Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-8/2024 14.02.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Səhiyyə Nazilrliyinin 11 dekabr 2023-cü il tarixli, MN ******* nörməli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə Cəlilabad Rayon Məhkəməsində, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 Azərbaycan Respublikası Səhiyyə Nazilrliyinin 11 dekabr 2023-cü il tarixli, MN ******* nörməli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq şikayətçi X4 və qərarı barəsində şikayət verilən Azərbaycan Respublikası Səhiyyə Nazilrliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə gəlməyən şəxslərin iştirakları olmadan baxılmasının mümkün hesab etmişdir. X4 şikayətini onunla əsaslanrımşdır ki, o (şikayətçi) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 5000 (beş min) manat inzibati cərimə tənbeh növü tətbiq edilmiş və bu barədə Azərbaycan Respublikası Səhiyyə Nazilrliyi tərəfindən 11 dekabr 2023-cü il tarixli, MN ******* nörməli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qərar 20 dekabr 2023-cü il tarixdə poçt vasitəsi ilə ona təqdim edilmişdir. Hesab edir ki, işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırılmadan əsassız yerə barəsində inzibati tənbeh tətbiq edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin təqsirli bilindiyi maddəsinə əsasən lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə məsuliyyət nəzərdə tutulmuşdur. İcarə şərtləri əsasında işlətdiyi “X7”də tibb fəaliyyəti ilə məşğul deyildir. Fəaliyyəti qadın salonudur, buna görə də lisenziyaya ehtiyac yoxdur. Lisenziya tələb edən özəl tibb fəaliyyəti ilə məşğul olmağı barədə heç bir subut mövcud olmadığından hesab edir ki, təqsirsiz olduğu üçün barəsində tərtib edilmiş inzibati tənbeh qərarı da ləğv edilməli və işin icraatına xitam verilməlidir. Qeyd olunanların nəzərə alınaraq onun (şikayətçinin) Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsi ilə təqsirləndirilməsi barədə xx.xx.2023-cü il tarixli, MN ******* nörməli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və işin icraatına xitam verəsini xahiş etmişdir. Məhkəmə iş materiallarını və şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli, 1404 saylı qərarından görünür ki, X3 məxsus ünvan 1 ünvanında yerləşən (kosmetoloji tibbi fəaliyyət) təşkilatın fəaliyyətinin yoxlanılması məqsədi ilə xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə plandankənar (növbədənkənar) yoxlamanın aparılması qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 835 saylı aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 16:00-da ünvan 1 ünvanında yerləşən X3 məxsus «Mələk Estetik» mərkəzində plandakənar yoxlama zamanı lisenziya olmadan özəl tibb fəaliyyəti -«Kosmetoloji» iş və fəaliyyət aşkar edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 16:00-da ünvan 1 ünvanında yerləşən «Mələk Estetik» mərkəzi gözəllik və kosmetoloji xidmət adı altında fəailyyət göstərən obyektdə plandakənar yoxlama zamanı lisenziya olmadan özəl tibb fəaliyyəti-kosmetoloji iş və fəaliyyət aşkr edilmişdir. X1 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazilrliyinin 11 dekabr 2023-cü il tarixli, MN ******* nörməli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən «X6» gözəllik salonunda X4 tərəfindən lisenziya olmadan özəl tibb fəaliyyəti (kosmetoloji) göstərilməsi faktı aşkar edilmiş və X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 5000 (beş min) manat məbləğində cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli, 1404 saylı qərarına əsasən ünvan 1 ünvanında yerləşən (kosmetoloji tibbi fəaliyyət) təşkilatın fəaliyyətinin yoxlanılması məqsədi ilə xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə plandankənar (növbədənkənar) yoxlamanın aparılması qərara alınmış və xx.xx.2023-cü il tarixdə, saat 16:00-da həmin ünvanda yerləşən «Mələk Estetik» mərkəzində plandakənar yoxlama zamanı X4 tərəfindən lisenziya olmadan özəl tibb fəaliyyəti (kosmetoloji) göstərilməsi faktı aşkar edilmişdir. Buna görə də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən X2 barəsində Azərbaycan Respubliksının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında Azərbaycan Respublikası Səhiyyə Nazilrliyinin 11 dekabr 2023-cü il tarixli, MN ******* nörməli inzibati tənbeh vermə haqqında qərarına əsasən X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 5000 (beş min) manat məbləğində cərimə edilmişdir. Məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Səhiyyə Nazilrliyi tərəfindən qəbul edilmiş 11 dekabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsaslıdır və qanuna uyğun şəkildə qəbul edilmişdir. Bu səbəbdən X2 həmin qərarın ləğvinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 60, 110 və 130.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Azərbaycan Respublikası Səhiyyə Nazilrliyinin 11 dekabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X4 təərfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №3(073)-8/2024
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-8/2024
14.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver