Məhkəmə qərarları › İş №3(073)-852/2024

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-852/2024

20.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-852/2024 20.09.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakı ilə, X3 – xx.xx.1999-cu ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşqul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə, Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında material daxil olmuşdur. xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola görə xx.xx.2024-cü ildə, saat 18:30 radələrində X3 «Mercedes Benz E220» markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək ziq-zaqvari hərəkətlər edərək avtoxuliqanlıq hərəkətləri etmişdir. X3 həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 ona istinad olunan inzibati xətanı törətməsini etiraf edərək, izahatında bildirdi ki, xx.xx.2024-cü ildə, saat 18:30-da X3 ««Mercedes Benz E220» markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək ziq-zaqvari hərəkətlər edərək avtoxuliqanlıq hərəkətləri etmiş, Yol Patrul Xidmətinin əkəkdaşları ona dur işarəsi versələr də o avtomaşını saxlamamış və hərəkətlərinə davam etmişdir. X4 Xidmətinin əməkdaşları onu saxlamış və polis şöbəsinə gətirmişlər. Əməlindən peşman olduğunu bildirərək, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında videogörüntüyə baxış keçirilən zaman X3 ««Mercedes Benz E220» markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək ziq-zaqvari hərəkətlər edərək avtoxuliqanlıq hərəkətləri etmiş, Yol Patrul Xidmətinin əkəkdaşları ona dur işarəsi versələr də o avtomaşını saxlamayaraq hadisə yerindən yayınması müəyyən olunmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, X1 ona istinad olunan inzibati xətanı törətməsi tam sübuta yetirilir. X1 törətdiyi əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, X1 barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla inzibati həbs tənbeh tədbirini tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzabit qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İşdə olan xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, X3 19 sentyabr 2024-cü ildə, saat 19:30-da tutulmuşdur. Buna görə də X1 inzibati qaydada tutulduğu müddət inzibati həbs müddətinə daxil edilərək, həbsdə saxlama müddətinin əvvəli 19 sentyabr 2024-cü ildə, saat 19:30-dan hesablanmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli 19 sentyabr 2024-cü ildə, saat 19:30-dan hesablansın. Elan edilmiş qərarın surəti X2 təqdim edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar