Məhkəmə qərarları › İş №3(073)-805/2024

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-805/2024

03.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-805/2024 03.09.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İnzibati xəta törədən şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, Şəxs – xx.xx.1977-ci ildə Cəlilabad rayonu, Adnalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Adnalı kəndində qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: 03 sentyabr 2024-cü tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, 29 iyul 2024-cü il tarixdə Nuriyeva X1 rayonu, Suluçeşmə kəndində gəlini Zərərçəkmiş şəxs döyərək ona dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahat verərək bildirdi ki, 2024-cü ilin may ayında həmkəndlisi Zərərçəkmiş şəxs oğlu X4 ilə aralarında sevgi münasibətləri olduğu üçün öz razılığı ilə qoşulub qaçmış, rəsmi nikaha daxil olmadan ailə həyatı qurmuşlar. Onlar ailə həyatı qurduqdan sonra birlikdə Cəlilabad rayonu, Adnalı kəndində yerləşən özlərinə məxsus olan fərdi yaşayış evində yaşamışlar. Ailənin əvvəllər münasibətləri normal olsa da, sonradan ailədaxili onun və oğlu Fuadın arvadı Zərərçəkmiş şəxs ilə aralarında tez-tez sözlü mübahisələr yaranmağa başlamışdır. Sonuncu dəfə isə 28 iyul 2024-cü il tarixdə gəlini Zərərçəkmiş şəxs ilə onun arasında sözlü mübahisə yarandığı üçün evdən getmişdir. Səhəri gün gəlinini evə qaytarmaq üçün oğlu İsrafil Nuriyevin evinə getmiş, gəlini Aygünə evinə qayıtmağını söyləmişdir, lakin Aygün təkidlə evə qayıtmayacağını bildirmişdir. Bu zaman aralarında mübahisə yaranmış, mübahisə zamanı əsəbiləşərək gəlininin üz, qarın və sağ qol nahiyələrinə bir neçə dəfə yumruqla zərbə vuraraq xəsarət yetirmişdir. Qeyd edilənlərin nəzərə alınaraq ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, 2024-cü ilin may ayında həmkəndlisi X4 ilə sevgi münasibətləri olduğu üçün öz razılığı ilə qoşulub qaçmış, rəsmi nikaha daxil olmadan ailə həyatı qurmuşlar. X4 ilə ailə həyatı qurduqdan sonra onun ata evində qaynanası Şəxs ilə birlikdə yaşamağa başlamışlar. Birlikdə yaşamağa başladığı zamanlar qayınanası Şəxs onların ailə işlərinə qarışırmış, buna görədə aralarında tez-tez sözlü mübahisələr olurmuş. Sonuncu dəfə 28 iyul 2024-cü il tarixdə qayınanası Nüşabə ilə aralarında sözlü mübahisə yaranmış, o, baş vermiş mübahisənin daha da şiddətlənməsinin qarşısını almaq üçün qaynı X2 evinə getmişdir. 29 iyul 2024-cü il tarixdə saat 11 radələrində qayınanası Şəxs qaynı İsmayılın evinə gəlmiş, bu zaman aralarında yenidən mübahisə yaranmış və onun üzərinə hücum çəkərək yumruqla üz, qarın və sağ qol nahiyəsinə xəsarət yetirmişdir. Ona görə də Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. İş materiallarəna əlavə edilmiş Cəlilabad rayon X3 Bölməsinin 20 avqust 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarın surətindən görünür ki, Cəlilabad MTE və PA şöbəsinin 05 avqust 2024-cü il tarixli, 663 nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs sol yanaq, sağ bazu və sağ said nahiyəsində qançır, hər iki bud və hər iki diz oynağı nahiyəsində isə hematoma müəyyən olunmuş, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 29 iyul 2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə hər iki bud və hər iki diz oynağı nahiyəsindəki hematoma sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir, sol yanaq, sağ bazu və sağ said nahiyəsindəki qançır isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarına əlavə edilmiş Cəlilabad rayon X3 Bölməsinin 20 avqust 2024cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarın surətindən görünür ki, Şəxs törətdiyi əməlində cinayət məsuliyyətinə səbəb olmadığı üçün həmin xüsusat üzrə cinayət işi başlanılması rədd edilmiş və onun əməlində Azərbaycan Respublikası İXMin 157-ci maddəsinin tərkibi olduğundan o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmasından ötrü barəsində qəbul edilmiş qərar Cəlilabad rayon Polis Şöbəsinin İTB-yə göndərilmişdir. Şəxs inzibati xəta törətməsi sübut olununr və onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və yaşını nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında əzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114- 117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respulikası İXM-in 157-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar