Məhkəmə qərarları › İş №3(073)-806/2024

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-806/2024

03.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-806/2024 03.09.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ X7 Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, Cəlilabad rayon İcra və probasiya Şöbəsinin icra məmuru X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, Şəxs - xx xxxx 1977-ci ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Cəlilabad rayon İcra və probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Cəlilabad rayon İcra və probasiya Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən Əliyev X3 Rayon Məhkəməsinin 08 yanvar 2016-cı il tarixli, 2(073)- 176/2016 saylı icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Cəlilabad rayon İcra və probasiya Şöbəsinin icra məmuru X8 tərəfindən 03 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Cəlilabad rayon Məhkəməsinə göndərilmişdir. Cəlilabad rayon İcra və probasiya Şöbəsinin icra məmuru X8 məhkəməyə verdiyi izahatında göstərdi ki, Cəlilabad Rayon Məhkəməsinin 08 yanvar 2016-cı il tarixli, 2(073)- 176/2016 saylı icra sənədinə əsasən 07 dekabr 2015-ci ildən başlayaraq xx.xx.2005-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu Şəxs hər ay 90 (doxsan) manat sabit pul məbləğində aliment alınaraq tələbkar X2 verilməlidir. Qeyd olunan icra sənədi Cəlilabad rayon İcra və Probasiya şöbənin icraatına daxil olmuş və qanuna müvafiq qaydada icraata başlanmışdır. İcraat zamanı borcluya bildiriş göndərilmiş, eləcə də icra sənədlərinin icrasından boyun qaçırılmasına görə yarana biləcək məsuliyyət ona izah olunmuşdur. Lakin borclu Şəxs icra vərəqəsinin icra müddəti ərzində dəfələrlə həbsdə olduğundan icranı təmin etmək mümkün olmamış, icra vərəqi icra olunması üçün cəzaçəkmə müəssisəsinə göndərilsə də ödəniş olunmamışdır. Borclu Şəxs 2023-cü ilin dekabr ayında həbsdən çıxdıqdan sonra mütəmadi olaraq hər ay 100 manat aliment borcundan ödəyir. Hazırda borclu Şəxs bu günə qədər tələbkara 7500 manat aliment borcu vardır. Tələbin borclunun əmlakına və gəlir yerlərinə yönəldilməsi məqsədi ilə borclunun bank hesabları, digər gəlir yerləri, daşınar-daşınmaz əmlaklarının olubolmaması barədə aidiyyəti üzrə banklara, kredit təşkilatlarına və dövlət orqanlarına sorğular göndərilmişdir. Borclunun gəlir yerlərinin və əmlaklarının axtarışları ilə bağlı görülmüş tədbirlər nəticə verməmişdir. Qeyd olunanları nəzərə alaraq Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, Cəlilabad Rayon Məhkəməsinin 08 yanvar 2016-cı il tarixli, 2(073)-176/2016 saylı icra sənədinə əsasən, 07 dekabr 2015-ci ildən başlayaraq xx.xx.2005-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay 90 (doxsan) manat sabit pul məbləğində aliment alınaraq tələbkar X2 verilməlidir. O, törətdiyi cinayətlərə görə bir neçə həbsdə olmuş, sonuncu dəfə isə Cəlilabad Rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən qalan 1 ay 21 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Onun övladı X1 30 noyabr 2023-cü il tarixdə 18 yaşı tamam olmuşdur. Buna baxmayaraq o, həbsdən çıxdıqdan sonra, yəni 2023-cü ilin dekabr ayından bu günədək aliment borcundan tələbkara hər ay 100 (bir yüz) manat ödəmişdir. Maddi vəziyyəti yaxşı olmadığından qalan borcu bir dəfəyə ödəmək imkanı yoxdur. Qalan borcunu da hissə-hissə ödəyəcəyinə söz verir. Göstərilənlərə əsasən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün, bu maddə ilə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Qeyd olunan qanun normalarından görünür ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Lakin, hazırki iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədlərini üzrsüz səbəbdən icra etməməsi, habelə icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi müəyyən olunmur. İş materiallarında olan Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(007)-1111/2023 saylı qərarından görünür ki, Şəxs Cəlilabad Rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(007)- 1111/2023 saylı qərarı ilə cəzasının çəkilməmiş hissəsindən qalan 1 ay 21 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədini icra etməkdən imtina etməmiş, Cəlilabad Rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(007)-1111/2023 saylı qərarı ilə cəzasının çəkilməmiş hissəsindən qalan 1 ay 21 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edildikdən sonra hazırki vaxtadək aliment borcundan hər ay 100 (bir yüz) manat ödəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs əməlində inzibati xəta tərkibi olmadığı üçün barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Cəlilabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar