Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-801/2024 05.09.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, Şəxs – xx.xx.1959-ci ildə Cəlilabad rayonu Göytəpə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Cəlilabad rayon İcra və Probasiya şöbəsindən daxil olmuş 30 avqust 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqında protokoldan görünür ki, Şəxs Cəlilabad Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 2(073)-1842/2023 saylı icra vərəqəsinə əsasən 3555 manat və Cəlilabad Rayon 1 saylı Notariat Ofisinin 17 noyabr 2022-ci il tarixli, 8İ-10032 saylı icra qeydinə əsasən isə 7873,38 manat məbləğində pul vəsaiti alınıb iddiaçı "xxxx" ASC-yə verilməməklə icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Bununla da, Şəxs törətmiş olduğu inzibati xətaya görə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati tənbeh olunmalıdır. Cəlilabad rayon İcra Şöbəsinin böyük icra məmuru X4 izahatında göstərdi ki, Şəxs Cəlilabad Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 2(073)-1842/2023 saylı icra vərəqəsinə əsasən 3555 manat və Cəlilabad Rayon 1 saylı Notariat Ofisinin 17 oktyabr 2023-cü il tarixli, 8İ-10032 saylı icra qeydinə əsasən isə 7873,38 manat məbləğində pul vəsaiti alınıb iddiaçı "xxxx" ASC-yə verilməsi qərara alınmışdır. Şəxs ümumilikdə 11428,38 manat borcu vardır. İcra vərəqələri üzrə borclu Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq maddi imkanın zəif olduğunu bildirərək borclarını tam ödəyə bilməyəcəyini bildirmişdir. Şəxs inzibati qaydada cəza verilməsini xahiş etdi. İnzibati xəta törətmiş şəxs Şəxs izahatında göstərdi ki, ondan Cəlilabad Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 2(073)-1842/2023 saylı icra vərəqəsinə əsasən 3555 manat və Cəlilabad Rayon 1 saylı Notariat Ofisinin 17 oktyabr 2023-cü il tarixli, 8İ-10032 saylı icra qeydinə əsasən isə 7873,38 manat məbləğində pul vəsaiti alınıb iddiaçı "xxxx" ASC-yə verilməsi qərara alınmışdır. İşsiz olduğu üçün icra vərəqələri üzrə yaranmış borclarını maddi imkanı zəif olduğuna görə ödəyə bilməmişdir. Məhkəmədən barəsində yungül cəza verilməsini xahiş etdi. Məhkəmə icra məmurunun və inzibati xəta törətmiş şəxsin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərə tutulan inzibati xətanı törətmişdir. Belə ki, inzibati xəta törətmiş şəxs Şəxs məhkəmə qətnaməsi üzrə borcun ödənilməsi tələb olunsa da, borclu Şəxs borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Belə ki, işdə olan Cəlilabad rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 2(073)-1842/2023 saylı icra vərəqəsinə əsasən Şəxs 3555 manat pul vəsaiti alınaraq tələbkar X1 verilməlidir. İşdə olan Cəlilabad rayon Notarian Ofisi tərəfindən verilmiş icra qeydinin surətindən görünür ki, 17 noyabr 2022-ci il tarixli, 8İ-10032 nömrəli icra qeydinə əsasən Şəxs 7873,38 manat məbləğində pul vəsaiti alınıb iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, Şəxs şəxsiyyətini, maddi vəziyyətini və ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respulikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Cəlilabad rayon İcra və Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-801/2024
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-801/2024
05.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver