Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-850/2025 15.07.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi, Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1980-ci ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, müəllim vəzifəsində işləyən, Cəlilabad şəhəri Təbriz küçəsi ev 64-də qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə Həsənov X2 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-924/2023 saylı icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Məhkəmə iclasında Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 verdiyi izahatında göstərmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-924/2023 saylı icra vərəqəsinə əsasən cavabdeh X3 facebook sosial şəbəkəsində «HUSEYN HƏSƏNOV» ADLİ SƏHİFƏSİNDƏ İDDİAÇİ Zərərçəkmiş şəxs BARƏSİNDƏ YAZDİĞİ «ALA ŞAHİN HƏSƏNOV AY BARİQA NARKOTİK ALVERÇİSİ BARON ƏMÜN HƏSƏNOV XUDAMİN OĞLU ƏMİN OĞLU HƏSƏNOV TELMAN DÖRD QARDAŞA HƏSƏNOV SƏXAVƏT, HƏSƏNOV HACU XUYDU, HƏSƏNOV ƏDALƏT, BİDƏ SƏN HƏSƏNOV ŞAHİN ƏMÜZ OĞLU HƏSƏNOV TELMANİ VƏHŞİCƏSİNƏ AMANSİZCASİNA TƏKLƏYİB DÖYƏ DÖYƏ CİYALARİNİ PARTDADİB ÖLDÜRDÜZ SONRA ADİN QOYDUZ Kİ, GUYA MAŞİNİN MATORU DÜŞÜB ÜSTÜNƏ ALTİNDA QALİB ÖLÜB QANİNİ BAĞLADUZ AY QATİLLƏR...” və Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirinə, Azərbaycan Respublikası Maliyyə Nazirinə ünvanlandığı xx.xx.2023-cü il tarixli ərizəsində yazdığı məlumatlar Zərərçəkmiş şəxs şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzuna xələl gətirən, həqiqətə uyğun olmayan məlumatlar hesab edilməsi, cavabdeh X3 üzərinə həmin məlumatları yayıldığı qaydada təkzib etməsi vəzifəsi qoyulması və cavabdeh X1 mənəvi zərərə görə 1 500 (bir min beş yüz) manat və 100 (bir yüz) manat dövlət rüsumu alınıb iddiaçı X4 verilməsi göstərilmişdir. İcra vərəqəsi Cəlilabad rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul olunmuş və tələbin 10 gün müddətində könüllü icrası ilə bağlı borcluya bildiriş göndərilmişdir. Borclu icra sənədi üzrə daşıdığı təkzib vəzifəsini yerinə yetirməmişdir. Verdiyi təkzib məktubunda yenə də tələbkar barəsində dediklərinin həqiqət olmasını bildirmişdir ki, bu da məhkəmə qətnaməsi ilə müəyyən edilmiş təkzib vəzifəsinin icrasından yayınma halıdır. Borcla bağlı isə əmək haqqına tutma yönəldilmişdir. Buna görə də barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad olunan inzibati xətanı törətməsini etiraf etməyərək verdiyi izahatında göstərmişdir ki, icra sənədi üzrə göstərilən tələbi, yəni təkzib vəzifəsini icra etmişdir. Digər hissəni, yəni mənəvi zərərə görə 1 500 (bir min beş yüz) manat pulu bir dəfəyə ödəmək iqtidarında deyildir. Özü müəllim işləyir və həmin pulun əmək haqqısından hissə-hissə tutulmasına etiraz etmir. Hazırda isə tələbkarın istədiyi formada, habelə məhkəmə qətnaməsində göstərilən qaydada təkzib vermişdir və məktubu icra məmuruna təqdim etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə işə zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tələbkar məhkəməyə ərizə göndərərək Həsənov Hüseyn tərəfindən icra vərəqəsində göstərilən məbləğin (mənəvi zərərin əvəzinin) ödənilmədiyini, habelə tərəfindən təkzibin verilmədiyini bildirmiş və belə olan halda şəxsin həbs edilməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-924/2023 saylı icra vərəqəsinə əsasən cavabdeh X3 facebook sosial şəbəkəsində «HUSEYN HƏSƏNOV» ADLİ SƏHİFƏSİNDƏ İDDİAÇİ Zərərçəkmiş şəxs BARƏSİNDƏ YAZDİĞİ «ALA ŞAHİN HƏSƏNOV AY BARİQA NARKOTİK ALVERÇİSİ BARON ƏMÜN HƏSƏNOV XUDAMİN OĞLU ƏMİN OĞLU HƏSƏNOV TELMAN DÖRD QARDAŞA HƏSƏNOV SƏXAVƏT, HƏSƏNOV HACU XUYDU, HƏSƏNOV ƏDALƏT, BİDƏ SƏN HƏSƏNOV ŞAHİN ƏMÜZ OĞLU HƏSƏNOV TELMANİ VƏHŞİCƏSİNƏ AMANSİZCASİNA TƏKLƏYİB DÖYƏ DÖYƏ CİYALARİNİ PARTDADİB ÖLDÜRDÜZ SONRA ADİN QOYDUZ Kİ, GUYA MAŞİNİN MATORU DÜŞÜB ÜSTÜNƏ ALTİNDA QALİB ÖLÜB QANİNİ BAĞLADUZ AY QATİLLƏR...” və Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirinə, Azərbaycan Respublikası Maliyyə Nazirinə ünvanlandığı xx.xx.2023-cü il tarixli ərizəsində yazdığı məlumatlar Zərərçəkmiş şəxs şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzuna xələl gətirən, həqiqətə uyğun olmayan məlumatlar hesab edilməsi, cavabdeh X3 üzərinə həmin məlumatları yayıldığı qaydada təkzib etməsi vəzifəsi qoyulması və cavabdeh X1 mənəvi zərərə görə 1 500 (bir min beş yüz) manat və 100 (bir yüz) manat dövlət rüsumu alınıb iddiaçı X4 verilməsi göstərilmişdir. İcra vərəqəsi Cəlilabad rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul olunmuş və tələbin 10 gün müddətində könüllü icrası ilə bağlı borcluya bildiriş göndərilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli ərizənin surətindən görünür ki, Şəxs icra vərəqəsində göstərilən qaydada təkzib vəzifəsini icra etmişdir, müxtəlif vəzifəli şəxslərə ərizə yazmaqla tələbkar barəsində yaydığı məlumatları tələbkarın şərəf və ləyaqətini alçaldan, onun işgüzar nüfuzuna xələl gətirən məlumatlar olmaqla və həqiqətə uyğun olmayan hesab edilməklə təkzib etmişdir. Göründüyü kimi, borclu Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və ya icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilməmişdir. O, icra sənədində göstərilən qaydada təkzib vəzifəsini yerinə yetirmişdir, habelə ödəməli olduğu 1500 manat mənəvi zərərin əvəzi isə icra məmuru tərəfindən onun əmək haqqına yönəldilmişdir. Məhkəmə, həmçinin onu da nəzərə alır ki, icra sənədində göstərilən 1500 manat pulun hissə-hissə ödənilməsi barədə borclu tərəfindən məhkəməyə ərizə də təqdim edilmiş, məhkəmənin qərarı ilə ərizə təmin edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir, çünki onun icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilməmişdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin 11 iyul 2025-ci il tarixli inzibati xəta haqqında protokoluna əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №3(073)-850/2025
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-850/2025
15.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver