxtda hissə-hissə ödəyəcəyəcəkdir. Qeyd edilənlərin nəzərə alınaraq barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respubliksının Qanununun 12-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən bir ay müddətinədək uzadıla bilər. Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. Belə ki, “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul etməlidir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi göstərilir. Borclu tərəfindən müəyyən olunmuş on günlük müddət ərzində məhkəmə aktı könüllü icra olunmadıqda icra məmuru həmin Qanunun 43.1-ci maddəsində əks olunmuş - borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və ya Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa məcburi icra tədbirlərinə müraciət etməlidir. Qanunverici “İcra haqqında” Qanunun Azərbaycan Respubliksının Qanununun 82-ci maddəsində icra sənədi icra edilmədiyi halda inzibati və cinayət məsuliyyətinə cəlb olunmanın xüsusi qaydasını da müəyyən etmişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respubliksının Qanununun Qanunun 82.1ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Həmçinin icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Məhkəmə iclasında icra məmurunun, borclunun izahatları və iş materialları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 2(010)-1469/2022 saylı icra vərəqəsinə əsasən iki uşağın yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli, 2(010)-897/2020 saylı qətnaməsi əsasında tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində müəyyən edilmiş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-1469/2022 saylı qətnaməsi qanuni qüvvəsini aldığı gündən başlayaraq, borclu Şəxs oğundan tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Borclunun əmlak vəziyyəti barədə müxtəlif orqanlara sorğular verilmiş və borclunun işləməsi, həmçinin adına hər hansı əmlakın olduğu aşkar edilməmişdir. İcra vərəqəsi İcra Şöbəsinə daxil olduqdan sonra borclu Şəxs borcunun ödənilməsi istiqamətində real icra hərəkətləri etmiş və icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi müəyyən edilmir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs olan 1600 manat aliment borcundan 800 manat ödəmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulur. Məhkəmə iclasında borclu Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və icra sənədini üzrsüz səbəbdən icra etməməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130, 528-ci maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin 02 iyul 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoluna əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar