Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-840/2024 16.09.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmənin iclas katibi X1, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və onların qanuni nümayəndəsi Qanuni nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Cəlilabad rayonunun Ağdaş kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Cəlilabad rayonunun Ağdaş kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Cəlilabad Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə Şəxs 27 avqust 2024-cü il tarixdə Cəlilabad rayonunun Ağdaş kəndində həmkəndlisi Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 döyərək onlara dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad olunan inzibati xətanı törətməsini qismən etiraf edərək veridiyi izahatında hadisə zamanı Zərərçəkmiş şəxs1 döymədiyini, ancaq Zərərçəkmiş şəxs2 itələdiyini, ilk öncə Hafisin ona bıçaq çıxardığını və hədələdiyini, baş vermiş hadisəyə görə peşman olduğunu göstərmiş və məhkəmədən barəsində daha yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qanuni nümayəndələri Qanuni nümayəndə iştirakı ilə dindirilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 hər biri ayrı-ayrılıqda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şikayətçi olduğunu bildirmişlər və məhkəmədən daha ciddi inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişlər. Məhkəmə izahatları dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxs ona istinad olunan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, işdə olan cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Cəlilabad RPŞ-in İTB-yə göndərilməsi qərara alınmışdır. İşə əlavə edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarda qeyd edilmiş ekspert rəyinə əsasən, müayinə zamanı Zərərçəkmiş şəxs2 başın sağ təpə nahiyyəsində, sağ qulaq seyvanında və sol dirsək oynağı nahiyyəsində sıyrıqlar müəyyən olundu, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Həmin ekspert rəyinə əsasən, müayinə zamanı Zərərçəkmiş şəxs1 döş qəfəsin ön səthində qançır və sol said nahiyyəsində fasiləli sıyrıq müəyyən olundu, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Həmin ekspert rəyinə əsasən, müayinə zamanı Şəxs sağ əlin 1-ci barmağında əzilmiş səthi yara və sağ bazu nahiyəsində sıyrıq müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla və tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, barəsində icraat aparılan şəxs və zərərçəkmiş şəxslər arasında mübahisə bulaqdan istifadə edilməsi səbəbindən yaranmışdır və onlar bir-birilərinə qarşılıqlı xəsarətlər yetirmişdirlər, həmçinin onlar uzun müddətdir ki qonşudurlar. Qeyd olunan xüsusatlarla həmçinin Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam təsdiq edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olması onun məsuliyyətini yüngülləşdirən haldır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halların olmamasını, onun və zərərçəkmiş şəxslərin qonşu olduğunu və mübahisənin bulaqdan istifadə edilməsi səbəbindən yarandığını, Cəlilabad Rayon Məhkəməsinin icraatında hazırki iş üzrə zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs2 barəsində də eyni məsələ ilə bağlı inzibati xəta haqqında protokol tərtib edildiyini və Məhkəmənin 16 sentyabr 2024-cü il tarixli qərarı ilə onun da təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edildiyini və digər əhəmiyyətli halları, həmçinin həbs növündə inzibati tənbeh tədbiri seçilməsi üçün müstəsna hər hansı halın olmadığını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə cəzasının nisbətən yuxarı həddə tətbiq edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Elan edilmiş qərarın surəti tərəflərə təqdim edilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №3(073)-840/2024
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-840/2024
16.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver