Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-843/2025 16.07.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi, Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Cəlilabad rayonunun Prişib şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu Göytəpə şəhəri O.Eynullayev küçəsi ev 13-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə Bağırov X1 rayon 1 saylı Notariat ofisinin xx.xx.2024-cü il tarixli icra qeydindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Məhkəmə iclasında Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 verdiyi izahatında göstərmişdir ki, Cəlilabad rayon 1 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli icra qeydinə əsasən borclu Şəxs 30425 manat pul alınıb tələbkar Zərərçəkmiş şəxs verilməlidir. İcra qeydi Cəlilabad rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul olunmuş və tələbin 10 gün müddətində könüllü icrası ilə bağlı borcluya bildiriş göndərilmişdir. Borclu icra sənədi üzrə borcunu ödəməkdən yayınmış və qaçıb gizlənmişdir. Buna görə də barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad olunan inzibati xətanı törətməsini etiraf etməyərək verdiyi izahatında göstərmişdir ki, Cəlilabad rayon 1 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli icra qeydinə əsasən ondan 30425 manat pul alınıb tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Barəsində çıxarılmış icra qeydindən məlumatı olmamışdır. İcra qeydi ilə razılaşmır. İcra qeydinin ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmiş və məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixə, saat 15:00-a təyin edilmişdir. Belə olan halda inzibati xəta haqqında baxılması əsassızdır. Habelə bu işlə, yəni borcla bağlı polis şöbəsində də istintaq aparılır. Qeyd edilənlərin nəzərə alınaraq barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə işə zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. İşdə olan Cəlilabad rayon 1 saylı Notariat ofisinin xx.xx.2024-cü il tarixli icra qeydinə əsasən borclu Şəxs 30425 manat pul alınıb tələbkar Zərərçəkmiş şəxs verilməlidir. İcra qeydi Cəlilabad rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul olunmuş və tələbin 10 gün müddətində könüllü icrası ilə bağlı borcluya bildiriş göndərilmişdir. Lakin həmin bildirişin borcluya nə vaxt hansı qaydada təqdim edilməsi ilə bağlı iş materiallarında hər hansı məlumat və ya qeyd aşkar edilməmişdir. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-2323/2025 saylı qərardadından görünür ki, iddiaçı Şəxs cavabdeh Cəlilabad Rayon 1 saylı Notariat ofisinə qarşı icra qeydinin ləğv edilməsi barədə mülki işin məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixə, saat 15:00-a təyin edilmişdir. Məhkəmə hesab edir ki, borclu həqiqətən də icra sənədindən məlumatsız olmuşdur, bunun əksini sübut edəcək hər hansı hal isə müəyyən edilməmişdir, icra qeydi isə borclu tərəfindən mübahisələndirilməklə hazırda məhkəmənin icraatındadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından, yəni onun inzibati xəta əməlinin subyektiv cəhəti olan icra məmurunun tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsi halı müəyyən edilmədiyindən xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin 10 iyul 2025-ci il tarixli inzibati xəta haqqında protokoluna əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №3(073)-843/2025
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-843/2025
16.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver