Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-825/2023 24.08.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmənin iclas katibi X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs, xx.xx.1964-cü ildə Cəlilabad rayonu, Pakrovka kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, üvli, əvvəllər məhkum olunmamış, Günəşli kəndi tam orta məktəbdə müəllim işləyən, Cəlilabad rayonu, Günəşli kəndində qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokollara görə Şəxs 24 iyul 2023-cü il tarixdə saat 15:00 rayonu, Günəşli kənd sakini Zərərçəkmiş şəxs əmlakını qəsdən məhv etmişdir. Məhkəmə iclasında Şəxs ona istinad olunan inzibati xətanı törətməsini etiraf etməyərək izahatında göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Cəlilabad rayonu, Günəşli kəndində yaşayır. Zərərçəkmiş şəxslə o, əmioğludurlar. Onun Zərərçəkmiş şəxslə heç bir düşmənçiliyi və ədavəti yoxdur. O, Zərərçəkmiş şəxs çəpərini sökməmiş və beton dirəkləri sındırmamışdır. O, həmin yerə gələndə kənd adamları, hətta onun oz ailəsi də artıq orda olmuşdur. Lakin onunla ədavəti olan əmisi oğlu Mahir Hacıyev uzaqdan onun da orda olmasını görüb ara qarışdırmaq məqsədi ilə çəpərin onun tərəfindən söküldüyünü Zərərçəkmiş şəxs demişdir. Söyləninlənlər hamısı əsasızdır və onun barəsində tərtib edilmiş protoklun heç bir əsası yoxdur. Ona görə gə barəsində tərtib edilmiş protokolun ləğv edilməsini və işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, Cəlilabad rayonu, Alar kəndində qeydiyyatda olamaqla həmin ünvanda yaşayır. Şəxs həmkəndli həmdə qonşusudur. Onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Cəlilabad rayonu, Günəşli kənd ərazisində onun 0,14 ha həyətyanı torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin ətrafında xx.xx.2023-cü il tarixdə beton dirəklər bastıraraq çəpərə almış, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində həmkəndlisi Şəxs tərəfindən həmin beton və dəmir dirəklər qəsdən sındırılmış və məftildən çəkilmiş çəpəri yararsız hala salmışdır. Həmin beton dirəklərin və məfti çəpərin yarasız hala salınması ona təxminən 1000 manata dəyərində maddi ziyan dəymişdir. Şəxs tərəfindən həmin beton və dəmir dirəklərin qəsdən sındırmasını və məftildən çəkilmiş çəpəri yararsız hala salmasını həmkəndlidi X3 da görmüşdür. Barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında göstərdi ki, Şəxs onun əmisi oğlu və Zərərçəkmiş şəxs isə onun həmkəndliləridir. Onlarla heç bir düşmənçiliyi və ədavəti yoxdur. xx.xx.2023-cü il tarixdə diş həkimindən maşınla qayıdan zaman təxminən saat 15 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs öz həyətyanı torpaq sahəsinə basdırdığı beton dirəkləri və məftil çəpəri digər həmkəndlisi Şəxs əlində olan dəmir alət və bel ilə vuraraq aşırıb yararsız hala saldığını görmüş , həmin vaxt Şəxs həyat yoldaşı və bacısı da orada olduğunu görmüşdur. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs, zərəçəkmiş şəxsin və şahidin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan və zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş videodiskdən görünür ki, həmin ərazidə təxminən 30-40 metr uzunluğda dəmir tordan cəpər, 2 ədəd dəmir boru və 4 ədəd beton dirək aşmış vəziyyətdədir və 4 ədəd beton dirəyin ətək hissəsindən qırılması görünür. Məhkəmə iclasında barəsində izibati icraat aparılan şəxs, zərəməkimş şəxs və şahid ifadələri ilə Şəxs həmkəndlisi Zərərçəkmiş şəxs məxsus həmin beton və dəmir dirəklər olan tor çəpəri yararsız hala salması sübut olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xətanın tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi göstərilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, X2 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada tərəflərə təqdim edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-825/2023
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-825/2023
24.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver