Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-816/2022 11.11.2022 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İnzibati xəta törədən şəxs X2, Zərərçəkmiş şəxs iştirakı ilə, Zərərçəkmiş şəxs – xx.xx.1967-cı ildə Cəlilabad rayonu, Ocaqlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Ocaqlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan barəsində Cəlilabad rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: 11 noyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X4 xx.xx.2022-ci il tarixdə, saat 12 radələrində kənd ərazisində həmkəndlisi Zərərçəkmiş şəxs söyüb, təhqir edərək ona dərəcəsi müəyyən olunmayan xəsarət yetirmişdir. Bununla da X4 Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs X4 izahat verərək bildirdi ki, xx.xx.2022-ci il tarixdə, saat 12 radələrində gəlini Sevincin qardaşı Anar ona məxsus 50 manat dəyərində 1 baş hindquşunu guya kartof sahəsinə girməsi bəhanəsi ilə boğub öldürdüyü üçün aralarında mübahisə yaranmış, mübahisə zamanı küçədə Anar onu itələyib yerə yıxmış, bel nahiyyəsinə yumruqla iki zərbə vurmuş, ora gələn gəlini Sevinclə bacısı Şöhlət harayçılıq etməyə çalışmış, lakin Anar Şöhləti yumruqla üz nahiyyəsindən vurub yerə yıxmış və yerdə təpikləmiş, harayçılıq edib onları ayırmışlar. Anarın arvadı Vüsalə isə Sevincin haqqında böhtan xarakterli həqiqətlər etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, xx.xx.2022-ci il tarixdə, saat 12 radələrində evində olarkən küçədən bacısı Şöhlət onu çağırıb bacısı sevincin qaynanası Qənirəyə məxsus hindquşunun onun kartof sahəsini yararsız hala saldığını xəbər vermidir. Bunu eşidərək dərhal kartof sahəsinə getmiş və Qənirəni əlində vedrə və bel kartof sahəsində görüb burada nə gəzdiyini soruşmuş, bir-iki kartof çıxaracağını Qənirə onu dedikdə “Sən əkmisən ki, çıxarırsan” - deyə Qənirəyə etrazını bildirmiş, Qənirə isə bu sahənin onun əmisinə məsus olduğunu demiş və bu zəmində aralarında mübahisə yaranmış, mübahisə zamanı Qənirə yerdən götürdüyü daşla onun kürək nahiyyəsinə vurmuş, ağrıdan yerə oturmuş və qalxmaq istəyərkən Qənirə əlindəki sopa ilə onun kürək nahiyyəsinə yenidən bir zərbə vurmuşdur. Bundan sonra ora bacıları Şöhlət və Sevinc gəmiş, Qənirə onu söyüb təhqir etmiş, o, Qənirənin üzərinə gedərkən bacısı Şöhlət əlindəki daşla onun boyun nahiyyəsinə vurmuşdur. Münaqişə zamanı o, nə Qənirəni, nə də Şöhləti vurmamışdır. Hadisə barədə Cəlilabad RPŞ-yə müraciət etmişdir. X1 bağışlamır. Ona görə də X2 barəsində inzibati qaydada tənbeh tədbiri görülməsini xahiş etdi. X2 əməli inzibati xəta haqqında protokolla, özünün və zərərçəkmiş şəxsin izahatı, eləcə də, işin digər materialları ilə tam təsdiq edilmişdir. X2 törətdiyi əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. İşə əlavə edilmiş Cəlilabad MTE və PA şöbəsinin xx.xx.2022-ci il tarixli, 1021 saylı rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs soğ kürək nahiyyəsində qançır və sıyrığ sol kürək nahiyyəsində qançır müəyyən olunmuş, müəyyən olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmiş, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilməmişdir. İş materiallarına əlavə edilmiş Cəlilabad rayon X7 Bölməsinin 07 noyabr 2022ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Zərərçəkmiş şəxs törətdiyi əməlində cinayət məsuliyyətinə səbəb olmadığı üçün həmin xüsusat üzrə cinayət işi başlanılması rədd edilmiş və onun əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin tərkibi olduğundan o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmasından ötrü barəsində qəbul edilmiş qərar Cəlilabad rayon Polis Şöbəsinin İTB-yə göndərilmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs X2 barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114- 117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs X4 Azərbaycan Respulikası İXM-in 157-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-816/2022
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-816/2022
11.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver