Məhkəmə qərarları › İş №3(073)-818/2024

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-818/2024

10.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-818/2024 10.09.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, İnzibati xəta törətmiş şəxs Şəxs, Zərərçəkmiş şəxs X3 iştirakları ilə, Şəxs – xx.xx.1973-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Rusiyev Federasiyası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, Cəlilabad rayonu, Soyuqbulaq kəndində qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Cəlilabad rayon İcra və Probasiya şöbəsindən daxil olmuş 05 sentyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqında protokoldan görünür ki, Cəlilabad rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli, 2(073)-351/2024 saylı icra vərəqəsinə əsasən borclu Şəxs mənəvi zərərə görə ümumilikdə 800 manat məbləğində pul vəsaiti alınaraq tələbkarlar X2 və X4 verilməməklə icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Bununla da, Şəxs törətmiş olduğu inzibati xətaya görə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati tənbeh olunmalıdır. Cəlilabad rayon İcra Şöbəsinin böyük icra məmuru X5 izahatında göstərdi ki, Cəlilabad rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli, 2(073)-351/2024 saylı icra vərəqəsinə əsasən borclu Şəxs mənəvi zərərə görə ümumilikdə 800 manat məbləğində pul vəsaiti alınaraq tələbkarlar X2 və X4 verilməsi qərara alınmışdır. İcra vərəqəsi üzrə borclu Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq maddi imkanın zəif olduğunu bildirərək borclarını tam ödəyə bilməyəcəyini bildirmişdir. Şəxs inzibati qaydada cəza verilməsini xahiş etdi. İnzibati xəta törətmiş şəxs Şəxs izahatında göstərdi ki, onun barəsində Cəlilabad rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli, 2(073)-351/2024 saylı icra vərəqəsinə əsasən ondan mənəvi zərərə görə ümumilikdə 800 manat məbləğində pul vəsaiti alınaraq tələbkarlar X2 və X4 verilməsi qərara alınmışdır. İşsiz olduğu üçün icra vərəqəsi üzrə yaranmış borcunu maddi imkanı zəif olduğuna görə ödəyə bilməmişdir. Məhkəmədən barəsində yungül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar X6 izahatında göstərdi ki, Cəlilabad rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli, 2(073)-351/2024 saylı icra vərəqəsinə əsasən borclu Şəxs mənəvi zərərə görə ümumilikdə 800 manat məbləğində pul vəsaiti alınaraq tələbkarlar X2 və ona verilməsi qət edilmişdir. Borclu Şəxs borcunu ödəməkdən boyun qaçırmış və dəfələrlə icra şöbəsi tərəfindən borcun ödənilməsi tələb olunsa da, o, dəfələrlə icra məmurunu və onu aldatmış, borcunu ödəməkdən qəsdən yayınmışdır. Ona görə də Şəxs qanuna müvafiq qaydada cəza təyin edilməsini xahiş etdi. Məhkəmə icra məmurunun, inzibati xəta törətmiş şəxsin və tələkbarın izahatlarını dinləyib, işdə olan sənədləri araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərə tutulan inzibati xətanı törətmişdir. Belə ki, inzibati xəta törətmiş şəxs Şəxs məhkəmə qətnaməsi üzrə borcun ödənilməsi tələb olunsa da, borclu Şəxs borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Belə ki, işdə olan Cəlilabad rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli, 2(073)-351/2024 saylı icra vərəqəsinə əsasən borclu Şəxs mənəvi zərərə görə ümumilikdə 800 manat məbləğində pul vəsaiti alınaraq tələbkarlar X2 və X4 ödənilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, Şəxs şəxsiyyətini, maddi vəziyyətini və ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respulikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Cəlilabad rayon İcra və Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar