Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-837/2024 16.09.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İnzibati xəta törədən şəxs Şəxs nümayəndəsi və vəkili X2, Zərərçəkmiş şəxs iştirakları ilə, Şəxs – xx.xx.2007-ci ildə Cəlilabad rayonu, Ağdaş kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Ağdaş kəndində qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: 16 sentyabr 2024-cü tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cəlilabad rayonu Ağdaş kəndində Şəxs ilə X5 arasıba mübahisə olmuş, həmin vaxt Şəxs X1 vuraraq ona dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs nümayəndəsi və vəkili X7 izahat verərək bildirdi ki, Şəxs həmkəndlisi Zərərçəkmiş şəxs ilə heç bir ədavəti yoxdur. 27 avqust 2024-cü il tarixdə, saat 19 radələrində Şəxs yaşadığı evi yaxınlığında olan bulağa su içmək üçün getmiş, həmin vaxtı bulaqda olan daşı (şpaler) bulağa asan getmək üçün yerini dəyişəndə orada olan qonşusu Zərərçəkmiş şəxs Hafisə daşın yerini dəyişməsi barədə iradını bildirmiş və ünvanına nalayiq ifadələr işlətmişdir. Bundan sonra onların arasında mübahisə yaranmış, Zərərçəkmiş şəxs Şəxs üzərinə gələrək yerə yıxmış, əlinə daş götürərək Hafisin sifət və baş nahiyyəsinə vuraraq xəsarət yetirmişdir. Şəxs Zərərçəkmiş şəxs xəsarət yetirməmişdir. Qeyd edilənlərin nəzərə alınaraq ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, Cəlilabad rayonu Ağdaş kənində küçədə yerləşən bulağa Şəxs və o su matoru qoymuşlar. 27 avqust 2024-cü il tarixdə, saat təxminən 19 radələrində o fərdi yaşayış evinin həyətində olan zaman bulaq istiqamətinə baxanda, qonşusu Hafisin ona məxsus olan “URBİN” markalı su matorunu yerindən tərpətdiyini görüb yaxınlaşaraq Hafisə “sən burda nə edirsən?, mənə məxsus olan su matorunu niyə tərpədirsən?” sözlərini demişdir. Şəxs isə ona “əcəb edirəm, mən su vura bilmirəm, ona görədə bu su matorunu tərpədirəm, sən öz matorunu burdan çıxart” sözlərini demişdir. Buna səbəbdəndə aralarında mübahisə yaranmış, Şəxs onu təhqir edərək söymüş və döyərək xəsarətlər yetirmişdir. Ona görə də Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. İşə əlavə edilmiş Cəlilabad MTE və PA şöbəsinin 31 avqust 2024-cü il tarixli, 734 saylı rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs sağ əlin 1-ci barmağında əzilmiş səthi yara və sağ bazu nahiyyəsində sıyrıq müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 27 avqust 2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarına əlavə edilmiş Cəlilabad rayon X4 Bölməsinin 09 sentyabr 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Şəxs törətdiyi əməlində cinayət məsuliyyətinə səbəb olmadığı üçün həmin xüsusat üzrə cinayət işi başlanılması rədd edilmiş və onun əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin tərkibi olduğundan o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmasından ötrü barəsində qəbul edilmiş qərar Cəlilabad rayon Polis Şöbəsinin İTB-yə göndərilmişdir. Şəxs inzibati xəta törətməsi sübut olununr və onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və yaşını nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında əzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114- 117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respulikası İXM-in 157-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-837/2024
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-837/2024
16.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver