Məhkəmə qərarları › İş №3(073)-844/2023

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-844/2023

17.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-844/2023 17.08.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, inzibati xəta törədən şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, Şəxs – xx.xx.1993-cü ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmamış, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəlilabad şəhəri, Qutuluş Prospektində nömrəsiz evdə qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdi: 17 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Şəxs ilə aralarında mübahisə yaranmış və mübahisə zamanı Zərərçəkmiş şəxs döymüşdür. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs bu əməli inzibati xəta haqqında protokolla, özünün və zərərçəkmişlərin izahatları, eləcə də, işin digər materialları ilə tam təsdiq edilmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahtında bildirdi ki, o, xx.xx.2023-cü il tarixdə məhkəmə icraçısı Nigar Abbasovanın iştrakı ilə Zərərçəkmiş şəxs ona məxsus evdən cehiz əşyalarını götürən zaman oğlu Aydın ondan, ona hədiyyə etdiyi əşyalarıda da geri istəyəndə o, həmin əşyaları da ona vermiş, həmin vaxtı gəlni Zərərçəkmiş şəxs ona məxsus cehiz əşyalarını yarasız vəziyyətə salmağını iddia etmiş və yenisini almasını deyib onu təhqir etmiş və üzərinə gələrək onu itələdiyi üçün o, yerə yıxıldıqdan sonra müxtəlif bədən xəsarəti almışdır. Hazırda etdiyi əmələ görə özünü təqsirli bilir, əməlindən səmimi peşmandır. Zərərçəkmiş şəxlərlə barışdığını və gələcəkdə belə hallara yol verməyəcəyini bildirərək inzibati işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkən şəxs Zərərçəkmiş şəxs izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə məhkəmə icraçısı Nigar Abbasovanın iştrakı ilə evdən ona məxsus cehiz əşyalarını götürən zaman qaynanası Esmira ona məxsus olmayan köhnə cehiz əşyalarını avtomobilin yük yerinə atmış, o isə həmin əşyanı qaytarıb geri atandan sonra Esmira onun üstünə gəlib onun vuran istəyən zaman o, geri çəkildiyi üçün Esmira yerə yıxılmış, yerə yıxıldaıqdan sonra baldızı Şəxs onun üzərinə gələrək dırnağı ilə onun boğaz nahiyyəsini cızmış, o, isə Leylaya heç bir qarşılıq verməyi ordan kənarlaşmışdır. Hadisə ilə bağlı Cəlilabad rayon Polis Şöbəsinə gələrək Şəxs barəsində şikayət ərizəsi ilə müraciət etmişlər. Hazırda Şəxs ilə barışdıqlarını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək inzibati işin icraatına xitam verilməsini xahiş etdi. İşə əlavə edilmiş Cəlilabad MTE və PA şöbəsinin xx.xx.2023-cü il tarixli, 708 saylı rəyində göstərilir ki, Zərərçəkmiş şəxs başın sağ ənsə təpə nahiyyəsində qançır, sağ çənaltı nahiyyəində sıyrıq müəyyən olundu, müəyyən olunan xəsarət bərk küt əşyaların təsirindən törənmişdir, törəmənin müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin olunmur. İş materiallarına əlavə edilmiş Cəlilabad rayon X1 Bölməsinin 07 avqust 2023cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Şəxs törətdiyi əməlində cinayət məsuliyyətinə səbəb olmadığı üçün həmin xüsusat üzrə cinayət işi başlanılması rədd edilmiş və onun əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin tərkibi olduğundan o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmasından ötrü barəsində qəbul edilmiş qərar Cəlilabad rayon Polis Şöbəsinin İTB-yə göndərilmişdir. Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsinin qeydinin 3-cü bəndində göstərilmişdir ki, bu maddədə nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Məhkəmə inzibati xəta törədən şəxs Şəxs ilə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxsnun barışdıqlarını nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs oğlu inzibati məsuliyyətindən azad edilməli və onun barəsində olan inzibati materialın icraatına xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114- 117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə təqsirləndirildiyi inzibati material üzrə Zərərçəkmiş şəxs ilə barışdığı üçün barəsində olan inzibati materialın icraatına xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar