Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-827/2023 10.08.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, İcra məmuru X2, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə Şəxs – 09 avqust 1977-il tarixdə Cəlilabad rayonu Ağdaş kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Cəlilabad rayonu Kazımabad kəndində qeydiyyatda olan, barəsində Cəlilabad Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Biləsuvar Rayon Məhkəməsinin 17 iyul 2014-cü il tarixli, 2(022)-564/2014 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 26 may 2014-cü il tarixdən başlayaraq sabit pul məbləğində hər ay 80 manat tutulub 24 iyul 2009-cu il tarixdə anadan olan Zəhzra adlı uşaq yetkinlik yaşına çatana kimi saxlanması üçün X1 verilməsi qət edilmişdir. Həmçinin Cəlilabad Rayon Məhkəməsinin 03 yanvar 2019-cu il tarixli, 3(073)- 1/2019 saylı qərarına əsasən inzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilməsi qərara alışmışdır. Borclu Şəxs qeyd olunan icra sənədlərini icra müddəti ərzində icrasını tam təmin etməmiş, Biləsuvar Rayon Məhkəməsinin 17 iyul 2014-cü il tarixli, 2(022)-564/2014 saylı icra vərəqəsi üzrə 8500 manat və Cəlilabad Rayon Məhkəməsinin 03 yanvar 2019-cu il tarixli, 3(073)-1/2019 saylı qərarı üzrə 500 manat cərimə borcu yaranmışdır. Borcun ödənilməsi tələb edildikdə isə, o imkanının olmadığını bəhanə edərək məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da o, Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında icra məmuru Mahir Əskərov inzibati xəta haqqında protokolu əsaslandıraraq göstərmişdir ki, borclu Bayramov X3 Rayon Məhkəməsinin 17 iyul 2014-cü il tarixli, 2(022)-564/2014 saylı icra sənədi üzrə 8500 manat alimenti və Cəlilabad Rayon Məhkəməsinin 03 yanvar 2019-cu il tarixli, 3(073)-1/2019 saylı qərarına əsasən 500 manat inzibati cəriməni icra müddəti ərzində icralarını təmin etməmiş və mütəmadi olaraq borcunu ödəməmişdir. Şəxs bu günə qədər yaranmış hər iki icra vərəqəsi üzrə ümumi borcu cəmi 9000 manatdır. Bu borcun ödənilməsi ondan tələb olunsa da, o, icra vərəqəsinin icrasından qəsdən yayınmışdır. Odur ki, onun Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. İnzibati xəta törədən Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, onun Biləsuvar Rayon Məhkəməsinin 17 iyul 2014-cü il tarixli, 2(022)-564/2014 saylı icra vərəqəsi üzrə tələbkar X1 ödənilməmiş 8500 manat və Cəlilabad Rayon Məhkəməsinin 03 yanvar 2019-cu il tarixli, 3(073)-1/2019 saylı qərarı üzrə ödənilməmiş 500 manat inzibati cərimə borcu vardır. Heç bir yerdə işləmir və maddi imkanı olmadığı üçün həmin borcunu ödəyə bilməmişdir. Əməlindən peşmandır, məhkəmədən ona köməklik edilərək, yüngül cəza verilməsini xahiş edir. İş materiallarında olan Cəlilabad rayon icra və probasiya şöbəsinin “Borclunun axtarılması haqqında” xx.xx.2022-ci il tarixli qərarından görünür ki, borclu Şəxs barəsində Azərbaycan Respublikası daxilində axtarış elan edilmişdir. Şəxs törətmiş olduğu inzibati xəta onun özünün etirafı, Biləsuvar Rayon Məhkəməsinin 17 iyul 2014-cü il tarixli, 2(022)-564/2014 saylı icra vərəqəsi və Cəlilabad Rayon Məhkəməsinin 03 yanvar 2019-cu il tarixli, 3(073)-1/2019 saylı inzibatı qərarı, icra məmuru Mahir Əskərovun izahatı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam təsdiq edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlindən səmimi peşman olması Azərbaycan Respublikasının İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Onun məsuliyyətini ağırlaşdıran hal yoxdur. Məhkəmə baxışı zamanı inzibati xəta törədən Şəxs Azərbaycan Respulikası İXMnin 30.2-ci maddəsində müəyyən edilmiş şəxslərin, yəni barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsi qadağan olunmuş şəxslərin kateqoriyasına daxil olması müəyyən edilməmişdir. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Onun məsuliyyətini ağırlaşdıran hal yoxdur. Məhkəmə inzibati xəta törədən Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114-115, 117 və 128, 130-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respulikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 10 avqust 2023-cü il tarixdən, saat 18:00-dan hesablansın. Elan edilmiş qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın icrası Cəlilabad Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №3(073)-827/2023
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-827/2023
10.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver