Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-833/2023 18.08.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6, Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8, Zərərçəkmiş şəxs (tələbkar) X2 nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1987-ci ildə Cəlilabad rayonunun Moranlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonunun Moranlı kəndində qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə İsayev X5 rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)-902/2021 saylı icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Məhkəmə iclasında Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X10 verdiyi izahatında göstərmişdir ki, Cəlilabad rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)-902/2021 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 1 ədəd 20 manat dəyərində xrustal qəndqabı, 70 manat dəyərində 2 ədəd meyvə qabı, 2 ədəd 50 manat dəyərində konfet qabı, 1 ədəd 40 manat dəyərində güldan bagema, 1 dəst 55 manat dəyərində su dəsti bagema, 1 ədəd 30 manat dəyərində gümüş ləpə qabı, 1 ədəd 70 manat dəyərində xrustal güldan, 2 ədəd 90 manat dəyərində xrustal lotqa, 2 ədəd 120 manat dəyərində xrustal meyvə qabı, 90 manat dəyərində xrustal rumka dəsti böyük, 80 manat dəyərində xrustal rumka dəsti, 80 manat dəyərində 2 qutu xrustal taraş stəkan, 70 manat dəyərində 2 qutu xrustal armudu stəkan, 2 ədəd 40 manat dəyərində xrustal konfet qabı, 2 qutu 10 manat dəyərində taraş nəlbəki, 2 qutu 8 manat dəyərində armudu nəlbəki, 270 manat dəyərində nahar dəsti, 2 ədəd böyük-balaca 80 manat dəyərində meyvə qabı, 2 ədəd 70 manat dəyərində meyvə qabı orta böyük-balaca, 2 ədəd 50 manat dəyərində meyvə qabı xırda, 2 ədəd 30 manat dəyərində xrustal külqabı, 4 qutu 20 manat dəyərində nəlbəki, 80 manat dəyərində gündəlik qaşıq dəsti, 12 ədəd 80 manat dəyərində bulud, 12 ədəd 60 manat dəyərində kasa, 4 qutu 20 manat dəyərində su stəkanı, 35 manat dəyərində bıçaq dəsti, 1 ədəd 9 manat dəyərində soğan çəkən, 3 ədəd 15 manat dəyərində duzqabı, 2 qutu 16 manat dəyərində şirniyyat qabı dəsti, 1 qutu 5 manat dəyərində qəndqabı, 2 cüt 40 manat dəyərində dəst fincan, 1 cüt 8 manat dəyərində salfet qabı, 1 cüt 12 manat dəyərində çaynik, 12 ədəd 12 manat dəyərində fincan, 1 ədəd 6 manat dəyərində şüşə tava, 1 ədəd 8 manat dəyərində balıq qabı, 4 ədəd 20 manat dəyərində qənd qabı, 12 ədəd 12 manat dəyərində kabab şişi, 2 ədəd 10 manat dəyərində paltar səbəti, 2 ədəd 10 manat dəyərində zibil qabı, 1 ədəd 15 manat dəyərində döşəmə silən, 16 manat dəyərində 4 qutu stəkan, 6 ədəd 18 manat dəyərində çörəkqabı, 15 manat dəyərində ədviyyat dəsti, 2 dəst 90 manat dəyərində boşqab dəsti, 15 manat dəyərində çömçə dəsti tefal, 25 manat dəyərində çömçə dəsti nerj, 40 manat dəyərində podnis dəsti, 2 ədəd 30 manat dəyərində çuqun tabaq, 2 ədəd 26 manat dəyərində çuqun qəfədan, 2 ədəd 36 manat dəyərində çuqun qəfədan, 250 manat dəyərində diplomat dəst, 2 ədəd 14 manat dəyərində aşsüzən, 150 manat dəyərində nerj qazan dəsti, 200 manat dəyərində tefal qazan dəsti, 70 manat dəyərində qazan dəsti çuqun, 25 manat dəyərində çaydan dəsti, 50 manat dəyərində madonna çay dəsti, 30 manat dəyərində manqal qaz üstü, 1 ədəd 10 manat dəyərində qapaqlı tabaq, 5 ədəd 10 manat dəyərində kauçuk qablar, 12 ədədli 20 manat dəyərində kauçuk qab dəsti, 15 manat dəyərində 3 mərtəbəli ləpəqabı, 1 ədəd 950 manat dəyərində televizor «Supermax», 1 ədəd 850 manat dəyərində soyuducu, 1 ədəd 650 manat dəyərində paltaryuyan vestel, 1 ədəd 100 manat dəyərində duxovka, 1 ədəd 80 manat dəyərində ətçəkən maşın qalaksi, 1 ədəd 70 manat dəyərində samovar, 1 ədəd 80 manat dəyərində tozsoran, 1 ədəd 60 manat dəyərində mikser, 1 ədəd 20 manat dəyərində blender, 1 ədəd 45 manat dəyərində şirəçəkən, 1 ədəd 180 manat dəyərində qaz sobası, 1 ədəd 15 manat dəyərində soğançəkən, 1 ədəd 100 manat dəyərində aspirator, 1 ədəd 35 manat dəyərində ütü, 1 ədəd 40 manat dəyərində ütü altlığı, 2 ədəd 100 manat dəyərində çilçıraq, 2 ədəd 20 manat dəyərində böyük ləyən, 5 ədəd 150 manat dəyərində döşək, 5 ədəd 150 manat dəyərində yorğan, 16 ədəd 144 manat dəyərində balış, 14 ədəd 98 manat dəyərində döşəkçə, 4 ədəd 200 manat dəyərində ədyal, 300 manat dəyərində 20 çexol dəsti, 250 manat dəyərində 5 dəst çexol taxt üçün, 15 ədəd 300 manat dəyərində dəsmal dəsti, 10 ədəd 100 manat dəyərində əl-üz dəsmalı, 4 ədəd 100 manat dəyərində süfrə, 2 ədəd dəst miz üstü, 3 ədəd tək 130 manat dəyərində, 3 ədəd 60 manat dəyərində jurnal masasının üstü, 1 ədəd dəst 170 manat dəyərində taxt üstlüyü, 450 manat dəyərində pərdə dəsti, 2 ədəd 340 manat dəyərində xalça, 10 ədəd böyük-balaca kukla 130 manat dəyərində, 1 ədəd 20 manat dəyərində divar saatı, 1 ədəd 80 manat dəyərində sandıq, 7000 manat dəyərində yataq və qonaq dəsti, 1200 manat dəyərində künc divanı və 6 balış, 850 manat dəyərində mətbəx mebeli, 300 manat dəyərində tək nəfərlik çarpayı, 500 manat dəyərində şüşə jurnal masası, 600 manat dəyərində 1 ədəd masa 6 oturacağı, 500 manat dəyərində 585 əyar 7 qramlıq brilyant qaşlı nişan üzüyü, 300 manat dəyərində 585 əyar 5 qramlıq qızıl üzük, 500 manat dəyərində 585 əyar 12 qramlıq qızıl qolbağı və üzük dəsti, 300 manat dəyərində 585 əyar 5 qramlıq qızıl qolbağı, 700 manat dəyərində 585 əyar 14 qramlıq qızıl üzük-sırğa dəsti-damla, 500 manat dəyərində 585 əyar 11 qramlıq gül formalı qızıl üzük-sırğa dəsti, 700 manat dəyərində 585 əyar 14 qramlıq qızıl boyunbağı və 30 (otuz) manat dövlət rüsumu alınıb iddiaçı X4 verilməlidir. İcra vərəqəsi Cəlilabad rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul olunmuş və tələbin 10 gün müddətində könüllü icrası ilə bağlı borcluya bildiriş göndərilmişdir. Borclu icra sənədini qismən icra edərək, cehiz əşyalarının tələbkara qaytarılmasını təmin etmiş, lakin icra sənədində göstərilən qızıl-zinət əşyalarının tələbkar tərəfindən aparıldığını iddia edərək, icra sənədini həmin hissədə icra etməkdən boyun qaçırmışdır. Buna görə də barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü ona istinad olunan inzibati xətanı törətməkdə təqsirli bilərək, icra sənədi üzrə verilməsi müəyyən edilmiş qızıl-zinət əşyalarının hazırda mövcud olmadığını, işləmədiyinə və maddi imkanı olmadığına görə həmin əşyaların dəyərini ödəyə bilmədiyini, əməlindən səmimi peşman olduğunu göstərərək, barəsində daha yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin (tələbkar) nümayəndəsi X3 verdiyi izahatında göstərmişdir ki, Cəlilabad rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)- 902/2021 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 1 ədəd 20 manat dəyərində xrustal qəndqabı, 70 manat dəyərində 2 ədəd meyvə qabı, 2 ədəd 50 manat dəyərində konfet qabı, 1 ədəd 40 manat dəyərində güldan bagema, 1 dəst 55 manat dəyərində su dəsti bagema, 1 ədəd 30 manat dəyərində gümüş ləpə qabı, 1 ədəd 70 manat dəyərində xrustal güldan, 2 ədəd 90 manat dəyərində xrustal lotqa, 2 ədəd 120 manat dəyərində xrustal meyvə qabı, 90 manat dəyərində xrustal rumka dəsti böyük, 80 manat dəyərində xrustal rumka dəsti, 80 manat dəyərində 2 qutu xrustal taraş stəkan, 70 manat dəyərində 2 qutu xrustal armudu stəkan, 2 ədəd 40 manat dəyərində xrustal konfet qabı, 2 qutu 10 manat dəyərində taraş nəlbəki, 2 qutu 8 manat dəyərində armudu nəlbəki, 270 manat dəyərində nahar dəsti, 2 ədəd böyük-balaca 80 manat dəyərində meyvə qabı, 2 ədəd 70 manat dəyərində meyvə qabı orta böyük-balaca, 2 ədəd 50 manat dəyərində meyvə qabı xırda, 2 ədəd 30 manat dəyərində xrustal külqabı, 4 qutu 20 manat dəyərində nəlbəki, 80 manat dəyərində gündəlik qaşıq dəsti, 12 ədəd 80 manat dəyərində bulud, 12 ədəd 60 manat dəyərində kasa, 4 qutu 20 manat dəyərində su stəkanı, 35 manat dəyərində bıçaq dəsti, 1 ədəd 9 manat dəyərində soğan çəkən, 3 ədəd 15 manat dəyərində duzqabı, 2 qutu 16 manat dəyərində şirniyyat qabı dəsti, 1 qutu 5 manat dəyərində qəndqabı, 2 cüt 40 manat dəyərində dəst fincan, 1 cüt 8 manat dəyərində salfet qabı, 1 cüt 12 manat dəyərində çaynik, 12 ədəd 12 manat dəyərində fincan, 1 ədəd 6 manat dəyərində şüşə tava, 1 ədəd 8 manat dəyərində balıq qabı, 4 ədəd 20 manat dəyərində qənd qabı, 12 ədəd 12 manat dəyərində kabab şişi, 2 ədəd 10 manat dəyərində paltar səbəti, 2 ədəd 10 manat dəyərində zibil qabı, 1 ədəd 15 manat dəyərində döşəmə silən, 16 manat dəyərində 4 qutu stəkan, 6 ədəd 18 manat dəyərində çörəkqabı, 15 manat dəyərində ədviyyat dəsti, 2 dəst 90 manat dəyərində boşqab dəsti, 15 manat dəyərində çömçə dəsti tefal, 25 manat dəyərində çömçə dəsti nerj, 40 manat dəyərində podnis dəsti, 2 ədəd 30 manat dəyərində çuqun tabaq, 2 ədəd 26 manat dəyərində çuqun qəfədan, 2 ədəd 36 manat dəyərində çuqun qəfədan, 250 manat dəyərində diplomat dəst, 2 ədəd 14 manat dəyərində aşsüzən, 150 manat dəyərində nerj qazan dəsti, 200 manat dəyərində tefal qazan dəsti, 70 manat dəyərində qazan dəsti çuqun, 25 manat dəyərində çaydan dəsti, 50 manat dəyərində madonna çay dəsti, 30 manat dəyərində manqal qaz üstü, 1 ədəd 10 manat dəyərində qapaqlı tabaq, 5 ədəd 10 manat dəyərində kauçuk qablar, 12 ədədli 20 manat dəyərində kauçuk qab dəsti, 15 manat dəyərində 3 mərtəbəli ləpəqabı, 1 ədəd 950 manat dəyərində televizor «Supermax», 1 ədəd 850 manat dəyərində soyuducu, 1 ədəd 650 manat dəyərində paltaryuyan vestel, 1 ədəd 100 manat dəyərində duxovka, 1 ədəd 80 manat dəyərində ətçəkən maşın qalaksi, 1 ədəd 70 manat dəyərində samovar, 1 ədəd 80 manat dəyərində tozsoran, 1 ədəd 60 manat dəyərində mikser, 1 ədəd 20 manat dəyərində blender, 1 ədəd 45 manat dəyərində şirəçəkən, 1 ədəd 180 manat dəyərində qaz sobası, 1 ədəd 15 manat dəyərində soğançəkən, 1 ədəd 100 manat dəyərində aspirator, 1 ədəd 35 manat dəyərində ütü, 1 ədəd 40 manat dəyərində ütü altlığı, 2 ədəd 100 manat dəyərində çilçıraq, 2 ədəd 20 manat dəyərində böyük ləyən, 5 ədəd 150 manat dəyərində döşək, 5 ədəd 150 manat dəyərində yorğan, 16 ədəd 144 manat dəyərində balış, 14 ədəd 98 manat dəyərində döşəkçə, 4 ədəd 200 manat dəyərində ədyal, 300 manat dəyərində 20 çexol dəsti, 250 manat dəyərində 5 dəst çexol taxt üçün, 15 ədəd 300 manat dəyərində dəsmal dəsti, 10 ədəd 100 manat dəyərində əl-üz dəsmalı, 4 ədəd 100 manat dəyərində süfrə, 2 ədəd dəst miz üstü, 3 ədəd tək 130 manat dəyərində, 3 ədəd 60 manat dəyərində jurnal masasının üstü, 1 ədəd dəst 170 manat dəyərində taxt üstlüyü, 450 manat dəyərində pərdə dəsti, 2 ədəd 340 manat dəyərində xalça, 10 ədəd böyük-balaca kukla 130 manat dəyərində, 1 ədəd 20 manat dəyərində divar saatı, 1 ədəd 80 manat dəyərində sandıq, 7000 manat dəyərində yataq və qonaq dəsti, 1200 manat dəyərində künc divanı və 6 balış, 850 manat dəyərində mətbəx mebeli, 300 manat dəyərində tək nəfərlik çarpayı, 500 manat dəyərində şüşə jurnal masası, 600 manat dəyərində 1 ədəd masa 6 oturacağı, 500 manat dəyərində 585 əyar 7 qramlıq brilyant qaşlı nişan üzüyü, 300 manat dəyərində 585 əyar 5 qramlıq qızıl üzük, 500 manat dəyərində 585 əyar 12 qramlıq qızıl qolbağı və üzük dəsti, 300 manat dəyərində 585 əyar 5 qramlıq qızıl qolbağı, 700 manat dəyərində 585 əyar 14 qramlıq qızıl üzük-sırğa dəsti-damla, 500 manat dəyərində 585 əyar 11 qramlıq gül formalı qızıl üzük-sırğa dəsti, 700 manat dəyərində 585 əyar 14 qramlıq qızıl boyunbağı və 30 (otuz) manat dövlət rüsumu alınıb iddiaçı X4 verilməlidir. İcra vərəqəsi qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. İcra vərəqəsi Cəlilabad rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul olunmuş və tələbin 10 gün müddətində könüllü icrası ilə bağlı borcluya bildiriş göndərilmişdir. Borclu icra sənədini qismən icra edərək, cehiz əşyalarının tələbkara qaytarılmasını təmin etmiş, lakin icra sənədində göstərilən qızıl-zinət əşyalarının tələbkar tərəfindən aparıldığını iddia edərək, icra sənədini həmin hissədə icra etməkdən boyun qaçırmışdır. Buna görə də barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şikayətçidir. Qeyd edilənlərin nəzərə alınaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində daha ciddi inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün, zərərçəkmiş şəxsin və icra məmurunun izahatları ilə yanaşı işdə olan sənədlərlə tam təsdiq edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olması onun məsuliyyətini yüngülləşdirən haldır və məhkəmə iclasında onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş cərimə cəzasının tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Elan edilmiş qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №3(073)-833/2023
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-833/2023
18.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver