Məhkəmə qərarları › İş №3(073)-835/2024

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-835/2024

16.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-835/2024 16.09.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X8, X1 Cəlilabad rayon İcra Şöbəsinin İcra məmuru X9, İnzibati xəta törətmiş şəxs Şəxs, onun müdafiəçisi Vəkil iştirakı ilə, Şəxs – xx.xx.1986-cı ildə Cəlilabad rayonu, Təklə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Təklə kəndində qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Cəlilabad rayon İcra və Probasiya şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xətaya dair material məhkəməyə daxil olmuşdur. 16 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs Cəlilabad Rayon Məhkəməsinin 06 avqust2019-cu il tarixli, 2(073)-1475/2019 saylı icra vərəqəsinə əsasən bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində aliment alınaraq tələbkar X6 verilməlidir. Məhkəmə iclasında Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X11 izahatında göstərdi ki, borclu Şəxs Cəlilabad Rayon Məhkəməsinin 06 avqust2019-cu il tarixli, 2(073)-1475/2019 saylı icra vərəqəsinə əsasən bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində aliment alınaraq tələbkar X6 verilməsi qət edilmişdir. Borclu Şəxs özünü xx.xx.1986-cı ildə Azərbaycan SSR-də doğulmuş, hazırda Rusiya Federasiyası vətəndaşı X3 kimi təqdim edərək, Şəxslə bir-birinə çox oxşadıqlarını, əsgərlikdə bir yerdə xidmət etdiklərini, hazırda Şəxs Bakı şəhərində olduğunu, o, da Şəxs bacısının toyuna gəldiyini bildirərək, tələkar X7 tanımadığını və onun Kənan adında oğlunun olmadığını və Şəxs onun dostu olduğunu bildirmişdir. Ona görə də borclu Şəxs inzibati qaydada cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında göstərdi ki, o, xx.xx.1986-cı ildə Azərbaycan SSR-də doğulmuş, hazırda Rusiya Federasiyası vətəndaşı X2, Şəxslə bir-birinə çox oxşayırlar, əsgərlikdə bir yerdə xidmət etmişlər, hazırda Şəxs Bakı şəhərindədir, o, da Şəxs bacısının toyuna gəlmişdir, tələkar X7 tanımır, onun Kənan adında oğlu yoxdur. Şəxs isə onun dostudur. Şəxs hal-hazırda ümumilikdə 5950 manat məbləğində borcu olduğunu bilir və dostu Cəlilabad rayonu, Təklə kənd sakini Şəxs ona borclu olduğu alimentdən 1000 manat ödəyə biləcəyini demişdir. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında tələbkar X10 izahatında göstərdi ki, borclu Şəxs Cəlilabad Rayon Məhkəməsinin 06 avqust 2019-cu il tarixli, 2(073)-1475/2019 saylı icra vərəqəsinə əsasən bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində aliment alınaraq ona verilməsi qət edilmişdir. Borclu Şəxsn hazırdı onu tanımadığını və onun Kənan adında oğlunun olmadığını bildirmişdir. o, Rusiya Federasiyasının vətəndaşı olsa da o, adını alimentdən yayınmaq üçün dəyişdirib X4 qoyub. Hazırda məhkəmə iclasında iştrak edən şəxs onun keçmiş əri Şəxsdur. Şəxs hal-hazırda ümumilikdə 5950 manat məbləğində borcu vardır və heç bir ödəniş etməmişdir. Ona görə də borclu Şəxs inzibati qaydada cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 izahatında göstərdi ki, o, Şəxs Cəlilabad rayonu, Təklə kənd sakini kimi necə illədir tanıyır, Məhkəmə iclas zalında olan Fikrət özüdür və son illər Fikrət Rusiya Federasiyasında yaşayır. Məhkəmə icra məmurunun, inzibati xəta törətmiş şəxsin, tələbkarın və şahidin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs məsuliyyətdən yaxa qurtarmaq üçün özünü X3 kimi təqdim edir. Şəxs məhkəmə qərarını qəsdən icra etmədiyinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərə tutulan inzibati xətanı törətmişdir. Belə ki, inzibati xəta törətmiş şəxs Şəxs məhkəmə qətnaməsi üzrə borcun ödənilməsi tələb olunsa da, borclu Şəxs borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, Şəxs şəxsiyyətini, hazırki vaxtadək borcunu ödəməkdən qərəzli şəkildə qəsdən yayınmasını nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respulikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) ay müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli 16 sentyabr 2024-cü il tarixdən, saat 17:00-dan hesablansın. Qərarın icrası Cəlilabad rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar