Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-822/2024 12.09.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, Şəxs – xx.xx.1992-ci il tarixdə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol daxil olmuşdur. xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola görə Şəxs xx.xx.2024-cü il tarixdə təxminən saat 16:20 radələrində Cəlilabad şəhəri, Cavadxan küçəsində X1 qarşı ucadan nalayiq ifadələr işlətmiş, onu intizama dəvət edən polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad olunan inzibati xətanı törətməsini etiraf etməyətək verdiyi izahatında göstrədi ki, o, xx.xx.2024-cü il tarixdə, saat təxminən 16:20 radlərində BMW markalı ** ND *** dövlət qeydiyyat nişanlı avtomaşını ilə Cəlilabad şəhəri, Cavadxan küçəsində hərəkətdə olarkən Ford markalı avtomobili ötmə əməliyyatı etmək istəyərkən avtomobilin sürücüsü sürəti artırmış və o ötmə əməliyyatında olarkən qarşıdan gələn avtomaşınla az qalmış ki qəza törətsin. Buna səbəb isə Ford avtomobilinin sürücüsü qəsdən şərait yaratmışdır. O, birtəhər ötmə əməliyyatını etdikdən sonra Fordun sürücüsünə saxla işarəsi verərək onu saxlatdırmışdır. Ondan niyə qəza şəraiti yaratmasını soruşmuş, lakin həmin şəxs ona qəsdən surəti artırdığını deməsindən sonra onların arasında mübahisə yaranmışdır. O, əsəbi olduğu üçün bir az ucadan danışmışdır. Bu zaman bir nəfər polis əməkdaşı onalara yaxınlaşıb onlara qışqırarq nə baş verdiyini və niyə mübahisə etdiklərini soruşmuş, o da polis əməkdaşının qışqıraraq danışdığı üçün onunla mübahisə etmişdir. Bunda sonra onlar polis şöbəsinə gəlmişlər. O, Ford avtomobilin sürücüsünü təhqir etməmiş, ona toxunaraq fiziki ağrı yetirməmişəmdir və polis əməkdaşına qarşı kobud rəftar etməmişdir, sadəcə aralarında sözlü mübahisə olmuşdur. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə, saat 16:20 radələrində xidməti ərazisi olan Cəlilabad şəhəri, Cavadxan küçəsində xidmət apararkən bir nəfər şəxsin digər bir şəxsə qarşı uca səslə nəlayiq ifadələr işlədərək, ona qarşı əl-qol atdığını görüb onlara yaxınlaşmışdır. Özünü təqdim etdikdən sonra həmin şəxsi nizam intizama dəvət etmiş, lakin həmin şəxs onun qanuni tələbinə tabeh olmayaraq ona qarşı kobud rəftar edərək onu kənara itələmiş, ona öz işinlə məşqul olmağı bildirmiş və öz hərəkətlərinə davam etmişdir. Bundan sonra o həmin şəxsi Cəlilabad RPŞ-yə gətirmiş və bu barədə raportla şöbə rəhbərliyinə məruzə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə, saat təxminən 16:20 radlərində Cəlilabad şəhəri, Cavadxan küçəsində öz avtomabili ilə hərəkətdə olarkən BMW markalı avtomabil onu soldan keçmək istəmiş və bu zaman qarşıdan gələn avtomobilə qəza şəraiti yaratmaması üçün o hətta ona şərait yaratmış və onu gəlib keçdikdən sonra ona dur işarəsi verərək onu saxlatdırmışdır. O, avtomobildən düşdülkdən onra onu təhqir edərək əl-qol ataraq sillə ilə onun başının arxa hissəsinə vurmuşdur. Bu zaman polis əməkdaşı onlara yaxınlaşımış onlara nə baş verdiyini soruşmuş, lakin həmin şəxs polis əməkdaşına qarşı da hörmətsizlik edərək onun qanuni tələbinə tabeh olmamış, onu itələmişdir. Bundan sonra onlar Cəlilabad rayon polis şöbəsinə dəvət olnmuşlar. Həmin şəxsin kimliyini bilmir və əvvəllərdə onu tanımamışdır. Məhkəmə iclasında iş materialına əlavə olunmuş videodiskə baxış keçrilən zaman müəyyən olundu ki, inzibati xəta törətmiş şəxs Şəxs BMW markalı ** ND *** dövlət qeydiyyat nişanlı avtomaşını ilə Cəlilabad şəhəri, Cavadxan küçəsində hərəkətdə olan Ford markalı avtomobilin önünü kəsərək onun sürücüsü ilə mübahisə edərək ona əl-qol hərəkətləri edir və hadisə yerən yaxınlaşan polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmur və onu kənara itələyir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün və şahidlərin izahatı ilə yanaşı işdə olan sənədlərlə tam təsdiq edilmişdir. Şəxs törətdiyi əməlində məsuliyyətini yüngülləşdirən hal müəyyən edilmədi, inzibati xətanın təkrar törədilməsi onun məsuliyyətini ağırlaşdıran haldır. Belə ki, iş materiallarına əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərarın sürətindən görünür ki, xx.xx.2024-cü il tarixdə X4 Azərbaycan Respublikası İXM-nin 510cu maddəsi ilə təqsirli bilinib 50 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş izibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 17:00-da tutulmuş və xx.xx.2024-cü il tarixdə saat 15:00-da həbsən azad edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xəta törətdiyindən, o daha ciddi xəta olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilməlidir. Məhkəmə inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddsi ilə 15 (on beş) gün müddətində inzibati qaydada həbs edilsin. Şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək inzibati qaydada tutulduğu 1 gün müddət inzibati həbs müddətindən çıxılmaqla qəti 14 gün müddətə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən, saat 11:00-dan hesablansın. Qərarın icrası Cəlilabad rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-822/2024
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-822/2024
12.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver