Məhkəmə qərarları › İş №3(073)-801/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-801/2025

15.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-801/2025 15.07.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ X21 Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Cəlilabad rayon Muğan bələdiyəsini sədri X11, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin X3 nümayəndəsi X7 iştakları ilə, Cəlilabad rayon Muğan Bələdiyyəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Cəlilabad rayon Muğan Bələdiyyəsi barəsində Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin X2 25 iyul 2025-ci il tarixli, MN 21227441 saylı protokol daxil olmuşdur. 25 iyul 2025-ci il tarixli, MN 21227441 saylı protokoldan görünür ki, işəgötürən Cəlilaba rayon Muğan bələdiyyəsi Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinin tələblərinin pozaraq X5 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetrilməsinə cəlb etmişdir. Məhkmə iclasında Cəlilabad rayon Muğan bələdiyyəsinin sədri X15 inzibati xətanı etraf etməyərək izahatında göstərdi ki, o, 03 mart 2025-ci il tarixdən Muğan bələdiyyəsinə seçkilərdə seçilmiş, həmin inzibati xəta isə ondan əvvəl baş vermişdir. Məhkəmədən inzibati işin icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin X3 nümayəndəsi X12 izahatında göstərdi ki, Cəlilabad rayon Maşlıq kənd sakini X4 əmək hüqaularının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin ünvanına daxil olmuş müraciətinə Xidmətin Lənkəran-Astara regional şöbəsində baxılan zaman müəyyən edilmişdir ki, Cəlilabad rayon Muğan Bələdiyyəsi tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinin tələbləri pozulmaqla X8 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək işləri (xidmətlərinin) yerinə yetrilməsinə cəlb edilməsi halları Azərbaycan Respulikası İnzibati Xətalar Məcəlləsininnin 192.1-ci maddəsində nəzərdə tutulmuş xətalara səbəb olmuşdur. Nəticədə hüquqi şəxs kimi Cəlilabad rayon Muğan bələdiyyəsi barəsində 25 iyul 2025-ci il tarixli, MN 21227441 saylı protokol tərtib edilmişdir. Ona görə də məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Cəlilabad rayon Muğan Bələdiyyəsi ona istinad olunan inzibati xətanı törətməsi işdə olan protokol və digər sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, işdə olan 25 iyul 2025-ci il tarixli, MN 21227441 saylı protokolun surətindən görünür ki, Cəlilabad rayon Muğan bələdiyyəsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinin tələbləri pozulmaqla X13 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. İşdə olan Muğan bələdiyyə işçilərinin 2024-cü ilin aprel-iyul ayları üzrə ödəniləcək əmək haqları cədvəlindən görünür ki, AZ90AZPO******************** hesab nömrəsi ilə X6 400 manat əmək haqqı yazılmışdır. İş materiallarına əlavə edilmiş 18 iyul 2024-cü il tarixli, ödəniş qəbzindən görünür ki, AZ90AZPO******************** hesab nömrəsinə 400 manat əmək haqqı ödənilmişdir. İşdə olan Muğan bələdiyyə işçilərinin 2024-cü ilin sentyabr ayı üzrə ödəniləcək əmək haqlarının cədvəlindən görünür ki, AZ90AZPO******************** hesab nömrəsi ilə X6 176 manat əmək haqqı yazılmışdır. İş materiallarına əlavə edilmiş 25 sentyabr 2024-cü il tarixli, ödəniş qəbzindən görünür ki, AZ90AZPO******************** hesab nömrəsinə 176 manat əmək haqqı ödənilmişdir. İşdə olan əmək müqaviləsinin bildirişdən görünü ki, X1 rayon Muğan Bələdiyyəsində məşğulluq təsnifatı üzrə dövlət qulluqçusu-Baş mütəxəssis-böyük inspektor, hökumət; Əmək müqaviləsi üzrə vergi məsləhətçisi kimi xx.xx.2024-cü il tarixdə işə başlamış, xx.xx.2024-cü il tarixdə müddətli əmək müqaviləsi bağlanmış və xx.xx.32024-cü il tarixdə isə müqavilə sistemə daxil edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cəlilabad rayon Muğan bələdiyyəsi tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinin tələbləri pozulmaqla X13 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti Lənkəran regional şöbəsindən 25 iyul 2025-ci il tarixli, MN 21227441 saylı protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Cəlilabad rayon Muğan Bələdiyyəsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş 20000 (iyirmi min) manat məbləğində cərimə cəzasının tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: Cəlilabad rayon Muğan Bələdiyyəsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 20000 (iyirmi min) manat məbləğində cərimə edilsin. Qərarın icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar