Məhkəmə qərarları › İş №3(073)-800/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-800/2025

16.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-800/2025 16.07.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, Şəxs – xx.xx.2004-cü ildə Cəlilabad rayonu, Günəşli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşqul olan, Cəlilabad Günəşli kəndində qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə, Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında material daxil olmuşdur. 24 iyun 2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 30 may 2025-ci il tarixdə saat 14:45 radələrində idarə etdiyi «Opel Astra minik» markalı, **-VY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə X1 yolu 29 km ilə Cəlilabad rayonu, Qarazəncir kəndi istiqamətinə hərəkətdə olan zaman qarşıdan gələn “Toyota Corolla” markalı **-DY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə toqquşma baş vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad olunan inzibati xətanı törətməsini etiraf edərək bildirdi ki, o, “Opel Astra minik” markalı **-VY-*** dövlət qeydiyyat nömrəli avtomaşını idarə etmək üçün sürücülük vəsiqəsi var. 30 may 2025-ci il tarixdə saat 14:45 radələrində idarə etdiyi “Opel Astra minik” markalı **-VY-*** dövlət qeydiyyat nömrəli avtomaşınla Astara rayon istiqamətində saatda 80 km sürətdə hərəkətdə olmuşdur. Biləsüvar rayon ərazisində ötmə əməliyyətını aparmaq üçün yolun əks hərəkət zolağına çıxmış, bu zaman əks istiqamətdə hərkətdə olan “Ford Transit yük” markalı **-BG-*** dövlət qeydiyyat nömrəli avtomaşınla qarşıqarşıya toqquşmuşdur. Hadisə zamanı avtomaşında olan sərnişinlə birgə xəsarət almışdır. Əməlindən səmimi peşmandır, barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxs ona istinad olunan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Şəxs əməlindən səmimi peşman olması onun məsuliyyətini yüngülləşdirən haldır. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. İşdə olan cinayət təqibi üzrə icraata xitam verilməsi barədə 23 iyun 2025-ci il tarixli qərarın surətindən görünür ki, Şəxs oğlunun barəsində toplanmış materiallarda cinayət təqibi üzrə icraata xitam verilmiş və barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Cəlilabad RPŞ-in X2 Bölməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki Şəxs barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququnun 1 (bir) il müddətə məhdudlaşdırılması cəzasının tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququnun 1 (bir) il müddətə məhdudlaşdırılsın. Elan edilmiş qərarın surəti Şəxs təqdim edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar