Məhkəmə qərarları › İş №3(073)-830/2024

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-830/2024

18.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-830/2024 18.10.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Şikayət verən şəxs X1 iştrakı ilə, Şikayət verən şəxs X1 barəsində 02 aprel 2024-cü il tarixli, EQ 20309922 saylı qərarın ləğv edilməsi barədə materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şikayət verən şəxs X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi Məlumat xidmətinin rəisi Elçin Xasiyev tərəfindən tərtib edilmiş 02 aprel 2024-cü il tarixli, EQ 20309922 saylı qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayət verən şəxs X2 izahatında göstərmişdi ki, DİN-nin BDYPİ-nin 02 aprel 2024-cü il tarixli, EQ 20309922 saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat miqdarında cərimə edilmişdir. Səbəb kimi yük daşıma qaydalarının pozulması göstərilmişdir. DİN-nin BDYPİnin 02 aprel 2024-cü il tarixli, EQ 20309922 saylı qərarı ədalətli olmamışdır və günahsız olduğu halda onun təqsirli sayılmağı İnzibati Xətalar Məcəlləsinin müddəalarına zidd olmuşdur. Belə ki, inzibati xəta haqqındakı həmin qərarın kim və ya hansı texniki vasitə ilə tərtib olunması göstərilməmiş, həmçinin, həmin texniki vasitənin markası, tipi və sair texniki vasitələrin barəsində məlumatlar qərarda göstərilməmişdir. Ona görə də məhkəmədən DİN-nin BDYPİ-nin 02 aprel 2024-cü il tarixli, EQ 20309922 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi Məlumat xidmətinin rəisi Elçin Xasiyev tərəfindən tərtib edilmiş 02 aprel 2024-cü il tarixli, EQ 20309922 saylı inzibati xəta haqqında qərarın surətindən görünür ki, “Tatra 815 Yük” markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi X2 İXM-nin 327.1-ci maddəsində nəzərədə tutulmuş yükdaşıma qaydalarınının pozulmasına görə inzibati xətanı törətməkdə təqsirli bilinib 40 (qırx) manat məbləğində cərimə edilmişdir, həmçinin həmin inzibati xətaya dair protokola “Tatra 815 Yük” markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı avtomaşının inzibati pozuntu zamanı çəkilmiş fotoşəkilləri əlavə edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə səasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 131.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 137.2-ci addəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. Göstərilənlərə əsasən, şikayət verən şəxs X1 törətdiyi inzibati xətaya dair Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi Məlumat xidmətinin rəisi Elçin Xasiyev tərəfindən imzalanmış 02 aprel 2024-cü il tarixli, EQ 20309922 saylı qərarları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmuş xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildiyindən qanuni və əsaslıdır. Həmin qərarların ləğv edilməsinə dair şikayət əsassız olduğundan təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 115, 117, 126,128,130,131 və 137-ci maddələrini rəhbər tutaraq məhkəmə… Qərara aldı: Şikayət verən şəxs X1 barəsində Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi Məlumat xidmətinin rəisi Elçin Xasiyev tərəfindən tərtib edilmiş 02 aprel 2024-cü il tarixli, EQ 20309922 qərarının ləğv edilməsinə dair şikayət əsassız olduğundan təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində şikayət və ya protest həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar