Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-841/2025 24.07.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Mustafayev (Mustafalı) Adəm Həsənağa oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Mustafayev (Mustafalı) Adəm Həsənağa oğlunun barəsində Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol daxil olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Mustafayev (Mustafalı) Adəm Həsənağa oğluna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə onun tərəfindən hər hansı məlumat və ya vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Mustafayev (Mustafalı) Adəm Həsənağa oğlunun ona istinad olunan inzibati xətanı törətməsi işdə olan sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, işdə olan Azərbaycan Respublikası DİN-in DYP Web Portalından çıxarışdan görünür ki, Mustafayev (Mustafalı) Adəm Həsənağa oğlu Azərbaycan Respublikasının İXM-in 335.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə barəsində xx.xx.2024-cü il tarixli, İXP ******* saylı protokol tərtib edilərək, xx.xx.2024-cü il tarixli qərara əsasən 60 (altmış) manat, həmin Məcəllənin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə barəsində xx.xx.2024-cü il tarixli, EQ 23722796 saylı protokol tərtib edilərək, xx.xx.2024-cü il tarixli qərara əsasən 50 (əlli) manat, həmin Məcəllənin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə barəsində xx.xx.2024-cü il tarixli, EQ 22952352 saylı protokol tərtib edilərək, xx.xx.2024-cü il tarixli qərara əsasən 50 (əlli) manat, həmin Məcəllənin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə barəsində xx.xx.2024-cü il tarixli, EQ 22516187 saylı protokol tərtib edilərək, xx.xx.2024-cü il tarixli qərara əsasən 50 (əlli) manat, həmin Məcəllənin 328.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə barəsində xx.xx.2024-cü il tarixli, EQ 22333383 saylı protokol tərtib edilərək, xx.xx.2025-ci il tarixli qərara əsasən 200 (iki yüz) manat və həmin Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə barəsində xx.xx.2024-cü il tarixli, EQ 21878632 saylı protokol tərtib edilərək, xx.xx.2024-cü il tarixli qərara əsasən 40 (qırx) manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Mustafayev (Mustafalı) Adəm Həsənağa oğlu yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanı törətdiyinə görə barəsində çıxarılmış inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan həmin qərarı icra etməmiş və buna görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN Cəlilabad Rayon Polis Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli İXP ******* saylı, xx.xx.2025-ci il tarixli İXP ******* saylı, xx.xx.2025-ci il tarixli İXP ******* saylı, xx.xx.2025-ci il tarixli İXP ******* saylı, xx.xx.2025-ci il tarixli İXP ******* və xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə hesab edir ki, Mustafayev (Mustafalı) Adəm Həsənağa oğlu törətdiyi inzibati xətaya görə cərimə olunduğu məbləği qanunla müəyyən olunan müddətdə ödəmədiyindən nəqliyyat vasitələrini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılmalıdır. Məhkəmə iclasında Mustafayev (Mustafalı) Adəm Həsənağa oğlunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Mustafayev (Mustafalı) Adəm Həsənağa oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №3(073)-841/2025
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-841/2025
24.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver