Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-836/2023 07.09.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Şikayət verən şəxs X1, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən baxılan inzibati xətalar haqqında işlər üzrə inzibati tənbehin tətbiq edilməsi haqqında 20 iyul 2023-cü il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi barədə şikayətə baxaraq, Müəyyən etdi: Şikayət verən şəxs X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən baxılan inzibati xətalar haqqında işlər üzrə inzibati tənbehin tətbiq edilməsi haqqında 20 iyul 2023-cü il tarixli, MN ******* saylı qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət verən şəxs X3 ərizəsini əsaslandıraraq göstərdi ki, o, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən 31 may 2023-cü il tarxli, 20 iyul 2023-cü il tarixli, MN ******* saylı qərarı ilə o, İXM-nin 233.1-ci maddəsi ilə 2500 manat məbləğində cərimə edilmişdir. Səbəb kimi isə ünvan 1 ünvanda yerləşən Fəridə kafesinin fəaliyyəti zamanı atmosfer havasına atılan zərəli maddələrin miqdarının normadan artıq olması, qaz-toz tutucu qurğunun quraşdırılmaması nəticəsində X3 tərəfindən Azərbaycan Respublikası İXM-nin 233.1 və 237.1 və 237.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməsi olmuşdur. Buna görə o, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən baxılan inzibati xətalar haqqında işlər üzrə inzibati tənbehin tətbiq edilməsi haqqında 20 iyul 2023-cü il tarixli, MN ******* saylı qərarla, Azərbaycan Respublikası İXM-nin 233.1 və 237.1-ci maddələri ilə 2500 manat cərimə olunmuşdur. Qərar ədalətli olmasmış və günahsız olduğu halda onun təqsirli sayılmağı İXM-nin müddəalarına zidd olmuşdur. Ona görə də hazırki qərardan şikayət vermək qərarına gəlmişdir. Məhkəmədən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən inzibati tənbehin tətbiq edilməsi haqqında 20 iyul 2023-cü il tarixli, MN ******* saylı qərarın ləğv edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçi müfəttişi X5 tərəfindən qəbul edilmiş 05 iyul 2023-cü il tarixli, inzibati xəta haqqında MN seriyalı ******* nömrəli protokoldan görünür ki, X3 ünvan 2 ünvanda yerləşən rəhbər olduğu “Fəridə” VÖEN (**********) kafesinin fəaliyyəti zamanı manqalın tüstü bacasına təmizləyici filtirinin quraşdırılmaması və tüstüdə zərəli maddələrin nüqarının yolverilən normadan artıq olmasına görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1və 237.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan Azərbaycan Respublikası Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 11 iyul 2023-cü il tarixli Ç-M9/2623-045 saylı məcburi göstərişdən görünür ki, Xətai rayonu, ünvan 3 ünvanda yerləşən “Fəridə” restoranının fəaliyyəti zamanı, yol verilə bilən son hədlərin normativləri səviyyəsində zərərli maddələrin və tullantıların zərəsizləşdirilməsiməqsədi ilə manqalın tüstü bacasına tənzimləyici quraşdırılması təmin edilməsinə dair tərtib edilmişdir. Azərbaycan Respublikası Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X6 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında MN seriyalı ******* nömrəli 20 iyul 2023-cü il tarixli qərardan görünür ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1və 237.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 2500 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Məhkəmə şikayət verən şəxs X2 dinləyərək, işdə olan sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. İş materiallarından görünür ki, ünvan 2 ünvanda yerləşən rəhbər olduğu “Fəridə” VÖEN (**********) kafesinin fəaliyyəti zamanı manqalın tüstü bacasına təmizləyici filtirinin quraşdırılmamasıvə tüstüdə zərəli maddələrin nüqarının yolverilən normadan artıq olmasına görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1və 237.1-ci maddələri ilə inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 131.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 137.2-ci addəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. Göründüyü kimi Azərbaycan Respublikası Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, ünvan 2 ünvanda yerləşən “Fəridə” kafesinin fəaliyyəti zamanı manqalın tüstü bacasına təmizləyici filtirinin quraşdırılmaması və tüstüdə zərəli maddələrin nüqarının yolverilən normadan artıq olması faktını aşkar etmiş və qanunvericiliyə müvafiq olaraq X2 məcburi göstəriş verilmiş, lakin X3 həmin göstərişi bu müddət ərzində icra etməmiş və nəticədə Azərbaycan Respublikası Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi şəxsə Xətalar Məcəlləsinin 233.1və 237.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 2500 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq etmişdir. Göstərilənlərə əsasən, şikayətçi X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər tərəfindən baxılan inzibati xətalar haqqında işlər üzrə inzibati tənbehin tətbiq edilməsi haqqında 20 iyul 2023-cü il tarixli, MN ******* saylı qərarının ləğv edilməsinə dair şikayət ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 115, 117, 126,128,130,131 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: Şikayət verən şəxs X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin tərəfindən baxılan inzibati xətalar haqqında işlər üzrə inzibati tənbehin tətbiq edilməsi haqqında 20 iyul 2023cü il tarixli, MN ******* saylı qərarının ləğv edilməsinə dair şikayət ərizəsi əsassız olduğundan təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində apellyasiya şikayəti həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-836/2023
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-836/2023
07.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver